Gəray Gəraybəyli: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil veb redaktə Təkmilləşdirilmiş mobil redaktə
Redaktənin izahı yoxdur
Sətir 5: Sətir 5:
|elmi dərəcəsi = tibb elmləri doktoru
|elmi dərəcəsi = tibb elmləri doktoru
|elmi adı = [[professor]]
|elmi adı = [[professor]]
|alma-mater = [[Azərbaycan Tibb Universiteti]]
|təhsili = [[Azərbaycan Tibb Universiteti]]
}}
}}
'''Gəray Gəraybəyli''' ({{DVTY}}) — [[Azərbaycan Tibb Universiteti]]nin rektoru, Azərbaycan psixiatrı, tibb elmləri doktoru (2007), professor (2012), əməkdar müəllim.
'''Gəray Gəraybəyli''' ({{DVTY}}) — [[Azərbaycan Tibb Universiteti]]nin rektoru, Azərbaycan psixiatrı, tibb elmləri doktoru (2007), professor (2012), əməkdar müəllim.

18:36, 6 fevral 2024 tarixinə olan versiya

Gəray Gəraybəyli
Gəraybəyli Gəray Çingiz oğlu
Doğum tarixi 29 iyun 1967(1967-06-29) (57 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adı professor
İş yeri
Təhsili Azərbaycan Tibb Universiteti
Mükafatları Azərbaycan Respublikasının əməkdar müəllimi

Gəray Gəraybəyli (29 iyun 1967, Bakı) — Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan psixiatrı, tibb elmləri doktoru (2007), professor (2012), əməkdar müəllim.

Həyatı

Gəraybəyli Gəray Çingiz oğlu 1967-ci il 29 iyun tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib və həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) daxil olub. 1992-ci ildə həmin fərqlənmə diplomu ilə bitirib.

1992-ci ildən 1993-cü ilədək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayından indiyə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində çalışır.

Professor Gəray Gəraybəyli 1995-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildə dosent, 2012-ci ildə professor elmi adına layiq görülüb.

60-dan çox elmi əsərin, 1 tədris vəsaitinin, 2 tədris-metodik, 3 metodik tövsiyənin, 4 tətbiqetmə aktının və 1 səmərələşdirici təklifin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfrans və konqresslərdə elmi məruzələrlə çıxışlar edib. 2001-ci ildə ABŞ Dövlət Departamentinin Fulbright Programı çərçivəsində Cənubi Kaliforniya Universitetində elmi ezamiyyətdə olub.

2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudır.

Gəraybəyli Gəray Çingiz oğlu 11 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin edilib.[1].

Mükafat və təltifləri

16 iyun 2014-cü il tarixində professor G.Ç.Gəraybəyli "Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür[2].

Ailəsi

Azərbaycan SSR Xalq Artisti, aktyor Ağasadıq Gəraybəylinin nəvəsidir. Ailəlidir, iki oğlu var. Həyat yoldaşı Samirə Gəraybəyli. Uşaqları Ağasadıx Gəraybəyli və Cavid Gəraybəyli.

Ədəbiyyat

  1. Ə.Əmiraslanov, “Azərbaycan Tibb Universiteti – 80”, Bakı, “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC, 2010, s.327

İstinadlar

  1. "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar G.Ç.Gəraybəylinin Azərbaycan Tibb Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (azərb.). 11 aprel 2016. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  2. "Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". http://e-qanun.az (azərb.). 11 iyun 2014. İstifadə tarixi: 11 aprel 2016.[ölü keçid]