Orta əsrlər: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur Teqlər: Vizual redaktə Mobil redaktə Mobil veb redaktə |
Redaktənin izahı yoxdur Teqlər: Vizual redaktə Mobil redaktə Mobil veb redaktə |
||
Sətir 43: | Sətir 43: | ||
== Moğol istilası == |
== Moğol istilası == |
||
{{Əsas|Böyük Monqol imperiyası}}Çingiz xanın başçılığı ilə monqolların silsilə istilaları nəzərdə tutulur. Bu istilalar çox qanlı olmuş və monqolların Asiyada hegemoniya qurmasına vəsilə olmuşdur. |
|||
{{Əsas|Böyük Monqol imperiyası}} |
|||
== Yüzillik müharibə == |
== Yüzillik müharibə == |
20:29, 21 iyul 2023 tarixinə olan versiya
Orta Əsrlər (lat. medium aevum) — İtalyan humanistləri-linqvistləri və ədəbiyatçıları, klassik latıncanı diriltməyə çalışaraq, onların dövrünü klassik qədim çağlardan ayıran zamanı, "orta əslər"(medium aevum) adlandırmışdılar. 15 əsrdə bu istilah artıq tarixçilər tərəfindən də, Qərbi Roma İmperiyasının süqutundan onların yaşadığı İntibah dövrünə qədər olan dövrə də aid edilməyə başladı. 17 əsrdə tarix elmində ümumdünya tarixini əntiq, orta əsrlər və yeni dövrə bölmək ənənəsi möhkəmləndi. Orta Əsrlər anlayışı humanist və sonrakı burjua tarixşunaslığında ciddi elmi anlam və xronoloji müəyyənlik daşımırdı. Orta Əslərin başlanğıcı, gah sonuncu Roma imperatorunun taxtdan salınması(476), gah Konstantinin hakimiyəti dövrü(306–337), gah da ərəblərin Avropaya hücumu (8 əsrin əvvəli) hesab edilirdi. Orta əsrlərin sonu anlayışı isə daha yayqın idi. Bəziləri bunu Konstantinopolun süqutu(1453), bəziləri Amerikanın kəşfi(1492), bəziləri isə Almaniyada Reformasiyanın başlanğıcı(1517)ilə müəyyən edirdilər. Orta Əsrlərin səciyəsi barədə də müxtəlif mövqelər var. Humanistlərin ardınca İntibah dövrü tarixçiləri də orta əsrləri nadanlıq, [mövhumat] və düşkünlük çağları kimi dəyərləndirirdilər. Lakin burjua tarixşünaslığının, əksinə düşünənlər də var. Onlar orta çağları ideallaşdırmağa və modernləşdirməyə çalışırlar. Ən çox qəbul olunmuş nöqteyi nəzərlərdən bir odur ki: Orta Əsrlər — quldarlıq, yaxud ibtidai dövrləri əvəz edən feodal münasibətlərin yaranması, hökmranlığı və dağılması vaxtlarıdır. Orta Əsrlərin sonu, feodalizmdən kapitalizmə keçidlə səciyyələndirilir.
Xalqların böyük köçü
Xalqların böyük köçü — II əsrdə hun tayfaları tərəfindən Altayda başlayıb və Avropaya tərəf yayılaraq 300 ildən çox davam edən yürüş tarixdə "Xalqların böyük köçü" adı ilə formalaşmış və tarixdə mühüm iz qoymuşdur. Yürüşün son akkordları VII əsrdə slavyanyaların Elbada, xorvatlar və serblərin müasir Bosniya və Dalmaçiyada məskunlaşması ilə nəticələnir.
Firəng dövləti
— 7-ci əsrin sonunda Merovinq Dövlətinin bütün vilayətlərində de-fakto hakimiyət majordomların əlində idi. Əvvəllər onlar kralın saray idarəsinə başçılıq edən vəzifəli şəxslər(majordomus -evin böyüyü(məsələn Səlcuqlular dövlətində bunun analoqu Atabəy idi) saray təsərrüfatını idarə edən) idilər. Hər cür gerçək hakimiyətdən uzaqlaşdırılan Merovinqlər sülaləsi kralları majordomların iradəsindən asılı olaraq təyin olunur və taxtdan salınırdılar. Onlar müasirləri tərəfindən saymazyana, "ərincək krallar" ləqəbi almışdılar. 687 ildə frank əyanları içərisində uzunsürən mübarizədən sonra Avstraziya majordomu Heristallı Pipin bütün Frank dövlətinin majordomu oldu. Heristallı Pipinin nəsli olan Avstraziya majordomları birləşmiş Frank Dövlətinin hökmdarları olaraq yeni frank sülaləsinin başlanğıcını qoydular. 751 ildən sonra Frank Dövlətini kralları kimi idarə edən bu sülalə sonra Böyük Karlın adı ilə Karolinqlər sülaləsi adlanmağa başladı. Karolinqlərin hakimiyəti dövründə frank cəmiyətində aqrara münasibətlərdə çevriliş baş verdi ki, bu da feodalizm quruluşunun, ümumi cəhətlərdə, formalaşmasının başa çatması ilə nəticələndi.8 əsrdə Frank dövlətində iki təbəqə yaranmışdı: birincisi -Qalliya -Roma və qədim alman mənşəli iri torpaq sahibləri. Onların çox hissəsi öz torpaqlarına(allod) şərtsiz sahib idilər. Buna görə də mərkəzi hakimiyətə qarşı çox vaxt əli silahlı qiyam edirdilər; ikincisi — bu və ya digər dərəcədə asılı olan kəndlilər. Onların torpaq mülkiyəti yox idi. Bu asılı adamların mühüm hissəsi Qalliya-Roma qulları, kolonları, köləlikdən qurtulmuşlar, qədim alman qulları və litlərinin nəsilləri idi. Bu kateqoriyalar arasında fərqlər getdikcə daha çox silinirdi. 8–9 əsrin əvvəllərinin aqrar çevrilişi əsnasında, məhz bu aralıq təbəqələrin silinib aradan qalxması hesabına feodalizm cəmiyətinin əsas sinifləri, o cümlədən asılı kəndlilər sinfi yarandı. Məhz bu ictimai-iqtisadi dəyişikliklər Heristallı Pipinin varisi — majordom Karl Martellin siyasətini müəyyən etdi.
715 ildən 741-ci ilədək hakimiyətdə olan Karl Martell("Toxmaq") daxili ixtişaşları yatırmaqdan başladı. Karl ona qarşı üsyana qalxmış Neystriya feodallarını, sonra isə Akvitaniya və Provans hersoqlarını əzib Reynin o tayındakı itaətdən çıxmış qədim alman tayfalarına- saksonlara, frizlərə, allemanlara, bavarlara qarşı hücuma keçdi və onları yenidən bac verməyə məcbur etdi. Karl Martell 732-ci ildə Puatye döyüşü (732) yaxınlığında, həlledici vuruşmada, ərəbləri məğlub etdi; ərəblər 8 əsrin əvvəlində İspaniyanı işğal edib 720-ci ildə Cənubi Qalliyaya soxulmuş, Frank dövləti üçün təhlükə yaratmışdılar. Frankların Puatye döyüşündəki qələbəsi, ərəblərin Avropada irəliləməsinin qarşısını aldı. Ərəblərin əlində, indi ancaq Cənubi Qalliyanın kiçik bir hissəsi -Narbonn ilə Septimaniya qaldı.
Ərəb xilafəti
Xilafət (ərəb. خلافة xilāfə; ing. Caliphate) və ya Xəlifəlik — İslam dinində siyasi və hüquqi idarə üsulu[1]. Xilafətə başçılıq edən şəxs xəlifə adlanır. Məhəmməd peyğəmbərin vəfatından XIII əsr monqol yürüşünə qədər ərəb dünyasında rəsmi dövlətçilik idarə üsulu kimi işlənmiş, daha sonralar isə bir sıra müsəlman dövlətlərində siyasi ideologiya mənasını daşımışdır.Həmçinin quldarlıq yaşanmamışdı.
Feodalizm
Feodalizm (lat. feudum- Len, İqta- feodal torpaq mülkiyyəti) 18 əsrin əvvəllərindən başlayaraq tarixşünaslıq "feodalizm" terminindən geniş istifadə etsə də, bu anlayışı vahid elmi tərifini verə bilməmişdi. Tarixçilər daha çox onun ikinci dərəcəli, başlıca olaraq, siyasi və hüquqi əlamətlərinə görə tərif verirdilər. Bir qrup tarixçi siyasi pərakəndəliyi, dərəbəyliyi, başqaları feodal nərdivanı, üçüncü qrup isə siyasi hakimiyətin torpaq sahibliyi ilə birləşməsini, bəziləri isə şəxsi əlqələrin hökmranlığını və sairəni onun başlıca əlaməti hesab edirdi. Ş. Monteskyö feodalizmin əsas şərti kimi şərti torpaq mülkiyyətini, feodlar sistemini və onun əsasında artan hərbi-len iyerarxiyasını hesab edirdi.[1] Lakin çağdaş tarix elmi həm də feodalizmin mahiyətini, ikinci dərəcəli, subyektiv, təsadüfi əlamətlərdə deyil, onun obyektiv, mahiyyətinə xas olan və təkrar olunaraq, sistemli səciyə daşıyan əlamətlərinə görə fərləndirirdi. Məhz istehsal münasibətləri bütövlükdə feodalizm ictimai-iqtisadi formasiyası üçün xas olan siyasi və ictimai xüsusiyyətləri müəyyən edir. Feodalizm quruluşunu bir tərəfdən quldarlıq, digər tərəfdən isə kapitalizmdən fərqləndirən başqa mühüm xüsusiyyət iri torpaq mülkiyətinin bilavasitə istehsalçıların -kəndililərin xırda fərdi təsərrüfatları ilə əlaqədar olması idi. Feodallar öz torpaqlarının çox hissəsini istifadə üçün kəndlilərə paylayırdılar. Kəndlilər feodalizm cəmiyətində çox nadir hallarda becərdikləri torpaqların mülkiyətçisi olurdular. Onlar torpaqları bu və ya digər şərtlə istifadə edirdilər. Kəndlilər bu torpaqlardan bəzən irsən istifadə etmək hüququna malik idilər. Həmin torpaqlarda kəndlilər öz xırda təsərrüfatlarını müstəqil idarə edirdilər.Sinifli cəmiyətlərdə istehsalçıların iqtisadi maraqlandırılması hesabına istismar olunması üsulu ilk dəfə feodalizm ictimai-iqtisadi formasiyasında baş verib. Quldarlıqdan fərqli olaraq feodalizmdə istehsalçılar bilavasitə zorla istismar olunmurdular, dolayısı ilə, torpaqdan istifadənin müqabilində müəyyən qədər məhsuldan özlərinə saxlamaq şərti ilə həvəsləndirilirdilər. Bu sinifli cəmiyətdə istehsalçının istismarının təkamülü idi. Sonraki kapitalizm quruluşunda istehsalçının həvəsləndirilməsi, bazar və pul münasibətlərinin inkişaf etməsi nəticəsində, natural deyil, pul ilə həyata keçirilməyə başladı, yəni onlar muzdlu oldu. [2]
Feodal nərdivanı
Feodal nərdivanı — feodal torpaq münasibətlərinin təzahürü olan feodalların iyerarxiyası. Feodalizmin strukturu torpaq mülkiyəti münasibətləri ilə və bununla bağlı olan siyasi hakimiyyətlə müəyyən olunurdu. Artıq qurulmuş feodalizm mərhələsində bu münasibətlər feodal iyerarxiya formasında təzahür edirdi. Feodal nərdivanın başında ali süzeren və dövlətin nominal başçısı — kral(şah, xaqan) dururdu. Öz domenindən başqa, onun bütün ölkə ərazisində bəzi ali hüquqları da vardı(hərbi komandanlıq, məhkəmə bannı və başqa). İkinci pillədə iri feodallar dururdu — kralın bilavasitə vassalları — arxiyepiskoplar, yepiskoplar, hersoqlar, qraflar(xan,knyaz) və b. Onlar öz mülklərində məhkəmə-inzibati, pul kəsmək, vergi və xərac yığmaq kimi ali dövlət hökmünə malik idilər. Üçüncü pillədə-kral vassallarının vassalları dururdu — baronlar(bəy, məlik), onların iri mülkləri vardı və onlar orada faktiki muxtar idilər. Ən sonuncu pilləni cəngavərlər tuturdu. Birqalxanlı cəngavərlərin vassalları olmurdu, onların ancaq, artıq feodal nərdivanından kənarda qalan, asılı kəndliləri vardı. Hər bir feodal özündən yuxarıda duran feodalın vassalı və öz növbəsində daha aşağıda duranın süzereni idi. Ancaq kral öz ölkəsində heç kimin vassalı deyildi(o ancaq başqa kralın və ya papanın vassalı ola bilərdi).
Vassal asılılığın əsasını şərti torpaq mülkiyyəti təşkil edirdi(benefisiy, feod,len-(alman.)., fyef-frans., iqta-ərəb.) Adətən bu torpaq idi, bəzən müəyyən feodal gəlir qaynaqları -renta və başqa gəlir qaynağından istifadəyə icazə verən vəzifə. Feoda formal olaraq senyorun-süzerenin ali mülkiyəti altında qalırdı, ama bilavasitə o, rentanı bütövlükdə və ya onun əhəmiyyətli hissəsini alan, vassalın hökmündə idi. Senyor vassalın ancaq adətlə müəyyən olunmuş hərbi xidmətindən istifadə edirdi və bəzən ondan pul ödənişi-relyef alırdı. Vassalın mütləq hərbi xidməti 40 gündən artıq deyildi. Vassalın öz öhdəçiliyini yerinə yetirməməsi lenin itirilməsinə gətirirdi. Vassal hərbi müqavimət göstərə və öz torpağını müdafiə edə bilərdi (onun buna demək olar ki, tamamilə hüququ çatırdı). 9–11 əsrlərdə benefisilər irsi oldu və vassalı torpaqdan məhrum etmək daha da çətinləşdi.
Feodal adətə görə senyorun vassalın hökmünə feodun verilməsi(investitura-lat.)təntənəli,bir çox vassalın təmsil olunduğu şəraitdə baş verirdi. Vassal senyorun qarşısında bir dizi üstünə çökürdü və "onun adamı" olmasını elan edirdi. Və öz əlini senyorun əlinə qoyaraq ona sədaqət andı içirdi. Bu və ya digər tərəfin vassal süzeren münasibətlərini pozması münasibətlərin qırılmasına səbəb olurdu. Özüdə əgər bu ağanın günahı idisə, vassal feodu özündə saxlayaraq öz ağasını tərk etmək hüququna malik idi.
Səlcuqlular
Səlcuqlar və ya Səlcuqoğulları – 1038-ci ildən 1157-ci ilədək movcud olmuş nəhəng Türk müsəlman Sultanlığını (İmperiyasını) qurmuş Oğuz – Türk sülaləsi.
Səlcuq immperatorluğu XI əsrin ortalarında Mərkəzi Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən tutmuş Fars körfəzinə qədər olan ərazilərdə yaranmışdır.Səlcuq türkləri Oğuz türklərinin Qınıq tayfasına mənsub olmuşlar.Bu tayfa adını türk sərkərdəsi olan Səlcuğun adından götürmüşdür.
Səlcuqlar Qəznəlilər tərəfindən sıxışdırıldıqdan sonra qərbə doğru axışdılar.Azərbaycan və İran torpaqların keçib Bizans torpaqlarına hücum etdilər.Daha sonra Van gölü hövzəsi,Naxçıvan və onun ətrafındakı Azərbaycan torpaqlarını nəzarət altına aldılar.
Səlib yürüşləri
Səlib yürüşləri və ya xaç yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبي,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI–XII əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı.
Moğol istilası
Çingiz xanın başçılığı ilə monqolların silsilə istilaları nəzərdə tutulur. Bu istilalar çox qanlı olmuş və monqolların Asiyada hegemoniya qurmasına vəsilə olmuşdur.
Yüzillik müharibə
Yüzillik müharibə (1337–1453) — İngiltərə və Fransa arasında yüz ildən artıq (fasilələrlə) davam etmiş müharibə.
Reformasiya
Reformasiya (lat. reformatio) — XV–XVI əsrlərdə Katolik kilsəsi qarşı başlanan dini etirazlar.
Rekonkista
Rekonkista — Pireney yarımadasında yaşayan müsəlmanların xristianlar tərəfindən sıxışdırılar çıxarılmasına səbəb olmuş, dini məzmunlu hərəkat. Rekonkista hərəkatı Qranada əmirliyinin 1492-ci ildə dağılması nəticəsində uğurla başa çatmışdır.Ərəblər ilk dəfə olaraq Pireney yarımadasına 711-ci ildə Tariq bin Ziyadın başçılığı altında gəlmişdilər. Ərəblərin İspaniyada ağalığı 781 il davam etmişdir. Bu dövr ərzində müsəlmanlar xristianlarla və yəhudilərlə çox tərəfli münasibətlər qurmuşdular. Ərəblər təkcə dövlətçilik sahəsində deyil, eyni zamanda mədəniyyət sahəsindədə böyük işlər olmuşdur. Qranada şəhərində yerləşən və Qranada əmirliyinin hakimiyyəti dövründə inşa olunmuş Əlhambra sarayı, müsəlmanlar tərəfindən tikilmişdir. İspaniyada yaşayan xristinların müsəlmanlara olan münasibəti IX əsrdən etibarən dəyişməyə başladı. 718-ci ildə Şimali İspaniyada dağlarda yerləşən mağaralarda rekonkista hərəkatı üçün döyüşçülər hazırlanırdı. Rekonkista hərəkatının ilk dövrü 718–1085-ci illəri, ikinci dövrü isə 1085–1238-ci illəri əhatə edir.
1238-ci ildən 1492-ci ilə qədər davam etmiş, üçüncü mərhələ isə Qranada əmirliyinin dağılması ilə nətiçələnmişdir. 1492-ci ildə İspaniyada ərəblərin hakimiyyətinə son qoyulmasından sonra, yəhudilərin deportasiya edilməsinə başlanıldı. 1610-cu ilə qədər müsəlmanlar və yəhudilərin hamısı İspaniyadan qovuldu. İspaniyadan güçlü katolik — xristian dövləti yaradıldı. İspaniyadan qovulan və əndəlüs qaçqınları adlanan toplumu yalnız Osmanlı imperiyası qəbul etmişdi. 1492-ci ilin 2 yanvar tarixində sonuncu Qranada əmiri XII Məhəmməd əbu Abdullahın təslim olması ilə rekonkista hərəkatı yekunlaşdı. 1508-ci ildə xristianlar tərəfindən qəbul olunan qərara əsasən, müsəlmanlar öz dini geyimlərini 6 il müddətində tərk etməli, əvəzində isə xristian geyimləri geyinməli idilər.
XVI əsr boyu müsəlmanlar arasında xristianlıq təbliğatı aparılmışdır. Xristianlığı qəbul edən müsəlmanlar vəzifələrə təyin olunur və onlara torpaq sahələri verilirdi. Təkcə XVI əsrdə üç milyon müsəlman sürgün və ölümlə üzləşmişdir. Xristianlar tərəfindən aparılan əsas təbliğatın biridə, müsəlanmlar tərəfindən tikilmiş tikililərin dağıdılması və ya fəaliyyət sahələrinin dəyişdirilməsindən ibarət idi. Bu yolla onlarla məscid və kitabxana dağıdılaraq yandırılmışdır. Hal-hazırda mövcud olan tarixi tikililərdən yalnız Kardoba şəhərində yerləşən və bu gün kafedral kimi istifadə olunan Kardoba Ulu Məscidi və Əl-Kəsər sarayını və Qranada şəhərində yerləşən və Qranada əmirlərinin mərkəz sarayı olmuş Əlhambra sarayını misal göstərmək olar.
Coğrafi kəşflər
Coğrafi kəşflər — XV–XVI əsrlərdə Avropalılar tərəfindən yeni ticarət yollarının axtarılması məqsədi ilə başladılan və yeni okeanların, qitələrin kəşf edilməsi ilə nəticələnmiş kəşflərə verilən ad. Avropada olan səyyah və dənizçilərdə olan böyük maraq coğrafi kəşflərin başlanmasına böyük təkan vermişdir. Digər tərəfdən orta əsrlərdə Avropada iqtisadi vəziyyətin gərgin olması, insanların yeni zəngin torpaqlar axtarması həvəsini daha da sürətləndirirdi. İlk çoğrafi kəşflər Atlantik okeanı və Afrika sahillərindən, fransız və cenoalı gəmiçilər tərəfindən başladılmışdır. Kanar adaları və Azor adalarının kəşf edilməsi, bu səyahətlər nəticəsində mümkün olmuşdur.
Osmanlı imperiyası
Osmanlı İmperiyası[2] (Osmanlıca: دولت عالیه عثمانیه, Devlet-i Âliyye-i Osmaniyye[3]) — çoxmillətli və çoxdinli Türk dövləti. 1922-ci ildə səltənətin qaldırılması ve monarxiyadan respublikaya keçidin rəsmiləşməsindən sonra Türkiyə dövlətinin tarixində Osmanlı dönəmi bitmiş, dövlət mövcudiyyətinə cumhuriyyət olaraq davam etmişdir.
Mənbələr
- История Средних Веков Москва Просвещение 1986
- Orta Əsrlər Tarixi "Maarif" Nəşriyatı Bakı-1988
İstinadlar
- ↑ Martin, R. C. Encyclopedia of Islam and the Muslim World. Thomson Gale. 2003. ISBN 0028659120, 9780028659121.[ölü keçid]
- ↑ İmperiyanın digər adları: "Âl-i Osman"; "Devlet-i Âliye", "Devlet-i Ebed-Müddet", "Memâlik-i Mahrûse" veya "Memâlik-i Mahrûse-i Osmanî" Mənbə: Prf. Salih Özbaran: Bir başka Osmanlı kimliği Rumilik Arxivləşdirilib 2013-02-24 at the Wayback Machine
- ↑ "Üzerinde Arapça yazı bulunan bir Osmanlı parası". 2017-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-29.
Həmçinin bax
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |