Yunan qozu

Vikipediya, azad ensiklopediya
FoxBot (müzakirə | töhfələr) (Bot redaktəsi dəyişdirilir: nl:Walnoot (boom)) tərəfindən edilmiş 16:59, 25 yanvar 2011 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Yunan qozu
Elmi təsnifat
Beynəlxalq elmi adı


Yunan qozu (lat. Juglans regia) - Qozkimilər fəsiləsindən bitki növü.

Qoz, adətən may ayında yarpaqlar əmələ gələn vaxt çiçəkləyir. Bəzən iyunda ikinci dəfə çiçəkləyir. Qozun meyvələri sentyabr-oktyabrda yetişir. Meyvəsi ölçüsünə, formasına, qabığının bərkliyinə, ləpə arasındakı pərdənin yumşaq və ya sərt olmasına, dadına, kimyəvi tərkibinə və s. göstəricilərə görə fərqlənir. Qozun üzəri yaşıl qərzəklə örtülüdür. Qoz yetişdikcə qərzək qaralır, partlayır və içindən oduncaqlaşmış qabıqlı qoz çıxır. Ləpəsi açıq sarı və ya tünd darçını rəngdədir. Bir qozun çəkisi 5-17 qr, ləpəsinin çıxarı 40-58%-dir. Qoz ləpəsinin tərkibində 54-74% yağ, 12-21% zülali maddə, B qrupu vitaminləri və karotin vardır. Yaşıl sütül qozlarda 3000 mq% C vitamini vardır. Bu qozlardan yüksək keyfiyyətli mürəbbə bişirilir. Qozdan qənnadı sənayesində müxtəlif məmulat hazırlanır, ləpəsi yeyilir və yağ çıxarılır. Qoz yağı rəssamlıqda işlədilir. Yağı çıxarılmış qoz cecəsinin tərkibində 34% azotlu maddə və 12% yağ olduğundan qənnadı məmulatı hazırlamaq və ev heyvanları üçün ən qidalı məhsuldur. Qozun qərzəyi, yarpaqları, qabıqları və kök hissələri tanin ilə zəngindir. Bunlardan parçaların boyanmasında istifadə edilir. Qozun oduncağı bərk və gözəl naxışlı olduğundan qiymətli faner və mebel hazırlamaq üçün işlədilir.[2]

Mənbə

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 997.
  2. Ə-C.İ.Əhmədov, N.T.Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). — Bakı, 2009.

Şablon:Link GA