Zamiq Əsgər oğlu Hüseynov (12 sentyabr 1983, Füzuli) — azərbaycanlı estrada müğənnisi.

Zamiq Hüseynov
azərb. Zamiq Əsgər oğlu Hüseynov
Ümumi məlumatlar
Doğum tarixi (41 yaş)
Doğum yeri Füzuli, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Boyu 1.75 sm[1]

Həyatı

redaktə

Zamiq Hüseynov 12 sentyabr 1983-cü ildə Füzuli şəhərində dünyaya göz açıb. 2001-ci ildə 53 saylı orta məktəbi bitirib. 2001-2004-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunun muğam fakültəsində Zabit Nəbizadədən dərs alıb. Eyni zamanda konservatoriyada Teymur Əmrahdan vokal dərslərini mənimsəmişdir.

2003-cü ildə Zamiqin ilk mahnısı olan Dəymərəm qəlbinə mahnısı və klipi işıq üzü görüb. 2005-ci ildə oxuduğu Uçduq adlı mahnısı xalq tərəfindən sevilir. 2006-cı ildə isə Uçduq adlı albomu çıxmışdır. 2008-ci ildə çıxan "Sən necə də gözələsən" mahnısı Azərbaycan çartlarında birinci yerləri tutdu. 2009-cu ildə Sən necə də gözəlsən adlı albomu çıxıb. 2010-cu ildə Yaşıl Teatrda "Sən necə də gözəlsən" adlı ilk konserti baş tutmuşdur. 2010-cu ildə Röya ilə birlikdə Azərbaycanın 15 rayonunda Doğma diyar konsert proqramları ilə çıxış ediblər.[2][3] 2013-cü ildə klassik bəstəkarlarımızın əsərlərindən ibarət Retro albomu çıxmışdır. 2014-cü ildə Bu şəhəri çox sevirəm adlı üçüncü albomu işıq üzü görüb. Eyni ildə Yaşıl Teatrda Bu şəhəri çox sevirəm adlı solo konserti baş tutmuşdur. 2015-ci ildə Karaoke albomu işıq üzü görmüşdür. 2017-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Nazim Hacıəlibəyovun dirijorluğu ilə simfonik orkestrla solo konsert vermişdir. 2018-ci ildə Naxçıvan şəhərində Heydər Əliyev sarayında "Kaman" adlı konsert proqramı ilə çıxış edib. 2018-ci ildə Heydər Əliyev Sarayında “Ələddin” uşaq müziklində Ələddin personajını canlandırmışdır.[4][5] 2019-cu ildə Heydər Əliyev Sarayında "Bu gün bizim günümüz" adlı solo konsert vermişdir.[6] Eyni ildə Naxçıvanda Saat meydanında solo konsert proqramı ilə çıxış etmişdir. Zamiq Hüseynov uzun illərdir ki, Heydər Əliyev Fondu tərəfindən yeni il ərəfəsində Buta Palace-da təşkil olunan kimsəsiz uşaqlar üçün konsertdə daimi iştirak edir.[7] O, həmçinin xarici ölkələrdə təşkil olunan dövlət tədbirlərinə müntəzəm şəkildə dəvət olunur.

Diskoqrafiya

redaktə

Mahnılar

redaktə
  • Dedilər (Sivva) [8]
  • Zəfər mahnısı (Tünzalə Ağayeva, Elçin Cəfərov, Alim Qasımov, Samir Cəfərov)
  • Yaşa mənim xalqım
  • Ey Vətən
  • Azərbaycan
  • Vətən əmanəti
  • Mən səni sevirəm
  • Просто будь
  • Duman
  • Leyla
  • Var ol
  • Моя награда
  • Unutmadım
  • Unudaram
  • Sevgi tanqosu
  • Təşəkkür
  • Özü bilər (Elşad Xose)
  • Kaman
  • Ana
  • Oğul balam
  • Yeganə
  • Necə sevdim (Röya)
  • Məni yaşadan insan
  • Pərvanə
  • Cənnətimsən
  • Bu gün bizim günümüz
  • Nərgizim
  • O mənə inanır
  • Nigarım
  • De neyləyim
  • Bir nəfərlik bilet
  • Oyundur həyat
  • Yada sal
  • Sən olmasan
  • Vaxtım bol (Nadeer)
  • Bu şəhəri çox sevirəm
  • Zalım dünya
  • Neft daşları
  • Sən gedəndən
  • Həyat çətindir
  • Elnarə
  • Canım mənim (Elşad Xose)
  • Varmı
  • Bir tək səni sevərdim (Brilliant Dadaşova)
  • Nigarım
  • Bəyaz mələyim
  • Qoy Ağlasın (Nadeer, RG)
  • Uçduq (remiks)
  • Sonra
  • Yellənə-yellənə
  • Siqaret
  • Pəncərəmə qondu çiçək
  • Badamlı (Röya)
  • Mənimlə qal
  • Yuxu
  • Kaş ki
  • Ayrılıq nəğməsi (Sevda Yəhyayeva)
  • Qızım
  • Aldatdın məni
  • Səninlə (Röya)
  • Yoxdur cahanda tayın
  • Sən necə də gözəlsən
  • Necə Sevim (İradə İbrahimova)
  • Yağış
  • Səninlə yaşayıram
  • Dəymərəm qəlbinə

Albomlar

redaktə

Videoqrafiya

redaktə
Say Klip Tarix
01 Dəymərəm Qəlbinə 2003
02 Uçduq 2006
03 De Neyləyim 2006
04 Mənimlə Qal
05 Sən Necə Də Gözəlsən 2008
06 Kaş Ki 2010
07 Keçmişim ft. Çingiz Mustafayev 2011
08 Orada Biri Var 2012
09 Qurban Verərdim 2012
10 Gör Nələr Olur 2014
11 Həyat Çətindir 2014
12 Səninlə Yaşayıram 2014
13 Bir Nəfərlik Bilet 2015
14 Vaxtım Bol ft. Nadir Nəğd Pul 2015
15 Yağış 2015
16 Qalib Ol ft. Günay İbrahimli 2016
17 O 2016
18 Həyat 2016
19 O Mənə İnanır 2017
20 Unudaram 2017
21 Yoxdur Cahanda Tayın 2017
22 Qoy Ağlasın ft. Nadir Nəğd Pul, RG 2018
23 Bəyaz Mələyim 2018
24 Varmı 2018
25 Bu Gün Bizim Günümüz 2018
26 Özü Bilər ft. Elşad Xose 2018
27 Моя Награда 2019
28 Var Ol 2019
29 Leyla 2020
30 Duman 2020
31 Просто Будь 2020
32 Mən Səni Sevirəm 2020
33 Zəfər Mahnısı ft. Brilliant, Tünzalə, Elçin, Alim, Samir 2021
34 Son Nəfəsimizə Qədər 2021
35 Dedilər ft. Sivva 2021
36 Neylərsən ft. Röya 2021
37 Hep Biri Var 2021
38 Əvəzsizim 2021
39 Gözlərində 2022
40 İfadə 2022
41 Əfsanə 2023
42 Mənim Atam Qəhrəmandır 2023
43 İcazə Ver 2023

İstinadlar

redaktə
  1. "Azərbaycan müğənnilərinin boy və çəkiləri "nəhs" reytinqdə (FOTO)". 2023-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-20.
  2. "Röya Ayxan və Zamiq Hüseynov "Doğma diyar" adlı pulsuz konsert proqramı ilə turneye çıxacaqlar". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-09.
  3. "Röya və Zamiqdən "Doğma diyar" layihəsinə möhtəşəm sonluq". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-09.
  4. ""Ələddin" uşaq müziklinin premyerası". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-16.
  5. "Ələddin Nağılı -da onlayn bilet almaq. Ələddin Nağılı tədbirinə biletin çatdırılması". iTicket.AZ (az.).
  6. "Zamiq Hüseynov "Bu gün bizim günümüz"". 2020-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-15.
  7. ""Onunla sevgi münasibəti ola bilməz" - Zamiq". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-14.
  8. "Zamiq Röyadan sonra onu seçdi". Oxu.Az (az.). 13 mart 2021. 2022-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2021.

Xarici keçidlər

redaktə