Rəfiqə Hüseynzadə: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Vagobot (müzakirə | töhfələr)
k Doğum
Vagobot (müzakirə | töhfələr)
k Doğum tarixi
Sətir 9: Sətir 9:
|Fəaliyyəti =Ekologiya üzrə vitse-prezident
|Fəaliyyəti =Ekologiya üzrə vitse-prezident
|Milliyəti =Azərbaycanlı
|Milliyəti =Azərbaycanlı
|Doğum tarixi = {{Doğum tarixi|1952||}}
|Doğum tarixi = 1952
|Doğum yeri = [[Bakı şəhəri]]
|Doğum yeri = [[Bakı şəhəri]]
|Ölüm tarixi =
|Ölüm tarixi =

06:01, 11 sentyabr 2020 tarixinə olan versiya

Rəfiqə Hüseynzadə
Doğum tarixi 1952
Doğum yeri
Fəaliyyəti siyasətçi
Partiyası
Mükafatları "Tərəqqi" medalına

Rəfiqə Hüseynzadə (Hüseynzadə Rəfiqə Abdul Ağa qızı; 1952, Bakı) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya üzrə vitse — prezidenti, tanınmış elm adamı.

Həyatı

Hüseynzadə Rəfiqə Abdul Ağa qızı 1952-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan neft və kimya İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyası) “Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı” fakultəsini bitirmişdir. 1975-1985-ci illərdə İnstitutun aspirantı və əməkdaşı olmuşdur. 1981-ci ildə “Aşağı Küryanı neft-qaz yataqlarının geokimyəvi xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Xanım Hüseynzadə 70-ə qədər məqalənin və elmi araşdırmanın müəllifidir. Bundan başqa, “Discover Azerbaijan” kitablarının birinci və ikinci buraxılışının, eləcə də “Azerbaijan and United Kingdom 100 Years of Partnership” kitabının həmmüəllifidir.

Rus, ingilis və türk dillərini bilir.

Fəaliyyəti

1985-1999-cu illərdə Azərbaycan Dövlət Universitetinin “İzotop tədqiqatları” laboratoriyasında elmi işçi, baş elmi işçi və laboratoriya rəhbəri vəzifələrində çalışmışdır. 1999-2011-ci illərdə ARDNŞ-nin təsis etdiyi “Azlab” MMC-nin Baş direktoru olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2011-ci ildən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Ekologiya üzrə vitse — prezidentidir. Eyni zamanda BDU-nun “Faydalı qazıntılar” kafedrasında 2001-ci ildən elmi fəaliyyətini davam etdirir. 60-a yaxın elmi məqalənin müəllifidir. 1997-ci ildə Xyustonun HARC elmi-tədqiqat Mərkəzində (TEXACO şirkətinin dəvəti ilə) çalışmışdır. Norveçdə — Tronheym şəhərində “Geolab” şirkətində treyning keçmiş, “Statoyl” şirkətinin “Reserch Center” mərkəzində çalışmışdır. 2004-cü ildə “Bone and Robertson” şirkətinin təşkil etdiyi rəhbərlik kurslarının sertifikatını almışdır.

Mükafatları və təltifləri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "Tərəqqi" medalına və “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.

Dekabrın 13, 2018-ci ildə Böyük Britaniya Parlamentinin Lordlar Palatasının “Collaborative Award 2018” mükafatının “Collaborative Pathfinder Award” nominasiyasında beynəlxalq mükafat ilk dəfə Azərbaycandan SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadəyə təqdim olunub.

İstinadlar