Əvəz Cəbiyev: Redaktələr arasındakı fərq
kRedaktənin izahı yoxdur Teqlər: Əllə geri qaytarma Vizual redaktor |
Redaktənin izahı yoxdur |
||
Sətir 6: | Sətir 6: | ||
|piktoqram = tibb |
|piktoqram = tibb |
||
|milliyyəti = azərbaycanlı |
|milliyyəti = azərbaycanlı |
||
|doğum tarixi = |
|doğum tarixi = 28 may 1922 |
||
|vəfat tarixi = 20 oktyabr 1977 |
|vəfat tarixi = 20 oktyabr 1977 |
||
|elmi dərəcəsi = Tibb elmləri doktoru |
|elmi dərəcəsi = Tibb elmləri doktoru |
||
Sətir 21: | Sətir 21: | ||
== Həyatı == |
== Həyatı == |
||
Əvəz Cəbiyev 28 aprel 1922-ci ildə [[Masallı]] rayonu [[Ərkivan]] kəndinin Cəbili məhəlləsində anadan olub. |
Əvəz Cəbiyev 28 aprel 1922-ci ildə [[Masallı]] rayonu [[Ərkivan]] kəndinin Cəbili məhəlləsində anadan olub. 20 oktyabr 1977-ci ildə 52 yaşında Bakı şəhərində vəfat edib. |
||
== Təhsili == |
== Təhsili == |
18:06, 23 noyabr 2022 tarixinə olan versiya
Əvəz Cəbiyev | |
---|---|
Əvəz Abdulhəsən oğlu Cəbiyev | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | Tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | |
Təhsili |
Əvəz Abdulhəsən oğlu Cəbiyev (14 may 1922, Ərkivan – 20 oktyabr 1977, Bakı) — tibb elmləri doktoru, professor. Masallı rayonun ilk tibb elmləri doktoru, Ərkivan kəndinin isə ilk alimi olub. Masallı Rayon Mərkəzi Xəstəxanası Ə. Cəbiyevin adını daşıyır[1].
Həyatı
Əvəz Cəbiyev 28 aprel 1922-ci ildə Masallı rayonu Ərkivan kəndinin Cəbili məhəlləsində anadan olub. 20 oktyabr 1977-ci ildə 52 yaşında Bakı şəhərində vəfat edib.
Təhsili
Əvəz Cəbiyev ilk təhsilini Ərkivan kənd orta məktəbində alıb. 1948-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib.
Karyerası
1940–1943-cü illərdə Masallı şəhər 2 nömrəli natamam orta məktəbində fizika, riyaziyyat və kimya fənləri üzrə dərs deyib. Cəbiyev 1943–1944-cü illərdə Masallı rayon Maliyyə Şöbəsi üzrə Dövlət Sığorta İnspeksiyasında çalışıb. 1948-ci ilin mart ayında Azərbaycan Dövlət Tibb İnstitutunun infeksiya xəstəlikləri kafedrasında davam etdirib. Cəbiyev 1951–1952-ci illərdə Bakı şəhər 3 saylı tibb məktəbində, 1952–1956-cı illərdə N. A. Semaşko adına xəstəxanada işləyib. Əvəz Cəbiyev 1952-ci ildə Sankt-Peterburqda, 1968-ci ildə isə Moskvada ixtisasartırma kursları keçib. O, 1956-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun birinci müalicə kafedrasına assistent, 1963-cü ilin martında dosent, 1969-cu ilin iyununda professor seçilib və ömrünün sonunadək orada işləyib[2].
2022-ci ilin 14 may tarixində 100 illik yubileyi həkimin vətənində Masallı şəhərində təntənəli surətdə keçirilmişdir.[3]
Əvəz Cəbiyev mühəndis olmaq istəyib, lakin alim və həkim Mirkazım Aslanlı-Sarəng onu həkim olmağa ruhlandırıb[4].
Elmi fəaliyyəti
Əvəz Cəbiyev 1954-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Endemik səpkili yatalaq xəstəliyində karbohidratlar mübadiləsi" mövzusunda dissertasiya müdafiə edib. Bu, onun ilk elmi uğuru olub. 1968-ci ilin mayında isə alim "Azərbaycanın müxtəlif əhali qrupları arasında ürəyin işemik xəstəliyinin epidemiologiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1973-cü ilədək Əvəz Cəbiyevin 54 elmi əsəri ölkə mətbuatında dərc olunub. O, xarici ölkələrdə keçirilən konfrans və konqreslərdə, simpozium və müşavirələrdə mühazirələr oxuyub, məruzələrlə çıxış edib[5]. SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, doktorluq dissertasiyası müdafiəsində Əvəz Cəbiyevin elmi məsləhətçisi olmuş A. L. Myasnikov "Hipertoniya xəstəliyi və ateroskleroz" adlı monoqrafiyasında istinad edərək yazır: "Azərbaycan alimi Əvəz Cəbiyevin tədqiqatına görə fiziki əməklə məşğul olan adamlara nisbətən zehni əməklə məşğul olanlarda ateroskleroz daha çox təsadüf edilir. Əvəz Cəbiyev göstərir ki, piy mübadiləsinin göstəriciləri olan xolesterinin və nipoproteinin miqdarı ateroskleroz xəstəliyi zamanı daha da çoxalır…"[6]
Mənbə
- Abdurrəhman Səmədov. Ərkivan salnaməsi. Bakı-2009.
- Masallının ilk tibb elmləri doktoru, Ərkivanın ilk alimi
- Bu gün Masallının ilk tibb elmləri doktoru Əvəz Cəbiyevin ad günüdür
- MASALLININ İLK TİBB ELMLƏRİ DOKTORU ƏVƏZ CƏBİYEVİN 100 İLLİK YUBİLEYİ
İstinadlar
- ↑ Abdurrəhman Səmədov. Ərkivan salnaməsi. Bakı-2009.
- ↑ Masallının ilk tibb elmləri doktoru, Ərkivanın ilk alimi
- ↑ http://masalli-ih.gov.az/az/news/masallinin-ilk-tibb-elmleri-doktoru-evez-cebiyevin-100-illik-yubileyi.html
- ↑ https://cenub.az/12968-masallnn-mnvi-zirvlri-silsilsindn-vzsiz-vz-cbiyev.html
- ↑ https://www.qht.az/index.php?action=static_detail&static_id=50916&fbclid=IwAR1EHAqsJ-utevekGJXTkvygf5ryeY1yBqKWCCHSSQorAG2LH5m1ikVpKtc
- ↑ Vaqif Yusifli, "Çağırış" qəzeti.17 iyun 1972
- 28 mayda doğulanlar
- 1922-ci ildə doğulanlar
- Ərkivanda doğulanlar
- 55 yaşında vəfat edənlər
- 20 oktyabrda vəfat edənlər
- 1977-ci ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Azərbaycan Tibb Universitetinin müəllimləri
- Azərbaycan Tibb Universitetinin məzunları
- Əlifba sırasına görə alimlər
- 14 mayda doğulanlar
- Azərbaycan alimləri
- Azərbaycanlı alimlər
- Tibb elmləri doktorları
- Professorlar
- Masallı rayonunda doğulanlar
- Həkimlər