[1] yay
 
[2] yay
İsim Tək Cəm
Adlıq halı yay yaylar
Yiyəlik halı yayın yayların
Yönlük halı yaya yaylara
Təsirlik halı yayı yayları
Yerlik halı yayda yaylarda
Çıxışlıq halı yaydan yaylardan

  azərbaycanca: yay [1]

  Mənalar :

  1. (Silahlar) Ox atmaq üçün yarımdairə şəklində əyilib uclrı tarım iplə birləşdirilmiş ibtidai silah. Dəmirçioğlu yayı çiynindən aşırdı, oxları bir-bir çilləyə-kamana mindirib yerindən tərpənəni vurub yerə saldı. “Koroğlu”. Şah oxluqdan bir ox alıb yaya qoyur. A.Şaiq. _ Yaya dönmək məc. – düz, şaquli vəziyyətini itirmək, əyilmək. Qaşların əyrisin yad eylədikcə; Qamətim əyilib, yaya dönmüşəm. M.P.Vaqif.
  2. Spiral şəklində burulmuş məftil. Polad yay. Saatın yayı. Çaxmağın yayı sınıb. // Hərəkət zamanı təkan və sarsıntının təsirini azaltmaqdan ötrü avtomobil, vaqon və s. minik vasitələrinin, banla ox arasında olan, birbirinə pərçim edilmiş, adətən bir neçə qat uzun elastik polad lövhələrindən ibarət hissəsi. Araba yayı. Vaqonun yayları.
  3. məc. Klassik şeirdə: gözəlin qaşına işarə. Can alar qaşı, tökər kirpiyi qan; Mərhəba, ol oxa, ol yayə baxın! Heyran xanım. Ləb qönçə, diş inci, yanağı lalə; Çəkilib qaşların yay, Sarıköynək! Aşıq Ələsgər. ◊ Ox atıb yayını gizlətmək – fikrini tamamilə deməmək, eyhamla, işarə ilə kifayətlənmək. Ox atıb gizləmə dalında yayı. M.Rahim.

  azərbaycanca: yay [2]

  1. (Fəsillər) İlin yazdan sonra gələn fəsli, ən isti fəsil.


İlin fəsilləri

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 

  türkcə: yay -   azərbaycanca: yay [1]