A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adətən, təsdiq edirlər ki, inamsız yaşamaq mümkün deyil. Əgər belədirsə, bu inam yalnız biliyin hər şeyə qadir olması inamı olmalıdır. İlya Meçnikov
  • Alimin yaradıcılığı özünü istisna etmək, özündən uzaqlaşmaq, filosofun yaradıcılığı – özünü təsdiq etmək, özünə yaxınlaşmaq sayəsində mümkün olur. Əbu Turxan
  • Ata, Oğul, Müqəddəs Ruh üçlüyünə inanlara onların olmadığını sübut etmək olmaz, amma bu təsdiqin biliksizlik yox, inam olduğunu onlara göstərmək olar və onlar Allahların üç olduğunu təsdiqləyirlərsə, o zaman mən də eyni hüquqla təsdiq edirəm ki, onların sayı 17 ½-dir. Lev Tolstoy
  • Başqalarının düzgün düşünmədiyini, bizim isə düzgün düşündüyümüzı, bizim fikirlərimzdən fərqli fikirlərə malik insanların vətənin düşmənləri olmasını təsdiq etmək pis vərdişdir. Mahatma Qandi
  • Bir zamanlar güclü insanların qalıqları Afrikanın barbar orduları arasında itdi; xalq olmağı dayandırdılar; səkkiz əsr ərzində fərqli və şərəfli bir dövlət qursalar da, oözlərindən sonra bir ad belə qoymadılar. Seçdikləri ölkə, sevimli evləri, qəsb edənlər istisna olmaqla, onları tanımaqdan imtina edir. Yüksək qayaların nöqtələri bəzi böyük daşqınların miqyasını göstərdiyindən, yalnız xarabalığa çevrilmiş bir neçə bina öz qədim gücünü təsdiq edir: Əlhambra, qotik binaların ortasındakı bu şərq sarayı, bu cəsur, ağıllı insanların zərif abidəsidir; mehriban, zəfər çalan, hakim olan və yoxa çıxan. Vaşinqton İrvinq
    • "Ərəblərin İspaniyada hökmranlığı haqqında düşüncə" (1832), Elhamra Nağılları, Vaşinqton İrving, ed. H. Fournier, 1832, t. 1, s. 83-84
  • Biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur. Heydər Əliyev
  • Bizim şəxsi fikirlərimiz hətta predmetlərin zahiri görünüşünə belə təsir edir. Təbiətə və öz yaxınlarına baxan və hər şeyin tutqun, kədərli olmasını təsdiq edənlər haqlıdırlar. Ancaq qaranlıq tonlar onların bulanıq gözlərinin və qəlblərinin əksidir. Həqiqətdə isə rənglər zərifdir və daha aydın görmə tələb edirlər. Çarlz Dikkens
  • Bu, bizim dünyamız nədir? Qəfil dəyişikliklərə məruz qalan mürəkkəb varlıq, hamısı məhv olmaq meylini göstərir; bir-birini izləyən, özünü təsdiq edən və yoxa çıxan varlıqların sürətli ardıcıllığı; müvəqqəti simmetriya; bir anlıq sifariş. Deni Didro
  • Cahillik həmişə bilikdən daha çox özünə inam daşıyır və yalnız cahil insanlar elmin heç bir zaman bu və ya digər bir problemi həll edə bilməyəcəyinə inamla təsdiq edirlər. Çarlz Darvin
  • Əfsanələr əfsanə kimi, Dev Malay hekayələri isə Dev Malay hekayələri kimi oxunmalı və öyrədilməlidir. Həm də möcüzələrə şairlərin təxəyyülünün uçuşundan, mübaliğəsindən artıq əhəmiyyət verilməməlidir. Yalan hekayələri, mövhumatları həqiqət kimi təqdim etmək və öyrətmək üzücüdür. Günahsız bir uşaq ağlı bu mifləri, xurafatları, poetik təxəyyülün uçuşlarını reallıq kimi qəbul edir. Sonra çarəsiz ruhi sarsıntılar, çaşqınlıqlar və ya faciələrdən keçdikdən sonra bu xurafatların gerçəkliyi ona məlum olur. Fakt budur ki, insanlar mövhumatları həqiqət kimi müdafiə edirlər. Hər bir xurafat anlaşılmaz olduğundan, yəni hisslərlə təsdiq və ya təkzib oluna bildiyi üçün onu təkzib etmək asan deyil. Xurafatdan fərqli olaraq, həqiqət perspektivdir və dəyişdirilə bilər. Hipatia
  • Əgər mənim ixtiyarım olsaydı, insanın islah olunmasının mümkün olmadığını təsdiq edənin dilini kəsərdim. Abay Kunanbayev
  • Fəzilətə əsaslanıb fəzilətin hökmranlığını təsdiq etmək olmaz. Əgər fəzilətə əsaslanırlarsa, hakimyyətdən əl çəkir, hakimiyyət əzmini itirirlər. Fridrix Nitsşe
  • Filosoflar yox, mahir yalançılar təsdiq edir ki, insan öz arzusuna uyğun yaşayanda xoşbəxt olur. Bu, yalan bir iddiadır. Cinayətkar arzular bədbəxliyin başlanğıcıdır. İstəməyi belə cinayət sayılanı əldə etməkdən, istədiyin şeyə nail olmamaq daha az kədərləndirir. Mark Tulli Siseron
  • Hələ təsdiq olunmamış və qadın ruhuyla bağlı 30 il davam edən araşdırmalarıma qarşı, mənim də təsdiq etməyi bacarmadığım çox vacib bir sual var: Qadın nə istər?[1] Ziqmund Freyd
  • Xalqın özünün bilavasitə təsdiq etmədiyi hər cür qanun etibarsızdır. Jan Jak Russo
  • İnsan, xüsusilə də xoşbəxt olduğunu təsdiq edəndə və öz ağlı ilə yaşaya biləcəyini hesab edəndə uzağı görməyən bir varlıqdır. O, əldə etdiyi şeylə sakitləşmək müdrikliyindən uzaq olur. Daniel Defo
  • Quran gözəl əxlaqi tövsiyələr və göstərişlərlə zəngindir; Onun tərkibi o qədər fraqmentlidir ki, biz bütün insanların təsdiq etməli olduğu normaları tapmadan vərəqləyə bilmirik. Bu fraqmentli quruluş mətnlər, göstərişlər və qaydalar verir. Özləri, həyatın hər hansı bir hadisəsində adi insanlar üçün uyğundur. Con Dreper
  • Mən Allahı bütün şeylərin transsendent (transsendent- idealist fəlsəfədə: təcrübə xaricində olan, dərk edilə bilməyən) yox, immanent (immanent- fəlsəfədə: bir şeyin və ya hadisənin öz təbiətinə xas olan; daxili) səbəbi hesab edirəm. Mən Pavellə birlikdə, ola bilsin ki, bütün qədim filosoflarla birlikdə təsdiq edirəm ki, hər şey Allahın özündədir və Allahda hərəkət edir... Ancaq, əgər bəziləri “Teoloji-siyasi traktakt”ın Allahın və təbiətin ( bu adlar altında müəyyən kütləni, yaxud maddi materiyanı başa düşürlər) mahiyyətcə eyni şey olmasına əsaslanmasını düşünürlərsə, onlar tamamilə səhv edirlər. (“Oldenburqa məktub”-1675-ci il, noyabr-dekabr). Benedikt Spinoza
  • Mən həqiqətə oxşayanı deyil, həqiqətin özünü təsdiq edirəm. Cordano Bruno
  • Məncə, quzunun həyatı insan həyatından heç də az qiymətli deyildir. Mən təsdiq edirəm: köməksiz hər bir varlığın insan qəddarlığından köməksiz olduğu qədər qorunmaq hüququ vardır. Mahatma Qandi
  • Mənim səsləndirdiyim hər bir cümləyə təsdiq kimi yox, sual kimi baxılmalıdır. Nils Bor
  • Oğlanlarda və cavanlarda üç şeyi təsdiq etmək lazımdır - kişi vəzifəsi, kişi məsuliyyəti, kişi ləyaqəti. Vasili Suxomlinski
  • Otaqda üç xanım və bir centlmen oturmuşdu. Mən pəncərənin yanında dayanmışdım. Aradan heç beş dəqiqə vaxt keçməmişdi, məndə belə bir təəssürat yarandı ki, onların hamısı – yaltaq və fırıldaqçılardır və onlar özlərini elə göstərirlər ki, başqalarının yaltaq və fırıldaqçı olduğunu guya bilmirlər. Çünki, bunu qəbul edən özünün də yaltaq və fırıldaqçıya olduğunu təsdiq etmiş olur. Çarlz Dikkens
  • Şəxsi və dini inanclarımı əsas götürərək abortları qəbuledilməz doğuşa nəzarət forması hesab edirəm. Bundan əlavə, insan həyatının, doğulmamışların həyatı da daxil olmaqla, müqəddəs olduğuna dair şəxsi inancımla, hüdudsuz abort və ya tələbə görə abort təbliğini müdafiə edə bilmərəm. Çünki, şübhəsiz ki, doğulmamış uşaqların da qanunla tanınan, Birləşmiş Millətlər Təşkilatının təsdiq etdiyi prinsiplərlə tanınan hüquqları vardır. Riçard Nikson
  • Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir. Heydər Əliyev
  • Təbrizə balıq Xəzərdən gətirilir. Acı çaydan da balıq tutulur, lakin bu, suyun səviyyəsi aşağı düşən vaxtlarda edilir. Ev və ov quşları, meyvə və digər azuqə istənilən qədər boldur. Belə təsdiq edirlər ki, bu şəhərin ətraflarında altmışdan çox üzüm sortu yetişdirilir. Səfəvilərdə Təbriz bazarından daha yaxşı bazar, Təbriz əhalisindən daha firavan və daha gözəl yaşayan əhali yoxdur. Tərəvəz, xüsusilə, şüyüd (mərəcüyüd) pulsuzdur. Yayda maral və su quşları bol olur, farslar ov quşlarını sevmir, maralları və digər vəhşi heyvanları az-çox ovlayırlar. Dağlarda qartallar olur. Bəzi adamlar ov quşlarını qırğı ilə təqib edirlər. Bu təqib çox maraqlı və cazibədardır. Qırğının qartalı tutmaq tərzi belədir ki, qırğı çox yuxarıdan uçaraq, onun üzərinə sürətlə şığıyır, cayanaqlarını qartalın böyrünə keçirir, elə havada uça-uça onun başına dimdik zərbələri vurur. Hərdən belə də olur ki, qırğı ilə qartal hər ikisi birlikdə yerə düşürlər. Qırğılar maralları da bu yolla ovçulara təslim edirlər…[2] Jan Şarden
  • Yaxın gələcəkdə məni son dərəcə narahat edən və ölkəmin taleyinə görə həyəcanlanmağa məcbur edən dönüş yaranacaq ... Korporasiyaların hakimiyyətə gəlməsi ölkənin ali orqanlarında satılma və parçalanma erasına səbəb olacaq, kapital, kütlələrin ən qaranlıq instinktləri üzərində oynayaraq öz hökmranlığını təsdiq etməyə çalışacaq, bütün milli sərvətlər bir neçə seçilmişin əlində cəmləşəcək və o zaman respublikanın sonu gələcək (Linkolun həlak olmamışdan qabaq etirafı). Avraam Linkoln

İstinadlar

redaktə
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
  2. [2] Antik dövr və orta əsr tarixçiləri və səyyahları Azərbaycan təbiəti haqqında – 2-ci hissə