Villyam Bedvell
Villyam Bedvell (ing. William Bedwell, 1561[1] – 5 may 1632[2])— ingilis şərşünası, tərcüməçisi.
Villyam Bedvell | |
---|---|
ing. William Bedwell | |
Doğum tarixi | |
Doğum yeri | Böyük Britaniya |
Vəfat tarixi | |
Vəfat yeri | Böyük Britaniya |
Tanınmış yetirməsi | Tomas Erpenius |
Həyatı
redaktəVillyam Bedvell 1561-ci ildə Essexin şimal-qərbindəki Great Hallingburrydə doğulmuşdu. 1578-ci ildə Cambridge Trinity Collegəə girdi və 1584-cü ildə tədqiqatçı, 1588-ci ildə də ədəbiyyat mütəxəssisi oldu. Elmi araşdırmalara meyl etməsində Kembricdə təhsil görmüş bir mühəndis və riyaziyyatçı olan kiçik əmisi böyük rol oynamışdır. Bu illərdə irəlidə məsləkdaşları olacağı elm adamları ilə tanış oldu; onların yardımlarını gördü və təsirləri altında qaldı. Eyni illərdə Sami dillərilə də ilgilənməyə başladı və özəlliklə Ərəb dilində böyük bir uğur əldə etdi. 1588-ci ildən Bishopsgatetə bir kilisəyə keşiş olaraq təyin edildiyi 1601-ci ilə qədər əsər yazmaqla, gərək duyulduğunda İslam ölkələrindən İngiltərə krallığına göndərilən Ərəbcə məktubları tərcümə etməklə və özəl Ərəb dili dərsləri verməklə məşgul oldu. 1607-ci ildə vəzifəsi London yaxınlarındakı Tottenhama göndərildi. 1612-ci ildə bəzi Ərəb dili mətnləri incələmək məqsədiylə Leydenə getdi və əsərlərini Ərəb hərfləriylə çap edə bilmək üçün oradan hürufat satın alaraq eyni il içində İngiltərəyə döndü.
Villyam Bedvell 1632-ci ildə öldü və Tottenhamda çalışdığı kilisənin məzarlığına gömüldü.
İstinadlar
redaktə- ↑ William Bedwell // opac.vatlib.it (ing.).
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.