azərbaycanca: didmək

  • Heca: did-mək

  Mənalar :[1]https://web.archive.org/web/20131104062424/http://azerdict.com/izahli-luget/didm%C9%99k

    1. Yun, pambıq və s.-ni xırda hissələrə ayırmaq, lif-lif ayırmaq, tel-tel ayırmaq. Səlimnaz arvad təzə yorğan salmaq üçün yun didirdi. M.Hüseyn.
    2. Dimdiyi ilə parça-parça etmək, qoparmaq, dağıtmaq, ovub çıxarmaq (quşlar haqqında). Qarğalar leşi didirlər. – Dilin olmasa, gözünü qarğalar didər. (Ata. sözü). Ovlayıb öz şikarını uçaraq; Qonur, orda didib yeyir çalağan. A.Səhhət. // Dırnağı, dişi və s. ilə parça-parça etmək, tikə-tikə etmək, doğrayıb tökmək. O, əlindəki bir parça kağızı dişi ilə didib vaqona püfləyirdi. M.S.Ordubadi. // məc. Ruhi əzab vermək, iztirab vermək, incitmək; xırpalamaq. [Hacı Murad:] Hərəniz bir tərəfdən soxulub cəmdəyimi didirsiniz. S.S.Axundov. [İncə:] Onun görkəmi ürəyi didir. C.Cabbarlı. Bildilər o zaman Hacı bəhərçin; Didəcək onları qurddan da betər. H.K.Sanılı. _ Bir-birini didmək – vuruşmaq, dalaşmaq, çeynəşmək, boğuşmaq, didişmək. [Məsmə:] Orda adamlar birbirini didirmişlər. Mir Cəlal.
    3. Cırmaqlamaq, saçlarını yolmaq. Gülnaz əlləri ilə [Məmmədin] üzünü, gözünü didir, çırpınıb çıxmağa can atırdı. M.İbrahimov. Gülüş iti dırnaqları ilə Məmişin üzgözünü didməyə başladı. S.Rəhimov.
Şəxs
əvəzliyi
Fellərin şəxsə və zamana görə dəyişməsi Felin formaları Hallar Fellərin
hallanması
Keçmiş zaman İndiki
zaman
Gələcək zaman əmr arzu
(gərək...)
vacib lazım şərt
şühudi nəqli qəti qeyri-qəti
Mən didmişdim diddim didirəm didəcəyəm didərəm didim didəm didməliyəm didəsiyəm didsəm Adlıq didmək
Sən didmişdin diddin didirsən didəcəksən didərsən did didəsən didməlisən didəsisən didsən Yiyəlik didməyin
O didmişdi diddi didir didəcək didər didsin didə didməlidir didəsidir didsə Yönlük didməyə
Biz didmişdik diddik didirik didəcəyik didərik didək didək didməliyik didəsiyik didsək Təsirlik didməyi
Siz didmişdiniz diddiniz didirsiniz didəcəksiniz didərsiniz didəsiniz didəsiniz didməlisiniz didəsisiniz didsəniz Yerlik didməkdə
Onlar didmişdilər diddilər didirlər didəcəklər didərlər didsinlər didələr didməlidirlər didəsidirlər didsələr Çıxışlıq didməkdən


Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə