Yevgeni Nikolayeviç Ptiçkin (rus.: Евгений Николаевич Птичкин) — rus bəstəkarı, RSFSR-in əməkdar incəsənət xadimi (1978)[1], RSFSR-in xalq artisti (1988)[2].

Yevgeni Ptiçkin
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Moskva, Rusiya
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar
Janrlar mahnı, operetta
Təhsili
  • Rusiya Musiqi Akademiyası[d]
Mükafatları "RSFSR xalq artisti" fəxri adı "Xalqlar dostluğu" ordeni
kkre-12.narod.ru/ptichki…

Həyatı

redaktə

Yevgeni Ptiçkin 1 iyun 1930-cu ildə Moskvada anadan olmuşdur. 1957-ci ildə Musiqili-pedaqoji institutunun kompozisiya sinfini bitirmişdir.

Bir vaxtlar səs rejissoru çalışan Y. Ptiçkin sonralar peşəkar bəstəkara çevrilir. 1960-cı illərin əvvəllərindən kinoda çalışmışdır. Ona ən böyük şöhrəti 1970-ci ildə çəkilmiş "Mənim küçəm" filminə yazdığı mahnı gətirmişdir.

Yevgeni Nikolayeviç Ptiçkinin musiqiləri 70-dən artıq bədii və animasiya filmlərində səslənmişdir. Bu mahnıları məşhur müğənnilər – Anna German, İosif Kobzon, Mayya Kristalinskaya, Lüdmila Qurçenko ifa etmişlər.

Bəstəkar Yevgeni Nikolayeviç Ptiçkin 28 noyabr 1993-cü ildə doğulduğu Moskva şəhərində vəfat etmişdir.

Filmoqrafiya

redaktə
  1. İki kapitan (teleserial, 1976)
  2. Kolya, Olya və Arximed (cizgi filmi, 1972)

İstinadlar

redaktə
  1. "Евгений Птичкин". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-23.
  2. Птичкин Евгений Николаевич - биография