Vasili Nikolski
Vasili Alekseyeviç Nikolski (rus. Василий Алексеевич Никольский; 3 (15) mart 1882, Şuya, Vladimir quberniyası[d] – 3 aprel 1967, Bakı) — Azərbaycan-sovet opera müğənnisi, Azərbaycan SSR xalq artisti (1934).
Vasili Nikolski | |||
---|---|---|---|
Vasili Alekseyeviç Nikolski | |||
Doğum tarixi | |||
Doğum yeri |
|
||
Vəfat tarixi | (85 yaşında) | ||
Vəfat yeri | |||
Dəfn yeri | |||
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
||
Fəaliyyəti | opera müğənnisi, teatr aktyoru | ||
Təhsili | |||
Mükafatları |
|
Həyatı
redaktəAydın və ifadəli bas səsi olan müğənni Vasili Alekseyeviç Nikolski Rusiyanın İvanovo vilayətinin Şuya şəhərində doğulub. Moskva konservatoriyasını 1907-ci ildə bitirib. Ali təhsil alandan sonra Moskvanın, Kiyevin, Odessanın, Tiflisin opera teatrlarında işləyib. 1919-cu ildə Bakıya gəlib və 1952-ci ilə qədər ADOBT-nın solisti olub.
Vasili Nikolski Bakı teatrında Həsən kişi, Aslan şah ("Nərgiz" və "Şah İsmayıl", Müslüm Maqomayev), İbrahim xan ("Koroğlu", Üzeyir bəy Hacıbəyov), Bəhram ("Şahsənəm", Reynqold Qlier), Pimen və Boris Qodunov ("Boris Qodunov", Modest Musorqski), Susanin, Ruslan ("İvan Susanin" və "Ruslan və Lüdmila", Mixail Qlinka), Don Bazilio ("Sevilya bərbəri", Coakkino Rossini), Koçubəy ("Mazepa", Pyotr Çaykovski), Nilakanta ("Lakme", Leo Delib), Dəyirmançı ("Su pərisi", Aleksandr Darqamıjski), Qalitski ("Knyaz İqor" Aleksandr Borodin), Mefistofel ("Faust", Şarl Quno), Lindor ("Hofmanın nağılları", Jak Offenbax), German, Henri: ("Tanqayzer" və "Leonqrin", Rixard Vaqner), Sen Bari ("Qu qenotlar", Cakomo Meyerber), Çub ("Traviata", Cüzeppe Verdi), Famusov və Skalozub ("Ağıldan bəla", Boris Zeydman) Qaspar ("Kornevil zəngləri", Rober Plaket), Knyaz Quda ("Demon", Anton Rubişteyn), Stansiya nəzarətçisi ("Stansiya nəzarətçisi", Vladimir Kryukov) partiyalarını ifa edib. 1941-ci ildən 1962-ci ilə qədər müəyyən fasilələrlə konservatoriyada pedaqoji fəaliyyət göstərib.
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 25 may 1934
- "Qırmızı əmək bayrağı" ordeni — 17 aprel 1938
Filmoqrafiya
redaktəƏdəbiyyat
redaktə- Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 4. Нежин — Сярев. М.: Советская энциклопедия. 1965. 1152 стб. 40 500 экз.
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. 622 с.