Vikipediya:Silinməyə namizəd səhifələr/Fərid Məmmədov (dövlət rəsmisi)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  •   Silinsin: DOST Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumdur və həmin qurumun sədri olmaq şəxsi birbaşa ensiklopedik etmir. Məqalə də neytral deyil, "layihələr və proseslər üzrə ekspert" kimi sözlər adətən maraq daxilində işlənən sözlərdir və digər cümlələrə də nəzər yetirə bilərsiniz. Məqalə adının sonradan (dövlət rəsmisi) olaraq dəyişdirilməsini də doğru hesab etmirəm. Sura Shukurlu (müzakirə) 14:29, 16 fevral 2024 (UTC)[cavabla]
Salam. Vikipediyada bir çox nazirliyin tabeliyindəki qurumun sədri haqqında məqalələr mövcuddur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 milyon nəfərə yaxın vətəndaşa göstərdiyi 159 xidməti DOST Agentliyi həyata keçirir. Düşünürəm ki, 3 milyona yaxın vətəndaş üçün birbaşa ünsiyyətdə olduqları qurumun sədri haqqında məlumatlar əlçatan olmalıdır.
O ki, qaldı "layihələr və proseslər üzrə ekspert" ifadəsinə, bu, boş-boşuna yazılmış şey deyil. Fərid Məmmədov 2012–2014-cü illərdə Avstriyanın Vyana İqtisadiyyat və Biznes Universitetinin İdarəçilik Akademiyasında Layihələrin və proseslərin idarə edilməsi ixtisası üzrə peşəkar magistratura təhsili alıb. Yəni ki, bu onun sırf peşəkar formada təhsilini aldığı ixtisasdır və bu, məqalədə istinad olunmaqla qeyd edilib.
Məqalənin adı barəsində bildirmək istəyirəm ki, Fərid Məmmədov adlı məqalələr çox olduğu üçün, Araz bəylə məsləhətləşib, belə bir dəyişiklik etmişik. Sırf bu ad məsələsi qaydalara ziddirsə, buyurub dəyişə bilərsiniz. Ümid edirəm fikirlərimi düzgün formada çatdıra bildim. Təşəkkürlər. Hörmətlə Ilgarahmed (müzakirə) 21:35, 17 fevral 2024 (UTC)[cavabla]
Bəlkə də ensiklopedik şəxsdir. Amma fikrimcə nəaliyyətləri, fəaliyyətləri barəsində məlumat daha ətraflı verilməlidir. Zohrab javad (müzakirə) 20:23, 20 fevral 2024 (UTC)[cavabla]
@Zohrab javad hesab edirəm ki, belə şəxsləri ensiklopedik edən əsas amil, bu kimi qurumlara sədr təyinatı almalarıdır. Patriot (müzakirə) 20:27, 20 fevral 2024 (UTC)[cavabla]

  Silinsin: "Məqalə neytrallıqdan və mənbələrdən kənardır lakin düşünürəm şəxs haqqında detallı və etibarlı mənbələrdən istinadlar olarsa yenidən müzakirə edilər bilər. --✡ Redivy ✡ (müzakirə) 20:43, 16 fevral 2024 (UTC)[cavabla]

Şəxs haqqında istənilən məlumatı sizə təqdim etməyə hazıram. Ilgarahmed (müzakirə) 21:37, 17 fevral 2024 (UTC)[cavabla]
@Ilgarahmed Siz zəhmət olmazsa şəxs haqqında səsvermə bitdikdən sonra verilən səslərə nəzərən məqalədə düzəlişlər aparın həmçinin bütün məlumatları ən lazımlı hissələrinə qədər əlavə edib hər-hansı təcrübəli üzvdən dəstək istəyin əminəm bu daha faydalı olacaqdır. ✡ Redivy ✡ (müzakirə) 23:15, 17 fevral 2024 (UTC)[cavabla]
@Redivy təşəkkür edirəm məsləhətiniz üçün. Bu barədə mənə dəstək olsanız çox şad olaram Ilgarahmed (müzakirə) 08:02, 18 fevral 2024 (UTC)[cavabla]
@Ilgarahmed Detalları bütöv şəkildə öyrənin daha sonra mənim burada hesabın müzakirə bölməsinə yazarsınız zəhmət olmazsa. ✡ Redivy ✡ (müzakirə) 15:16, 18 fevral 2024 (UTC)[cavabla]
@Redivy Təşəkkür edirəm. Ilgarahmed (müzakirə) 18:33, 18 fevral 2024 (UTC)[cavabla]

  Şərh: ensiklopedik tələbləri tam ödəmir, amma yənə də müəyyən şübhələrim var. — Tarixi Nadir (müzakirə) 11:41, 19 fevral 2024 (UTC)[cavabla]

  •   Şərh: Mən şəxs haqqında kifayət qədər mənbələr tapa bilirəm internetdə. Düzdür əksəriyyəti müsahibə tiplidir. Lakin televiziyalarda çıxışları var. Belə vəzifəli şəxsləri dərhal q/e hesab etmək olmaz düşünürəm. Sədrlik etdiyi qurum heç də sıradan bir qurum deyil. Bu səbəbdən adı tez-tez hallanır. — Patriot (müzakirə) 14:16, 19 fevral 2024 (UTC)[cavabla]
  •   Qalsın: Bu kimi şəxsləri ensiklopedik hesab etmək olar. Qeyd etdiyim kimi, sədrlik etdikləri qurumlar sıradan qurumlar deyil. Bu yanaşma ilə gərək ASAN xidmətin sədri də q/e şəxs sayılsın. Səhifənin özündəki linklərə əlavə olaraq bəzi linkləri təqdim edirəm: [1] [2] [3] [4] [5] [6] [7] [8] [9] Bu tipdən olan şəxslərin fəaliyyətinə dair yalnız belə materiallar tapmaq olar ki, bu da normal qarşılanmalıdır. Şəxsi ensiklopedik hesab edirəm.— Patriot (müzakirə) 14:59, 19 fevral 2024 (UTC)[cavabla]

Yekunlaşdırma: Müzakirə nəticəsində məqalənin silinməsinə qərar verildi. — Sura Shukurlu (müzakirə) 19:12, 14 mart 2024 (UTC)[cavabla]