Birinci Yeddioymaq: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur Teqlər: Mobil redaktə Mobil veb redaktə |
Redaktənin izahı yoxdur Teqlər: Mobil redaktə Mobil veb redaktə |
||
Sətir 34: | Sətir 34: | ||
}} |
}} |
||
'''Birinci Yeddioymaq''' — [[Azərbaycan Respublikası]]nın [[Masallı rayonu]]nun Yeddioymaq inzibati ərazi vahidində |
'''Birinci Yeddioymaq''' — [[Azərbaycan Respublikası]]nın [[Masallı rayonu]]nun Yeddioymaq inzibati ərazi vahidində kənd.<ref>Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.</ref> |
||
== Əhalisi == |
== Əhalisi == |
02:00, 31 may 2021 tarixinə olan versiya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Birinci Yeddioymaq | |
---|---|
39°02′ şm. e. 48°46′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Masallı |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1998 (2099) nəfər |
Digər | |
masallilar.jimdo.com | |
Birinci Yeddioymaq — Azərbaycan Respublikasının Masallı rayonunun Yeddioymaq inzibati ərazi vahidində kənd.[1]
Əhalisi
1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Yeddioymaq kəndində 124 evdə 462 nəfəri kişilər, 415 nəfəri isə qadınlar olmaqla 877 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar[2] yaşayırdı.[3] Kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi.[3] Hazırda kənd əhalisinin sayı 1998 nəfərdir.[4]
Toponimiyası
Yaşayış məntəqəsi Şahsevənlərin yeddioymaq qolunun Talış xanlığı dövründə burada məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Oykonimin birinci komponenti "baş, əsas, mənbə" mənalarını bildirir.[5]
Tarixi
Məlumata görə ilk yaranışda Yeddioymaq kəndi, yeddi tayfadan ibarət olmuşdur. Son dövrlərə qədər də kənd yeddi tayfadan ibarət idi: bəylər, axundlu, rəcəbilili, korlar, abaslı, məşədirəhimli və tağılı. Bu tayfaların hər birinin tarixdə yeri və rolu olmuşdur. Kənddə bu tayfalardan törəyən kiçik tayfalar da mövcuddur.
İllər keçdikcə tayfalar qaynayıb bir-birinə qarışmışdır. Yaşlı nəsil kəndin bu tayfalardan əmələ gəldiyini göstərirlər. Hətta bu tayfaların yeddi qardaş olduğunu göstərirlər. Görünür bu türk tayfalarının birliyinə işarədir.
"Oymaq" sözü bir neçə mənada işlənir. Azərbaycan Ensiklopediyasında qeyd olunub ki, mahal, yurd, oba, məskən və s. Mənaları bildirən termindir. Oymaq ifadəsi tayfa, habelə köçəri maldar məskənlərini bildirmək üçün də işlədilirdi. Oymaqda qədim quruplar, nəsil və icmaya (bəzən də müxtəlif icmalar) birləşirdi. Əbdülqazi Bahadır xana (XVII əsr) görə oymaq sözü uyğur, qədim terk və monqol dillərində "toplamaq", "qaydaya tabe olmaq" mənasına uyğun gəlir. Azərbaycan şifahi xalq ədəbiyyatında "oymaq " sözünə tez-tez rast gəlinir.
Görkəmli alim Əsgər Zahidovun yazdığına görə "Yeddioymaq talış xanlığının Rusiyaya birləşməsindən qabaq oturaq həyata keçmiş Şahsevən tayfalarındandı.
"Oymaq" türk mənşəli sözdür. Oymaq müxtəlif qruplarda cəmləşən sakinlərin bir yerdə yaşaması ilə əlaqədar yaranmışdır. Oymaq hər qəbilə və tayfadan kiçik qurp hesab olunur"
Kəndin 200-250 il tarixi vardır. Vaxtilə burada Qarabağdan və Təbrizdən köçüb gələnlər indiki I Yeddioymaq, II Yeddioymaq arasında çadır salıblar. Çadırlar oymaqı xatırlatdığına görə buranın sakinləri kəndə Yeddioymaq adını vermişlər".
"Oymaq " sözü həm türk, həm də monqol dillərində "tayfa" deməkdir. Həştərxan kalmıklarında "oymaq" sözü ilə bir-biri ilə qohum olan bir sıra qrup ailələr işarələndirilir. "Masallı rayonundakı Birinci Yeddioymaq və İkinci Yeddioymaq kəndləri və onların adları da bu yolla yaranmışdır. Talış xanlığının Rusiyaya birləşməsindən əvvəl Şahsevənlərin bu zonada oturaq həyat keçmələri ilə əlaqədar yaranan Yeddioymaq kəndi sonralar genişlənərək iki yerə ayrılmış və yaranan eyniadlı kəndləri bir-birindən fərqləndirmək üçün önlərinə birinci və ikinci ünsürləri əlavə edilmişdir. Toponimlərin tərkibindəki "oymaq" sözü türk mənşəli olub bir sıra türk dilləri və dialektlərində və o cümlədən azərbaycan dilinin Sabirabad, Oğuz, Şəki şivələrində oyax xalq, tayfa, ailə, köçəri qrup və s. mənalarında işlənir".
Müxtəlif dövrlərdə buraxılmış rus xəritələrinə əsaslanan tarixçi Əli Hüseynzadənin fikirincə "Qızılağac kəndinin cənubunda Xəzər dənizinin sahilində bir-birinə yaxın iki Yeddioymaq kəndi olmuşdur. 1903-cü ilə aid bir xəritədə Bolqarçay ilə Araz arasında Qaradonlunun cənubunda İran sərhədinə yaxın bir Yeddioymaq da qeyd edilir. Amma iki əvvəlki kənd xəritədə yoxdur. 1921-ci il siyahısında Lənkəran qəzasının Ərkivan nahiyyəsində iki Yeddioymaq kəndi göstərilir. Hər iki kəndin əhalisi azərbaycanlı olmuşdur.
Mülahizədə "yeddioymaq" sözünün mahiyyəti əhalinin ərazidə məskunlaşması tarixi və mənşəyi haqqında məlumat verilmir.
Göründüyü kimi, Yeddioymaq adına və Yeddioymaq tayfalarına azərbaycanın digər yerlərində rast gəlinir.
Sabir Nəsiroğlu "Həməşəradan gələn səslər" kitabında yazır. "Rayonumuzda məskunlaşan qızılağaclılar əsasən əcirlilərin müxtəlif tirə və nəsillərinin nümayəndələridir. Yeddioymaq Əmirxanlı, Xançobanlı və s. tirlərin kütləvi halda yaşadıqları məhəllələrə köçüb gəldiyi yurdlarının adını vermişlər. Lakin yerli əhali bu ailələri ümumi olaraq qızılağaclılar kimi adlandırırlar. Hal-hazırda bu ailələr cəlilabadlılara tam şəkildə qaynıyıb-qarışmışlar".
Türk tarixinin gözəl bilicisi Qiyasəddin Qeybullayevə görə "Şahsevənlərin azərbaycan ərzisinə köçməsi müxtəlif vaxtlarda baş vermişdir. Birinci 19-cu əsrin əvvəllərində və Talış xanlığının Rusiyaya birləşdirilməsindən sonra şahsevənlərin bir hissəsi oturaq həyata keçərək Yeddioymaq kəndinin əsasını qoydular. Digər hissəsi isə yarımköçəri təsərrüfatlarını qurdular".
Görkəmli Azərbaycan səyyahı H.Şirvani Yeddioymaq kəndlərinin ərazisini "Lənkəran Muğanı" kimi xarakterizə edərək yazır: "Əhalisi əsasən şiə məhzəblidir. Türk dilində danışırlar. Uzaqdan gələn adamlarla mehribandırlar. Qızıl baş tayfasından şahsevənlər o ölkədə çoxdur".
Azərbaycan xalqının tərkibinə daxil olan tayfalardan biri də şahsevənlərdir. Şahsevənlər 17-ci əsrdə köçəri tayfa ittifaqı nəticəsində yaranmışdır.
Şahsevən sözü "şahı sevən gəlsin" ifadəsinin qısaldılmış şəklidir. Məhz bu sözlərlə I Şah Abbasın (1587-1629) hakimiyyətini möhkəmləndirmək, yerlərdə şahı təğlib etmək məqsədilə şah tərəfdarlarının ilk dəstələri ətrafındakı adamlara müraciət etmişlər. Şah Abbas bu tayfaları əsasən Şimal rayonlarına göndərərdi. Xüsusilə Muğanda çoxlu şahsevən ailələri dövlətinin tərkibində əsas hərbi siyasi qüvvə kimi tanınmışdılar. Səfəvi şahları şahsevənlərə inanır, onlara xüsusi imtiyazlar verir, torpaq sahələri və mülklər bağışlayırdılar.
Talış xanlığının tarixindən bəhs edən M.Əhməd "Əxbarnamə" əsərində Yeddioymaq əhalisinin şahsevən türk tayfalarından ibarət olduğunu, onların 19-cu əsrdə bu ərazilərdə məşkunlaşdığını və hətta Qızılağac kəndi yaxınlığında Şahsevən kəndi olduğunu söyləyir.
Tarixi mənbələrin verdiyi məlumata görə şahsevənlər döyüşkən tayfa idilər. Vaxtı ilə Quba xanı Fətəli xan öz sərhədlərini möhkəmləndirmək məqsədi ilə Muğanda yerləşən şahsevənləri xanlığın ərazisinə köçürdü.
Göründüyü kimi şahsevənlərin tarixi və onların Yeddioymaq ərazisində məskunlaşması yaxın əsrləri əhatə edir.
Kəndin ilk ali təhsillisi Teymurbəy Məmmədbəy oğlu Bayraməlibəyov olmuşdur.(1862-1937).
19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Azərbaycan pedaqoji fikir tarixində silinməz iz qoymuş onlarca parlaq simalar fəaliyyət göstərmişlər. Bütün həyat və fəaliyyətini həmvətənlərinin təhsilə, elmə, maarifə və mədəniyyətə yiyələnmələrinə həsr etmiş görkəmli ziyalılarımızdan biri də Teymur bəy Məmməd bəy oğlu Bayraməlibəyov olmuşdur. O, 1862-ci il avqust ayının 22-də keçmiş Lənkəran qəzasının Yeddioymaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini kənd mollaxanasında almış, Quranı oxumağı öyrənmiş və Sədi Şirazinin (1210-1292) "Gülüstan" kitabı əsasında fars dilinə yiyələnmişdir. Daha sonra Lənkərandakı 2 sinifli rus məktəbində oxumuş, 1875-ci ildə oranı bitirib Tiflisdəki feldşerlik məktəbinə daxil olmuşdur. Oranı da müvəffəqiyyətlə bitirdikdən sonra 1879-cu ildə Qori Müəllimlər Seminariyasının 2-ci sinfinə qəbul olunmuşdur.
1881-ci ildə seminariyanı bitirən Teymur bəy Lənkərandakı 2 sinifli rus məktəbində rus dili və riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Müəllim işlədiyi məktəbdə cəmi 4 azərbaycanlı şagirdin oxumasından narahat olan Teymur bəy kəndbəkənd gəzərək valideynlərlə görüşüb, təhsilin, elmin əhəmiyyətini insanlara başa salmaq və inandırmaq yolu ilə məqsədinə nail ola bilmişdi. Bu böyük zəhmətin nəticəsi idi ki, dərs dediyi birinci ildə məktəbdə təhsil alan azərbaycanlı şagirdlərin sayı 4 nəfərdən 16 nəfərə, daha sonra 36-ya çatdırılmış, sonrakı illərdə isə bu artım təhsil alanların 90 faizini təşkil etmişdir.
Teymur bəy Bayraməlibəyovu zaman bizə sələflərinin və müasirlərinin "təzə kitabxanalar, qiraətxanalar və məktəbxanalar" açmaq, Azərbaycanda kitab və mətbuat bolluğu yaratmaq üçün mətbəə və nəşriyyatlar təsis etmək səylərinin ardıcıl davamçılarından biri kimi tanıdır. Sələflərinin "Xeyriyyə cəmiyyəti" yaratmaq təşəbbüsləri də onu çox düşündürən məsələlərdən idi. O, 1884-cü ildə yaratdığı "Xeyriyyə cəmiyyəti"nin xətti ilə şagirdlərə dərslik, yemək, paltar, ayaqqabı və oxumaq haqqını ödəmək işlərini həyata keçirmişdir. Teymur bəyin təkidi ilə 2 sinifli məktəbi bitirən və orta təhsil məktəbinə daxil olmaq istəyənlərə "Xeyriyyə cəmiyyəti" yol xərci ödəyir və digər köməklik edirdi. T.Bayraməlibəyovun təşəbbüsü ilə yaradılan ilk dram dərnəyində həvəskar artistlərin iştirakı ilə M.F.Axundzadənin "Hacı Qara", N.Nərimanovun "Dilin bəlası", N.B.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" pyesləri, Ə.B.Haqverdiyevin "Kimdir müqəssir", S.M.Qənizadənin "Axşam səbri xeyir olar" əsərləri tamaşaya qoyulmuşdu. Xeyriyyəçilik məqsədi güdən teatr tamaşaları gənclərdə estetik zövqü inkişaf etdirməklə yanaşı, onlarda teatr və səhnə sənəti haqqında təsəvvür yaradırdı.
1881-ci ildən 1899-cu ilədək Lənkərandakı 2 sinifli şəhər məktəbində müəllimlik edən T.Bayraməlibəyov 1906-cı ildə öz vəsaiti hesabına orada qiraətxana açmışdı ki, həmvətənlərinin geniş dünyagörüşlü insan kimi formalaşmasına kömək etsin. Əks təbliğat işi ilə məşğul olması bəhanə edilərək Bakı qubernatoru Alışevskinin əmri ilə T.Bayraməlibəyovun işdən azad edilməsi mahiyyət etibarı ilə qiraətxanaya və oxuculara vurulan böyük mənəvi zərbə idi. Vəziyyətin gərginləşdiyini görən Teymur bəy Lənkəranda yaşayan bir qrup iranlı ziyalının adından İran səfirliyinə ərizə ilə müraciət edərək, onların uşaqlarının ana dilində təhsil almaları üçün bütün xərcləri öz üzərinə götürmək şərtilə "Behcət" adlı fars-türk ibtidai məktəbinin açılmasına icazə istəyir. Teymur bəyin səyi nəticəsində 5 sinifli "Behcət" adlı məktəb 15 sentyabr 1907-ci ildə İran səfiri İsmayıl xanın səlahiyyəti altında təsis edilir. Orada fars, Azərbaycan, ərəb və rus dilləri tədris olunmaqla şəriət, ərəb qrammatikası, riyaziyyat, coğrafiya, rəsmxət və xəttatlıq dərsləri keçilirdi. Teymur bəy bu məktəbin rus dili müəllimi idi.
Teymur bəyin təşəbbüsü ilə yaradılan "Behcət" məktəbi 1910-cu ildə uydurulmuş bəhanələr əsasında qubernator Alışevskinin qəzəbinə tuş gəlir. Onun əmri ilə məktəb çar hökümətinin ideyalarının əleyhinə təbliğat işi apardığına, şagirdlərə pis nümunə göstərdiyinə və inqilabi yuva rolunu oynadığına görə bağlanır.
Yeddioymaqakı 19-cu əsrə aid məscidilər ərazi vahidinin tarixi abidələri hesab olunur. Ərazi Qasımlı, 1-ci və 2-ci Yeddioymaq kəndlərindən ibarətdir.
Yeddiomaq kənddəkilərin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Həmçinin bax
İstinadlar
- ↑ Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ Qeyd: mənbədə şahsevənlər
- ↑ 1 2 Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 37[ölü keçid]
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 143. (az.)