Xalkopirit (mis kolçedanı) – CuFeS2 - Tetraqonal sinqoniya, 700°C-dən yüksək temperaturda – kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.

Xalkopirit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
CuFeS₂
Strunz təsnifatı II/B.02[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya tetraqonal[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xassələri

redaktə

Rəng – bürüncü-sarı, çox zaman tünd-sarı və ya əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – yaşılımtıl-qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,1-4,3; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {201} üzrə mükəmməl, {101} və {111} üzrə – qeyri-mükəmməl; Sınıqlar – qabıqvari sınmadan qeyri-düzgün sınmaya qədər; Morfologiya – kristallar: psevdooktaedrik, psevdotetraedrik, nadir hallarda – tetraqonalskalenoedrik; İkiləşmə: {112}, {102}, {110} üzrə; qarşılıqlı nüfuzetmə; sadə və polisintetik; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, püruzlar, hərdənbir – böyrək- və salxımvarı kollomorf aqreqatlar.

 
Xalkopirit, 120 mm, Katsdağ yatağı, Balakən rayonu

Mənşəyi və yayılması

redaktə

Ən geniş yayılmış mis mineralıdır. Bazit və ultrabazitlərlə əlaqədar olan maqmatik mis-nikel sulfid filizləri yataqlarında rast gəlir. Bəzən peqmatitlərdə və skarnlarda qeyd olunur. Ən çox damar və metasomatik tipli hidrotermal yataqlarda yayılmışdır. Mühüm ehtiyatları kolçedan və mis-porfir yataqları ilə bağlıdır. Çökmə və metamorfik əmələgəlmələrdə–misli qumdaşlarında, misli şistlərdə, fosforitlərdə, sulfid yataqlarının törəmə sulfidlərlə zənginləşmə zonasında və Aydan gətirilmiş nümunələrdə qeyd olunur. Birlikdə rast gəldiyi minerallar: pirit, pirrotin, sfalerit, qalenit, kvars, flüorit. Mineralın tapıldığı yerlər: Outokympu (Finlandiya); Rio-Tinto (İspaniya); Mansfeld, Rammelsberq, Freyberq (Almaniya); Kounrad, Cezkazqan (Qazaxıstan); Sibay, Qay, Norilski yataqları (Rusiya); Sedberi (Kanada); Binqxem (ABŞ); Çukikamata (Çili) və s. Azərbaycanda Gədəbəy, Qızılbulaq, Misdağ, Bittibulaq, Daşkəsən, Paraqaçay, Katsdağ, Filizçay, Cixix-Saqator yataqlarında və çoxsaylı digər filiz yataqları və təzahürlərində qeyd edilir.

Tətbiqi

redaktə

Mühüm mis filizidir və xalkopiritin tərkibində izomorf qarışıq kimi iştirak edən bir sıra nadir elementlərin mənbəyidir.

İstinadlar

redaktə

Mənbə

redaktə
  • "Azərbaycan mineralları" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2004

Xarici keçidlər

redaktə