Vikipediya:Silinməyə namizəd səhifələr/Mirkazım Seyidov
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
- Şəxsin ensiklopedik olmasında şübhəliyəm. Sədri, müavini, yaradıcısı olduğu partiyaların hamısı qeyri-ensiklopedikdir. Tərəqqi medalı məlum məsələ indiyə qədər minlərlə adam alıb. 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni də həmçinin, eyni şəkildə. samral müzakirə 02:49, 11 yanvar 2024 (UTC)
- Şəxsin siyasətdə nə qədər tanınmış olduğunu deyə bilmərəm. Amma yazıçı kimi, xüsusən də həm rusca, həm də azərbaycanca Azərbaycanla bağlı kitabları nəşr olunub. — Araz Yaquboglu (müzakirə) 05:42, 11 yanvar 2024 (UTC)
- Silinsin: VP:ŞEƏ şərtlərini ödəmir. Grenzsoldat 14:18, 15 yanvar 2024 (UTC)
- Şərh: siyasi fəaliyyəti olub, amma ensiklopedikliyi müzakirə mövzusudur. - Dr.Wiki54 (müzakirə) 23:13, 20 yanvar 2024 (UTC)
- Qalsın: ensiklopedik olduğundan. Araz Yaquboglu (müzakirə) 17:42, 22 yanvar 2024 (UTC)
- Silinsin: Silinməsi üçün qeyd edilən fikirlərlə tam razıyam. Partiya sədri və siyasətçi kimi ensiklopedikliyi şübhə altındadır. Məqalədə də önə çəkilən onun məhz ensiklopedik olmayan siyasi fəaliyyətidir. Futurolog21 (müzakirə) 11:09, 27 yanvar 2024 (UTC)
- Qalsın: 10-a yaxın kitabı nəşr olunmuş yazıçı qaydalara əsasən ensiklopedik sayılır. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 04:43, 1 fevral 2024 (UTC)
- Şərh: Həm yazıçılıq həm də siyasi fəaliyyəti ciddi müzakirə edilməlidir. Əsərləri nə dərəcədə geniş oxucu kütləsinə malikdir? Hansı xüsusi siyasi fəaliyyəti ilə seçilir? — Patriot (müzakirə) 16:13, 1 fevral 2024 (UTC)
Yekunlaşdırma: Saxlanması ilə bağlı güclü arqumentlər olmadığına görə silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:05, 6 fevral 2024 (UTC)