Əvəz Cəbiyev: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 67: Sətir 67:
[[Kateqoriya:Professorlar]]
[[Kateqoriya:Professorlar]]
[[Kateqoriya: Masallı rayonunda doğulanlar]]
[[Kateqoriya: Masallı rayonunda doğulanlar]]
[[Kateqoriya: Ərkivanda doğulanlar]]
[[Kateqoriya:Bakıda vəfat edənlər]]
[[Kateqoriya:Bakıda vəfat edənlər]]
[[Kateqoriya:Həkimlər]]
[[Kateqoriya:Həkimlər]]

08:21, 22 noyabr 2022 tarixinə olan versiya

Əvəz Cəbiyev
Əvəz Abdulhəsən oğlu Cəbiyev
Fayl:Evez Cebiyev.jpg
Doğum tarixi 14 may 1922(1922-05-14)
Doğum yeri
Vəfat tarixi 20 oktyabr 1977(1977-10-20) (55 yaşında)
Vəfat yeri
Elm sahəsi tibb
Elmi dərəcəsi Tibb elmləri doktoru
Elmi adı professor
İş yeri
Təhsili



Əvəz Abdulhəsən oğlu Cəbiyev — tibb elmləri doktoru, professor. O, Masallı rayonun ilk tibb elmləri doktoru, Ərkivan kəndinin isə ilk alimi olub. Masallı Rayon Mərkəzi Xəstəxanası Ə.Cəbiyevin adını daşıyır [1].

Həyatı

Əvəz Cəbiyev 28 aprel 1922-ci ildə Masallı rayonu Ərkivan kəndinin Cəbili məhəlləsində anadan olub. 10 oktyabr 1977-ci ildə 52 yaşında Bakı şəhərində vəfat edib.

Təhsili

Əvəz Cəbiyev ilk təhsilini Ərkivan kənd orta məktəbində alıb. 1948-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib.

Karyerası

1940-1943-cü illərdə Masallı şəhər 2 nömrəli natamam orta məktəbində fizika, riyaziyyat və kimya fənləri üzrə dərs deyib. Cəbiyev 1943-1944-cü illərdə Masallı rayon Maliyyə Şöbəsi üzrə Dövlət Sığorta İnspeksiyasında çalışıb. 1948-ci ilin mart ayında Azərbaycan Dövlət Tibb İnstitutunun infeksiya xəstəlikləri kafedrasında davam etdirib. Cəbiyev 1951-1952-ci illərdə Bakı şəhər 3 saylı tibb məktəbində, 1952-1956-cı illərdə N.A.Semaşko adına xəstəxanada işləyib. Əvəz Cəbiyev 1952-ci ildə Sankt-Peterburqda, 1968-ci ildə isə Moskvada ixtisasartırma kursları keçib. O, 1956-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun birinci müalicə kafedrasına assistent, 1963-cü ilin martında dosent, 1969-cu ilin iyununda professor seçilib və ömrünün sonunadək orada işləyib [2].

2022-ci ilin 14 may tarixində 100 illik yubileyi həkimin vətənində Masallı şəhərində təntənəli surətdə keçirilmişdir.[3]

Əvəz Cəbiyev mühəndis olmaq istəyib. Lakin alim və həkim Mirkazım Aslanlı-Sarəng onu həkim olmağa ruhlandırıb [4].

Elmi fəaliyyəti

Əvəz Cəbiyev 1954-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Endemik səpkili yatalaq xəstəliyində karbohidratlar mübadiləsi” mövzusunda dissertasiya müdafiə edib. Bu, onun ilk elmi uğuru olub. 1968-ci ilin mayında isə alim “Azərbaycanın müxtəlif əhali qrupları arasında ürəyin işemik xəstəliyinin epidemiologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1973-cü ilədək Əvəz Cəbiyevin 54 elmi əsəri ölkə mətbuatında dərc olunub. O, xarici ölkələrdə keçirilən konfrans və konqreslərdə, simpozium və müşavirələrdə mühazirələr oxuyub, məruzələrlə çıxış edib [5].

Mənbə

1. Abdurrəhman Səmədov. Ərkivan salnaməsi. Bakı-2009.

2. Masallının ilk tibb elmləri doktoru, Ərkivanın ilk alimi

3. Bu gün Masallının ilk tibb elmləri doktoru Əvəz Cəbiyevin ad günüdür

İstinadlar