Vikipediya:Şikayət: Redaktələr arasındakı fərq
→Şərhlər: Cavab |
→Şərhlər: Cavab |
||
Sətir 77: | Sətir 77: | ||
::::::::::@[[İstifadəçi:White Demon|White Demon]] həqiqətən adam dəhşətə düşür ki, siz vikipediyanın qaydalarını bilmirsiniz. Deyirsiniz ki, bu qədər nüans sadalamışam - doğrudurmu ? Zəhmət olamsa Vikipediya:Şikayət səhifəsinin 2024-cü il üzrə olan arxivinə baxın. Oradakı III başlıq mənim bloklanmamı tələb edən səbəblər haqqındadır. Sizin sadalamış olduğunuz nüanslar haqqında icma artıq öz qərarını verib. Doğrudur ya yox ? Deməli siz icma mən bloklanmayana qədər icmanın qəbul etdiyi qərarları doğru hesab etməyəcəksiz ? həmin müzakirədən heç 2 ay belə keçməyib və mən 100 redaktə belə etməmişəm. [[İstifadəçi:Crepusculum|Crepusculum]] ([[İstifadəçi müzakirəsi:Crepusculum|müzakirə]]) 14:55, 24 sentyabr 2024 (UTC) |
::::::::::@[[İstifadəçi:White Demon|White Demon]] həqiqətən adam dəhşətə düşür ki, siz vikipediyanın qaydalarını bilmirsiniz. Deyirsiniz ki, bu qədər nüans sadalamışam - doğrudurmu ? Zəhmət olamsa Vikipediya:Şikayət səhifəsinin 2024-cü il üzrə olan arxivinə baxın. Oradakı III başlıq mənim bloklanmamı tələb edən səbəblər haqqındadır. Sizin sadalamış olduğunuz nüanslar haqqında icma artıq öz qərarını verib. Doğrudur ya yox ? Deməli siz icma mən bloklanmayana qədər icmanın qəbul etdiyi qərarları doğru hesab etməyəcəksiz ? həmin müzakirədən heç 2 ay belə keçməyib və mən 100 redaktə belə etməmişəm. [[İstifadəçi:Crepusculum|Crepusculum]] ([[İstifadəçi müzakirəsi:Crepusculum|müzakirə]]) 14:55, 24 sentyabr 2024 (UTC) |
||
:::::::::::Vikiicma sadəcə məndən ibarətdir? Vikicma o vaxt belə qərar verib, indi isə bu qərarı vermək istəyir. Bir ay əvvəlki vikiicma qərarı ilə razılaşırsız, amma vikiicmanın indiki qərarı ilə razılaşmaq istəmirsiz? '''[[İstifadəçi:White Demon|<span style="font-family:Verdana; color:#7F007F">Şiroi</span>]] [[İstifadəçi müzakirəsi:White Demon|<span style="font-family:Verdana; color:#e6005c">Akuma</span>]]''' 15:00, 24 sentyabr 2024 (UTC) |
:::::::::::Vikiicma sadəcə məndən ibarətdir? Vikicma o vaxt belə qərar verib, indi isə bu qərarı vermək istəyir. Bir ay əvvəlki vikiicma qərarı ilə razılaşırsız, amma vikiicmanın indiki qərarı ilə razılaşmaq istəmirsiz? '''[[İstifadəçi:White Demon|<span style="font-family:Verdana; color:#7F007F">Şiroi</span>]] [[İstifadəçi müzakirəsi:White Demon|<span style="font-family:Verdana; color:#e6005c">Akuma</span>]]''' 15:00, 24 sentyabr 2024 (UTC) |
||
::::::::::::@[[İstifadəçi:White Demon|White Demon]] siz məni anlamadınız. Mən deyirəm ki, icma 2 ay bundan əvvəl qərar verib ki, məni bloklamasın. Doğrudurmu ? Həmin müddətdən sonra mən yüzdən az redaktə etmişəm və heç bir qaydanı pozmamışam. 2 ay sonra isə siz icmanın qərar verdiyi bəndləri yenidən əsas gətirib, mənim bloklanmağım üçün müzakirələr başlatmısız. Niyə yaza bilmirsiz ki, '''Crepesculmun facebookda yazdığı soncunu statusdan sonra əlimizə fürsət düşüb və gəlin köhnə, bağlanmış, haqqında qərar verilmiş müzakirələri də bura əlavə edək və onun bloklanmasına nail olaq. Bir var ki, adamı 1 şeyə görə günahlandırasan və birdə var ki, 10 şeyə görə.''' Bunların arasında fərq yoxdurmu ? Vikimedia Fondu məni niyə global bloklamadı ? Bu qədər səy göstərdi bəzi şəxslər. Gündə 2-3 e-mail yazdılar ki, təki mən bloklanım. @[[İstifadəçi:White Demon|White Demon]] siz hər zaman ədalətl bir istifadəçi olmusunuz. Lütfən yazdığım cavab şərhini diqqətlə oxuyun. Görün nəsə səhv söz deyirəmmi. [[İstifadəçi:Crepusculum|Crepusculum]] ([[İstifadəçi müzakirəsi:Crepusculum|müzakirə]]) 15:08, 24 sentyabr 2024 (UTC) |
15:08, 24 sentyabr 2024 tarixinə olan versiya
Bu səhifə müəyyən dəyişikliklərdə və məsələlərdə yaşanan anlaşılmazlıqların digər istifadəçilərin köməyi vasitəsilə həll edilməsi üçün istifadə olunur. Lütfən, müraciətlərinizdə arqumentlərinizi mütləq əsaslandırın, əks halda, niyyətinizin pis olduğu düşünülə bilər. Uzlaşmaya uyğun olmayan və ya Vikipediya qaydalarının ciddi pozuntusu olan hallarda inzibatçı səlahiyyətlərinin istifadəsi zəruri ola bilər. Vikipediyada əsas fəlsəfə bütün bu problemlərin uzlaşaraq həll edilməsidir. Həlli tapılmadığında digər istifadəçilərdən şərh bildirməsi istənilə bilər. Şərhlərinizi, lütfən, qısa və mövzuya yönəlik yazın. |
İnzibatçıların inzibatçı səlahiyyətlərini sui-istifadə etməsinə dair şikayətlər üçün inzibatçı şikayətləri səhifəsini istifadə edin. Köhnə şikayətlərə arxiv səhifəsindən baxa bilərsiniz. |
Yeni istifadəçilərə · Cəmiyyət · Portallar · Seçilmiş məzmun · Layihələr · Sorğular · Qiymətləndirmə |
Crepusculum-un qeyri-müəyyən müddətə bloklanması
Bu müzakirə Vikipediya:Kənd meydanı#Crepusculum-un qeyri-müəyyən müddətə bloklanması səhifəsindən köçürülmüşdür. Hörmətlə, Qədir (müzakirə) 17:33, 22 sentyabr 2024 (UTC)
Salam. Mən AzViki və AzVikinin istifadəçiləri üçün problem, hətta təhlükə yaradan bir istifadəçinin məsələsinə toxunmaq istəyirəm. Söhbət təbii ki, Crepusculum-dan gedir. Crepusculum-un son 2 il ərzindəki "fəaliyyətini", təəssüflər olsun ki, VP:BURADADEYİL ilə xarakterizə etmək olar və fəaliyyəti vikipediyaya, xüsusilə də, vikipediya istifadəçilərinə zərər vurur. İstifadəçinin sadəcə əvvəlki illərdəki yox, adicə son 1 ildə olan müzakirələrini və fəaliyyətini müşahidə edəndə görmək olar ki, Crepusculum-u artıq vikipediyada məqalələr yaratmaq, töhfələr vermək yox, öz şəxsi fikirlərini yeritmək, qərəz aparmaq daha çox maraqlandırır. Bunun üçün də müxtəlif üsullardan istifadə edir: istifadəçilərin şəxsi məlumatlarını açıqlamaqdan çəkinmir, mövqeyi ilə razılaşmayan istifadəçilərə görə qərəzli müzakirələr açır, fikirləri ilə üst-üstə düşməyən istifadəçilərə qarşı durduq yerə söz atır. Beləliklə, istifadəçi buranı döyüş meydanı kimi qəbul edir, hətta kənarda xeyir xalları qazanmağa çalışır. İstifadəçinin etiket, nəzakət qaydalarını pozması, şəxsi hücumlar etməsi, vikipediyanın əməkdaşlıq ruhuna zidd hərəkətlər etməsi Trust and Safety tərəfindən də təsdiqlənmişdi. Crepusculum-un son 1 il ərzindəki səbəb olduğu qərəzli və ya doğru olmayan bəzi fəaliyyətləri nəzərdən keçirək:
- Özü ilə bağlı keçirilmiş inzibatçı səsverməsində istifadəçi ona lehinə səs vermədi deyə bunla bağlı qərəzli müzakirə başlatması, hətta sırf bu səbəbdən istifadəçinin babası haqqında məqaləni SNS edib heyf çıxmağa çalışması (maraqların toqquşması).
- İnzibatçı statusunu itirdikdən sonra ancaq məqalələr redaktə etməklə məşğul olacağını deməsi, lakin qısa müddət sonra inzibatçı statusunun itirilməsində iştirak etmiş istifadəçidən heyif çıxmaq üçün qərəzli müzakirə başlatması, buranı döyüş meydanı kimi qəbul etməsi.
- İstifadəçilərlə kobud, nəzakətsiz formada danışması, bu səbəbdən istifadəçiləri daim narahat etməsi. Məsələn, burada və ya burada olduğu kimi.
- Səsvermələrdə istifadəçilərin səsini dəyişməsi üçün təzyiq etməsi, vikipediyadan kənarda səs ovçuluğu ilə məşğul olması, vikipediyadan kənarda istifadəçilərlə əlaqə saxlayaraq öz tərəfinə çəkməsi çalışması, öz maraqları ilə üst-üstə düşən istifadəçilərlə qruplaşması. Məsələn, bunun ən böyük nümunəsi son etimad səsverməsi idi.
- Vikipediyanın prinsiplərini yox, vikidən kənar əlaqələrini və öz mənafeyini nəzərə alaraq müzakirələrdə iştirak etməsi. Sərt formada silinsin dediyi məqaləni bir neçə gün sonra qalması üçün dəstəkləyə bilir. Ya da burada olduğu kimi.
- Açıqlanmış ödənişli redaktorluqla məşğul olan istifadəçilərə bu barədə dəfələrlə sözlə sataşması, buna görə onları narahat etməsi. Hətta bu barədə istifadəçiyə də xəbərdarlıq etmişdim.
- Vikipediyadan kənarda vikipediya və vikipediyçılarla bağlı həqiqəti əks etdirməyən, öz mənafeyini müdafiə edən müsahibələr verməsi. Onun bir saytda verdiyi "Şəhid məqalələrinin silinməsi ilə bağlı AÇIQLAMA: Yalan danışırlar..." başlıqlı məqalə və ya başqa bir saytda verdiyi "Vikipediyada bürokratlıq uğrunda savaş: Azərbaycanca məqalələr silinir, təhdid göydə uçuşur - QALMAQALLI MÜSAHİBƏ" başlıqlı məqalə bunlara misal ola bilər (şəxsi adını açıqlamaq istəmirəm deyə linklərini atmıram)
"Bardağı taşıran son damla" isə məlum son hadisələr oldu. Crepusculum'un bu hadisələr zamanı vikipediyaçıları təhdid edən şəxsləri dəstəkləməsi, bunla bağlı Facebook-da post paylaşması (sonra silib), vikifəaliyyətə görə istifadəçilərin linç edilməsinə göz yumması şokedicidir. Çox böyük ehtimalla dəstəklədiyi şəxslərə linç edilən istifadəçilərlə bağlı müəyyən məlumatların ötürülməsində iştirak edib. Ən dəhşətlisi isə bu linç hərəkatını dəstəkləmiş, buna göz yummuş istifadəçinin tədbirində çərçivəsində Şərqi və Mərkəzi Avropa Görüşündə Azərbaycanca Vikipediyanı təmsil etməsidir. Hətta istifadəçinin CEE görüşü ilə bağlı etdiyi paylaşımların birinə vikipediyaçıları ağır formada təhqir və təhdid edən məlum bir şəxsin ürək atması dəhşətvericidir. Vikipediyaçıları göstərdikləri fəaliyyətə görə linç edən şəxslərin tərəfində olan istifadəçi AzVikini hansısa bir tədbirdə təmsil etməməlidir (istifadəçinin öz səhifəsində "QEYRİ-AKTİV" yazısı yerləşdirib fəaliyyətini dayandırdığını açıqladığı halda tədbirlərdə AzViki təmsil etməsi də anlaşılmazdır).
Yuxarıda qeyd etdiyim bütün nüansları nəzərə alaraq, istifadəçinin vikipediyanın prinsiplərinə və ruhuna zidd olan fəaliyyətinin qarşısını almaq üçün, təəssüflə, bu təklifi vermək məcburiyyətindəyəm: İstifadəçi qeyri-müəyyən müddətə bloklansın və bu barədə müzakirənin yekunlaşdırılması üçün 15 günlük vaxt təyin olunsun. Hörmətlə, --Şiroi Akuma 17:01, 22 sentyabr 2024 (UTC)
Təklifi dəstəkləyənlər
- --Şiroi Akuma 17:01, 22 sentyabr 2024 (UTC)
- Bu istifadəçi, etdiklərinə rəğmən çox səhvini keçmişik, amma son etdikləri Vikipediyanın prinsiplərinə, ümumiyyətlə sağlam icma anlayışına zidd idi. Bundan başqa, mənim həyatıma təhlükə yaratmış olduğunu unutmayaq. --► Hörmətlə: SolaVirum 17:31, 22 sentyabr 2024 (UTC)
- Çox təəssüf ki, konstruktiv istifadəçi deyil. Adekvat arqumentlər gətirmir, xəbərdarlıqlara məhəl qoymur. Əhməd Qurbanov (müzakirə) 20:16, 22 sentyabr 2024 (UTC)
- İstifadəçinin müddətsiz bloklanmasının lehinəyəm. Bu qərarımın səbəblərini İstanbulda istifadəçi ilə şəxsən müzakirə etmişəm. Düşünürəm ki, görüş zamanı nə üçün bloka dəstək olduğumu, onun səbəblərini ətraflı şəkildə izah edə bilmişəm. Bu səbəbdən ümid edirəm ki, bu qərarım nə istifadəçi nə də icma üçün qərəz kimi qəbul olunmayacaq. Bir daha qeyd edirəm, təəssüf ki, istifadəçinin hərəkətlərinin Vikipediyanın qaydalarına və prinsiplərinə uyğun olmadığı qənaətinə gəldiyim üçün bu addımı dəstəkləyirəm. Bu qərar Vikipediya icması üçün faydalı olacaq. Hörmətlə, Patriot Kor (müzakirə) 22:01, 22 sentyabr 2024 (UTC)
- Təəssüflər olsun ki, istifadəçinin xətaları təsadüfi deyil və ardıcıllıqla davam edir. Tam əminəm ki, bloklanmayacağı təqdirdə bu səhvlər, kobudluqlar daha pis formada davam edəcək. Ona görə müddətsiz bloklanmağını dəstəkləyirəm.--Eminn (müzakirə) 05:31, 23 sentyabr 2024 (UTC)
- --Turkmen müzakirə 05:57, 23 sentyabr 2024 (UTC)
- Ümid edirəm şəxsin bloklanmağı onun kimi düşüncələrdə olan şəxslərə də dərs olar. --NurAy (müzakirə) 06:37, 23 sentyabr 2024 (UTC)
- Salam. Crepusculum istifadəçisinin fəaliyyəti ilə bağlı bu müzakirəni diqqətlə izlədikdən sonra mən də fikirlərimi bölüşmək istəyirəm. İlk növbədə qeyd etmək istəyirəm ki, Vikipediya icmasında hər kəsin əsas məqsədi ensiklopediyanın keyfiyyətli inkişafına və biliklərin obyektiv və tərəfsiz şəkildə yayımlanmasına xidmət etməkdir. Dəfələrlə dəstək olmuşam. Lakin təəssüflə qeyd etməliyəm ki, Crepusculum-un fəaliyyəti bu məqsədlərə xidmət etməkdən uzaqdır və ciddi narahatlıq doğurur.
Son iki ildə Crepusculumun fəaliyyətini izlədikdə, onun Vikipediyanın əsas prinsipləri olan tərəfsizlik, nəzakət və əməkdaşlıq ruhundan kənar hərəkətlər etdiyini görmək mümkündür. Konkret olaraq, istifadəçinin şəxsi münaqişələrə daxil olması, qərəzli müzakirələr açması və hətta şəxsi məlumatların açıqlanması kimi davranışları olduqca təhlükəlidir. Bu, Vikipediya kimi açıq və əməkdaşlığa əsaslanan bir platforma üçün böyük bir təhlükədir və icma daxilində ciddi narahatlıq yaradır. Bəzi konkret nümunələrə diqqət yetirsək:
- Crepusculum-un digər istifadəçilərlə şəxsi münaqişələrə girməsi, sadəcə fərqli fikir bildirən istifadəçiləri qərəzli şəkildə müzakirələrə cəlb etməsi çox vaxt icmada gərginlik və narazılıq yaradır. Məsələn, öz lehinə səs verməyən istifadəçilər haqqında qərəzli müzakirələr açmaq və həmin şəxslərin fəaliyyətini şəxsi səbəblərlə əlaqələndirmək yolverilməzdir.
- İstifadəçinin şəxsi məlumatları açıqlaması və digər istifadəçiləri təhdid etməsi, Trust and Safety tərəfindən də təsdiqlənmiş bir qayda pozuntusudur. Bu davranış yalnız istifadəçilərin fərdi təhlükəsizliyini deyil, həm də Vikipediyada inam və etimad mühitini zədələyir.
- Crepusculum-un Vikipediyadan kənarda istifadəçilərlə əlaqə qurması, öz mövqeyini dəstəkləyən qruplaşmalar yaratmağa çalışması və şəxsi maraqlarını Vikipediyanın prinsiplərindən üstün tutması çox narahatverici məqamdır. Bu vəziyyət, icma daxilində həmrəylik və obyektivliyi zədələyir.
- Crepusculum-un Vikipediyadan kənar platformalarda Vikipediya və istifadəçiləri haqqında həqiqəti əks etdirməyən müsahibələr verməsi və şəxsi maraqlarını müdafiə edən açıqlamalar yayması, Vikipediyanın xarici imicinə də zərbə vurur. Onun müsahibələrində AzViki haqqında yanlış və qərəzli məlumatların yayılması Vikipediyadakı konstruktiv işə mənfi təsir göstərir.
Bu sadaladığım nüanslar göstərir ki, Crepusculum-un fəaliyyəti təkcə Vikipediyanın daxili qaydalarını pozmur, həm də icmanın sağlam inkişafına maneə törədir. Xüsusilə son hadisələrdə Vikipediyaçıların linç edilməsini dəstəkləməsi və buna göz yumması çox təhlükəli bir yanaşmadır. Mən də hesab edirəm ki, Crepusculum-un qeyri-müəyyən müddətə bloklanması icmanın mənafeyinə uyğundur. Bu addımın atılması Vikipediya prinsiplərinin qorunması və icmanın gələcək inkişafı üçün vacibdir. Ümid edirəm ki, bu qərar icma daxilində həmrəyliyi bərpa edəcək və gələcəkdə belə hallar baş verməyəcək.--A.Aida88 (müzakirə) 06:44, 23 sentyabr 2024 (UTC)
- 9. Artıq Crepusculum-un, yəni Baskervill-in neçənci dəfədir ki, vikipediyanın prinsiplərinə uyğun olmayan fəaliyyəti müzakirə olunur. Şəxsən mən artıq yorulmuşam, belə müzakirələrdən. Son baş verən hadisələr zamanı vikipediyaçılara hücum, təhqir və s. edənlərlə həmfikir olması onun vikipediyaçı kimi aramızdan getməsini labüd edir. --Araz Yaquboglu (müzakirə) 07:10, 23 sentyabr 2024 (UTC)
- 10. Baskervill, indiki adı ilə Crepusculum, artıq vikipediyaya töhfə verməkdən imtina edib. İnzibatçı statusunun alınmasına görə bəzi istifadəçilərdən (mən daxil) intiqam almağa çalışır. Bu artıq VP:DÖYÜŞMEYDANI zehniyyətidir və buna görə də ümumilikdə Vikimediadan uzaqlaşdırılmalıdır. Viki daxili müzakirələr açıb bu problemləri həll etməyə çalışmaq yerinə mediaya "Mən günahkar deyiləm" tipli açıqlamalar vermək, vikipediyaçıları hədələyən şəxslərə dəstək olmaq, həmin postlara like atmaq da şəxsin məqsədini bir daha bəlli edir. Nemoralis (müzakirə) 15:50, 23 sentyabr 2024 (UTC)
Təklifi dəstəkləməyənlər
- Bu təklifi dəstəkləmirəm. — Bu imzasız yazı NKOzi (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 14:33, 23 sentyabr 2024 (UTC)
- Əleyhinə:, mən bloklanmanın əleyhinəyəm. Nəyə görə əleyhinə olduğumu bənd-bənd aşağıda izah etməyə çalışacağam.
- 1. Şəhidlər haqqında məqalələrin vikipediyadan silinməsi ilə bağlı Crepusculum-un facebook statusu ilə tanışam. Orada heç kimin şəxsi məlumatı açıqlanmamışdır, istifadəçi adları və ya bu istifadəçi adlarını istifadə edən şəxslərin kimliyi yazılmamışdır. Bu səbəbdən vikipediyanın gizlilik prinsipinin pozulmasına görə onu ittiham etmək doğru deyil. Fəal bir vikipediyaçının vikipediya ilə bağlı gərgin ictimai müzakirələrə səbəb olan bir mövzuda fikir bildirməsi isə normal bir şeydir. Bu mövzu çox həssas mövzu idi və təkcə Crepusculum yox, çox sayda başqa aktiv vikipediyaçı da ona KİV-lərdə, youtube kanallarında münasibət bildirdi. Münasibətlərin fərqli olması da normaldır. Əgər adam fikirləşirsə ki, məqalələrin silinməsi doğru deyil və bunu açıq şəkildə dilə gətirirsə, onu niyə bloklamalıyıq ki? Hamı məqalələrin silinməsini dəstəkləməlidir? Əgər Crepusculum-un sözügedən digər mənbələrdəki açıqlamalarında da şəxs adları yoxdursa və vikipediyanın gizlilik prinsipi pozulmayıbsa, heç 1 günlük bloklamaqdan belə söhbət gedə bilməz.
- 2. Crepusculum-un müzakirələrdə iştirak etməyəcəyi ilə bağlı dediyi sözlərə gəlincə, bu məsələni mən də xatırlayıram. Hətta şəxsən özüm xahiş etmişdim ki, bir müddət müzakirələrdən uzaq dursun. Amma heç bir vikipediyaçıya deyə bilmərik ki, sən ümumiyyətlə müzakirələrdə iştirak eləmə. Bu hər adamın öz şəxsi işidir. Və fikrini dəyişmək də normal bir şeydir. Bir istifadəçi bu gün bir başqa istifadəçinin inzibatçı olmasına səs verir, sabah ona qarşı olur, bu gün bir məqalə yaradır, heç üstündən 1 həftə keçməmiş onu silməyə namizəd edir. Eləcə də Crepusculum istər müzakirələrdə iştirak edər, istər etməz, bu onun şəxsi işidir. Ona vikipediyadakı müzakirələrdə iştirak etməyəcəyinə dair and içdirib Qurana əl basdıra bilmərik.
- 3. Kiminsə sosial şəbəkələrdə Crepusculum-un statusuna ürək atması və ya onun özünün kiminsə statusunu layk etməsi - bu ümumiyyətlə vikipediyada bloklanmağa səbəb ola bilməz.
- 4. Crepusculum-un qaba davranışı ilə bağlı məsələ bu kontekstdən çıxarılıb ayrıca müzakirə oluna bilər. Ehtimal etmək olar ki, belə hallar mövcuddur. Amma qaba, kobud davranış, şərh yazmaq 90/100 % qarşılıqlı olur. Ona görə hər bir hal tək-tək nəzərdən keçirilməlidir. Əgər belə bir hal varsa da düşünürəm ki, qeyri-müəyyən müddətlik blok bunun üçün ağır cəzadır.
- 5. Crepusculum-un onun əleyhinə olan istifadəçilərdən qisas alması, onları təqib etməsi ilə bağlı məsələyə gəlincə. Gəlin məsələnin tərs tərəfinə də baxaq. Bu adamın fəaliyyəti ilə bağlı sonuncu müzakirə heç bir ay deyil ki, yekunlaşıb. Yenidən belə bir müzakirə açılması sizcə istifadəçiyə psixoloji təzyiq deyilmi? Deməli, bu adam hər ay ona qarşı olan 10-15 adamın önündə özünə bəraət qazandırmağa çalışmalıdır? Ya ömürlük bloklanmayana qədər hər ay, hər 2 aydan bir bunun fəaliyyəti müzakirə olunmalıdır. Bu yanaşmanı düzgün hesab etmirəm. Məsələ ilə bağlı mənim fikirlərim bu qədər.--Sortilegus (müzakirə) 03:09, 24 sentyabr 2024 (UTC)
Bitərəf
Şərhlər
Şərh: hələ ki, bloklanma ilə bağlı fikir bildirmirəm, amma istifadəçinin bu vəziyyəti "məqalələrin silinməsinin qarşısını almağa çalışdığı üçün intiqam" kimi qiymətləndirəcəyini (qələmə verəcəyini) düşünürəm. Ola bilər ki, müzakirəyə yenə kənardan müdaxilələr olsun. — Bikar müzakirə 17:20, 22 sentyabr 2024 (UTC)
- Bikar, siz özünüz də görürsünüz ki, Vikipediya üçün böyük bir zərərdir bu istifadəçi. Düşünün bir adamı ki, Vikipediyadankənar blogerlərə material verir, üstəlik onu dəstəkləyib özünü "informasiya qəhrəmanı", "vətənpərvər vikiçi" kimi təqdim edir, sonra isə verilən təqaüd ilə İstanbulda gəzir-tozur. --► Hörmətlə: SolaVirum 17:30, 22 sentyabr 2024 (UTC)
- @Bikar istifadəçinin necə qələmə verəcəyi əlbətdə onun şəxsi fikiridir. Kənar müdaxiləyə gəldikdə isə, qəti qərar verilməlidir ki, kənar müdaxilələr bitsin. Bu çox yalnış düşüncədir. Kənar müdaxilə olacaq deyə, fikir bildirməmək, artıq icmanın "kənar müdaxilə"dən çəkindiyini göstərir və narahat edici məqamdır. Patriot Kor (müzakirə) 22:28, 22 sentyabr 2024 (UTC)
Şərh: Əlavə olaraq qeyd etmək istəyirəm ki, Vikipediya icmasında hər bir istifadəçi, o cümlədən inzibatçılar, icmanın qaydalarına və prinsiplərinə hörmətlə yanaşmalıdırlar. Hər kəsin Vikipediya üçün fəaliyyət göstərərkən həmrəyliyi, nəzakəti və əməkdaşlığı ön plana çəkməsi çox vacibdir. İcma daxilində konstruktiv münasibətlər və müzakirələr icmanın sağlam inkişafının əsasını təşkil edir.
Məncə, bu müzakirə, həm də digər istifadəçilər və inzibatçılar üçün bir dərs olmalıdır. İcma üzvlərinə qarşı kobudluq, qərəzli münasibət və şəxsi maraqlara xidmət etmək heç bir halda qəbul edilə bilməz. Hər kəsin fəaliyyətinə diqqətlə yanaşması və daha səmimi, mehriban davranması, icmanın harmoniyasını qorumaq üçün vacibdir. Əks halda, bu cür hallar təkrarlanarsa, digər istifadəçilər və hətta inzibatçılar da oxşar nəticələrlə üzləşə bilər.
Bu səbəbdən, Vikipediyanın birgə əməkdaşlıq və dostluq ruhunu qorumaq üçün hamının diqqətli olması və konstruktiv fəaliyyət göstərməsi icma üçün olduqca vacibdir. --A.Aida88 (müzakirə) 06:46, 23 sentyabr 2024 (UTC)
- NKOzi Vikipediya ilə heç bir əlaqəniz yoxdur, heç imzanı ata bilmirsiniz, heç adicə bir dənə arqument ortaya qoymamısınız, amma nə əcəbsə, tanrıdan gələn vəhy sayəsində gəlib burada iştirak edirsiniz. --► Hörmətlə: SolaVirum 15:37, 23 sentyabr 2024 (UTC)
- NKOzi ilə Cekli829 vaxtilə bir yerdə işləyirdi. Bilmək olmaz, bəlkə də Ceklinin özüdü. Nemoralis (müzakirə) 15:55, 23 sentyabr 2024 (UTC)
- Cekli deyil. Mənəm NKO zi 16:55, 23 sentyabr 2024 (UTC)
- Burada hər müzakirədə iştirak etmirəmsə o demək deyil ki, heç nədən xəbərim yoxdur. Baxıram lazım biləndə fikir bildirirəm. NKO zi 16:56, 23 sentyabr 2024 (UTC)
- Arqumentə qalanda, burada təktarlananlar köhnə məsələlərdir. Şəxsi məlumatların yayılması var, onu isbat edə bilsəydiniz zatən bu müzakirəyə ehtiyac olmazdı. Müzakirə açılıbsa deməli sübut edə bilməmisiniz. Ortada bir tədbirdə iştirak qalır. O da bloklanmaq üçün səbəb olmur. NKO zi 17:01, 23 sentyabr 2024 (UTC)
- Deyəsən müzakirəni oxumadan elə başlığı görüb gəlib şərh bildirmisiniz; bax: [1]. Əksini iddia etməyin, ilk başlarda inkar etsə də, bir müddət sonra özü də qəbul etmişdi. Hörmətlə, Qədir (müzakirə) 17:14, 23 sentyabr 2024 (UTC)
- Bu dediyim kimi köhnə tarixə aiddir. Üç il əvvəlki məsələni də bu gün üçün təklif etmək düz deyildir. Bu gün üçün yeni sübut varmı? Son hadisələr ilə bağlı. NKO zi 17:22, 23 sentyabr 2024 (UTC)
- Bu, çox həssas məsələdir, bunu bir dəfə edən ikinci dəfə də edər. Sosial şəbəkələri izləyərək bütün bunları başa düşmək çətin məsələ deyil. Hörmətlə, Qədir (müzakirə) 17:24, 23 sentyabr 2024 (UTC)
- Kifayət edən səbəb olsaydı istifadəçi hesabı söndürülərdi. Bunun presedentləri olub. NKO zi 17:27, 23 sentyabr 2024 (UTC)
- Hər halda yuxarıda qeyd olunanlar bloklanma üçün kafidir, hətta artıqdır. Hörmətlə, Qədir (müzakirə) 09:50, 24 sentyabr 2024 (UTC)
- Azərbaycanca vikipediyadakı fəaliyyətimi dayandırmışam. Bu barədəki müvafiq şablonu öz istifadəçi səhifəmdə də göstərmişəm. Şəxsi məsələlərlə əlaqədar olaraq ən azı 1 ən çoxu isə 2-3 il bura daxil ola bilməyəcəm. Ehtimal var ki, bəlkə daha tez qayıtdım. Hazırlaşmalı olduğum imtahanlar səbəbindən vikipediyaya ayıracaq vaxtım qalmır. Hər bir halda bütün bunlar mənim əsassız və haqqsız yerə ömürlük bloklanmağımı şərtləndirə bilməz. Yuxarıda başladılmış səsvermə cəzalandırmaq, dərs vermək və qisas almaq xarakteri daşıyır. Məsələn, NurAy yazıb ki,ümid edirəm şəxsin bloklanmağı onun kimi düşüncələrdə olan şəxslərə də dərs olar. Sizə dəhşətli gəlmir bu cümlə ? Bir şey olmamış qaydalarla dolu linkləri bir-birinə atan icma kimisə düşüncəsinə görə ömürlük bloklamağa hazırlaşır. Bir necə ay bundan əvvəl icma bu mövzunu müzakirə edib və bu məsələ haqqında öz qərarını verib. Həmin müzakirədən bura heç 2 ay belə keçməyib və mən o vaxtdan bura 100 redaktə belə etməmişəm. Bir sözlə yuxarıda mənə qarşı səsləndirilmiş ittihamlar haqqında icma nə qədər qərar qəbul etməlidir ? Yəgin ki, bu cavab hamıya bəllidir. Mən tam bloklanana qədər.
- Hər halda yuxarıda qeyd olunanlar bloklanma üçün kafidir, hətta artıqdır. Hörmətlə, Qədir (müzakirə) 09:50, 24 sentyabr 2024 (UTC)
- Kifayət edən səbəb olsaydı istifadəçi hesabı söndürülərdi. Bunun presedentləri olub. NKO zi 17:27, 23 sentyabr 2024 (UTC)
- Bu, çox həssas məsələdir, bunu bir dəfə edən ikinci dəfə də edər. Sosial şəbəkələri izləyərək bütün bunları başa düşmək çətin məsələ deyil. Hörmətlə, Qədir (müzakirə) 17:24, 23 sentyabr 2024 (UTC)
- Bu dediyim kimi köhnə tarixə aiddir. Üç il əvvəlki məsələni də bu gün üçün təklif etmək düz deyildir. Bu gün üçün yeni sübut varmı? Son hadisələr ilə bağlı. NKO zi 17:22, 23 sentyabr 2024 (UTC)
- Deyəsən müzakirəni oxumadan elə başlığı görüb gəlib şərh bildirmisiniz; bax: [1]. Əksini iddia etməyin, ilk başlarda inkar etsə də, bir müddət sonra özü də qəbul etmişdi. Hörmətlə, Qədir (müzakirə) 17:14, 23 sentyabr 2024 (UTC)
- NKOzi ilə Cekli829 vaxtilə bir yerdə işləyirdi. Bilmək olmaz, bəlkə də Ceklinin özüdü. Nemoralis (müzakirə) 15:55, 23 sentyabr 2024 (UTC)
- 2019-cu ildə qəzetə verdiyim müsahibə 2024-cü ildə bloklanmam üçün əsas kimi gətirilib. A.Aida88 iddia edir ki, güya mən hansısa sayta son baş verənlərlə bağlı müsahibə vemrişəm. Heç bir sayta və ya xəbər kanalına mövzu ilə bağlı müsahibə verməmişəm. Paylaşdığım statusu kimsə öz saytında xəbər kimi paylaşırsa buna mən nə edə bilərəm ki ? Heç kimin heç bir şəxsi məlumatını III tərəfə ötürməmişəm. Əslində buna heç bir halda ehtiyac belə olmayıb. Nazirliyin təşkil etdiyi viki-düşərgənin təşkilatçılarından olan bir şəxsi və ya tvitterdə mütamadi postlar paylaşan bir şəxsi tapmaq nə qədər çətin ola bilərdi ki. Bir sözlə hədəfə alınan vikipediyaçılar Azərbaycanda Vikipediya məsələsi ilə maraqlanan hər bir şəxs real həyatdan tanıyıb və ortada hansısa "gizli əsaslarla fəaliyyət göstərmiş istifadəçi obrazı" mövcud olmayıb. White Demonun mövzu ilə bağlı yazdıqları da çox absurddur. 10 ildən çoxdur ki, vikipediya üçün fəaliyyət göstərən cənab inzibatçı təklif edir ki, facebookda biri Crepusculuma ürək atıb deyə gəlin onu ömürlük bloklayaq. --Crepusculum (müzakirə) 14:38, 24 sentyabr 2024 (UTC)
- Bu qədər nüans sadalamışam, amma sadəcə bu nüansa ilişirsizsə, əlavə əks arqument gətirməyə lüzüm görmürəm. Həmin ifadə vikipediyaçıları təhdid və təhqir edən bir şəxs ilə sizin aranızda həmfikirlik olmasına dair bir allüziya idi sadəcə. Niyə belə literary başa düşdüz, anlamıram. Şiroi Akuma 14:50, 24 sentyabr 2024 (UTC)
- İştirak etdiyim CEE tədbirinə dəvət edilmişdim və həmin dəvət də 2-3 ay bundan əvvəl edilmişdi. Gələn ayda ABŞ-dakı Şimali Amerika konfrasına dəvət ediblər. İndi məni harasa çağırırlarsa və kimsə gedə bilmirsə burada mənim günahım nədir ? Əgər hansısa tədbirə gedəndə sizlərdən və ya icmadan icazə almaq lazımdırsa lütfən bu barədə mənim müzakirə səhifəmə və ya kənd meydanına yazın ki, işimizi bilək. Yuxarıdakı müzakirələrin hamısı bir oyundur. Dünən Patriot Kor qaldığımız otelin girişindəki ayaq üstü söhbətimiz zamanı mənə dedi ki, sən qəzərlisən, getməlisən və tezliklə də gedəcəksən. Tədbirin III və sonuncu günü gəmi ilə boğaz turu oldu və gəmidən düşəndən sonra Patriot Kor bildirdi ki, sənin haqqında başladılan müzakirəni gördünmü ? dedim ki, yox görməmişəm. Əlavə etdi ki, gedib baxarsan. Yuxarıda fikir ifadə etmiş və əsasən heç bir müzakirədə rəy yazmayan adamların gəlib burada alovlu rəylər yazması da bir daha bu prosesin məqsədli və planlı şəkildə aparıldığını göstərməkdədir. Mən heç kimin şəxsi məlumatlarını yaymamışam və heç vaxt hansısa vikipediyaçının zərər görməsinə tərəfdar olmamışam. Kiminsə başına pis bir işin gəlməsi mənə heç nə qazandırmayacaq. Şəhid məqalələrinin silinməsinə hər zaman qarşı olmuşam və bu barədə öz fikirlərimi facebook postumda yazmışam. Həmin postda heç bir ad çəkməmişəm və kimisə hədəf göstərməmişəm. İcma tələb edirdi ki, mən onlarla həmrəy olmalı idim və güya biz kollektiv olmuşuq. Dəfələrlə mənim haqqımda təqib xarakterli müzakirələr başladanda, mənə vikipediyada ingilis bayrağı verən, telegramda sənin üzünə tüpürəcəm sözünü yazan admin indi səs verib. Gmail-dən, açdığı canlı yayımlarla və mənim ailə üzvlərimə yazdığı mesajlarla məni və ailəmi təhqir edən adamlar buna görə heç bir cəza almayıb və hələdə inzibatçı kimi qalmaqdadır, ancaq facebookda yazdığım bir statusa görə mənim ömürlük bloklanmağım tələb olunur. White Demon siz bunları bilən bir adam olaraq niyə belə bir qərəzli addıma atdınız mənə maraqlı və qəribə gəldi.--Crepusculum (müzakirə) 14:51, 24 sentyabr 2024 (UTC)
- @White Demon həqiqətən adam dəhşətə düşür ki, siz vikipediyanın qaydalarını bilmirsiniz. Deyirsiniz ki, bu qədər nüans sadalamışam - doğrudurmu ? Zəhmət olamsa Vikipediya:Şikayət səhifəsinin 2024-cü il üzrə olan arxivinə baxın. Oradakı III başlıq mənim bloklanmamı tələb edən səbəblər haqqındadır. Sizin sadalamış olduğunuz nüanslar haqqında icma artıq öz qərarını verib. Doğrudur ya yox ? Deməli siz icma mən bloklanmayana qədər icmanın qəbul etdiyi qərarları doğru hesab etməyəcəksiz ? həmin müzakirədən heç 2 ay belə keçməyib və mən 100 redaktə belə etməmişəm. Crepusculum (müzakirə) 14:55, 24 sentyabr 2024 (UTC)
- Vikiicma sadəcə məndən ibarətdir? Vikicma o vaxt belə qərar verib, indi isə bu qərarı vermək istəyir. Bir ay əvvəlki vikiicma qərarı ilə razılaşırsız, amma vikiicmanın indiki qərarı ilə razılaşmaq istəmirsiz? Şiroi Akuma 15:00, 24 sentyabr 2024 (UTC)
- @White Demon siz məni anlamadınız. Mən deyirəm ki, icma 2 ay bundan əvvəl qərar verib ki, məni bloklamasın. Doğrudurmu ? Həmin müddətdən sonra mən yüzdən az redaktə etmişəm və heç bir qaydanı pozmamışam. 2 ay sonra isə siz icmanın qərar verdiyi bəndləri yenidən əsas gətirib, mənim bloklanmağım üçün müzakirələr başlatmısız. Niyə yaza bilmirsiz ki, Crepesculmun facebookda yazdığı soncunu statusdan sonra əlimizə fürsət düşüb və gəlin köhnə, bağlanmış, haqqında qərar verilmiş müzakirələri də bura əlavə edək və onun bloklanmasına nail olaq. Bir var ki, adamı 1 şeyə görə günahlandırasan və birdə var ki, 10 şeyə görə. Bunların arasında fərq yoxdurmu ? Vikimedia Fondu məni niyə global bloklamadı ? Bu qədər səy göstərdi bəzi şəxslər. Gündə 2-3 e-mail yazdılar ki, təki mən bloklanım. @White Demon siz hər zaman ədalətl bir istifadəçi olmusunuz. Lütfən yazdığım cavab şərhini diqqətlə oxuyun. Görün nəsə səhv söz deyirəmmi. Crepusculum (müzakirə) 15:08, 24 sentyabr 2024 (UTC)
- Vikiicma sadəcə məndən ibarətdir? Vikicma o vaxt belə qərar verib, indi isə bu qərarı vermək istəyir. Bir ay əvvəlki vikiicma qərarı ilə razılaşırsız, amma vikiicmanın indiki qərarı ilə razılaşmaq istəmirsiz? Şiroi Akuma 15:00, 24 sentyabr 2024 (UTC)
- Bu qədər nüans sadalamışam, amma sadəcə bu nüansa ilişirsizsə, əlavə əks arqument gətirməyə lüzüm görmürəm. Həmin ifadə vikipediyaçıları təhdid və təhqir edən bir şəxs ilə sizin aranızda həmfikirlik olmasına dair bir allüziya idi sadəcə. Niyə belə literary başa düşdüz, anlamıram. Şiroi Akuma 14:50, 24 sentyabr 2024 (UTC)
- 2019-cu ildə qəzetə verdiyim müsahibə 2024-cü ildə bloklanmam üçün əsas kimi gətirilib. A.Aida88 iddia edir ki, güya mən hansısa sayta son baş verənlərlə bağlı müsahibə vemrişəm. Heç bir sayta və ya xəbər kanalına mövzu ilə bağlı müsahibə verməmişəm. Paylaşdığım statusu kimsə öz saytında xəbər kimi paylaşırsa buna mən nə edə bilərəm ki ? Heç kimin heç bir şəxsi məlumatını III tərəfə ötürməmişəm. Əslində buna heç bir halda ehtiyac belə olmayıb. Nazirliyin təşkil etdiyi viki-düşərgənin təşkilatçılarından olan bir şəxsi və ya tvitterdə mütamadi postlar paylaşan bir şəxsi tapmaq nə qədər çətin ola bilərdi ki. Bir sözlə hədəfə alınan vikipediyaçılar Azərbaycanda Vikipediya məsələsi ilə maraqlanan hər bir şəxs real həyatdan tanıyıb və ortada hansısa "gizli əsaslarla fəaliyyət göstərmiş istifadəçi obrazı" mövcud olmayıb. White Demonun mövzu ilə bağlı yazdıqları da çox absurddur. 10 ildən çoxdur ki, vikipediya üçün fəaliyyət göstərən cənab inzibatçı təklif edir ki, facebookda biri Crepusculuma ürək atıb deyə gəlin onu ömürlük bloklayaq. --Crepusculum (müzakirə) 14:38, 24 sentyabr 2024 (UTC)