Vəssan Gəray Cabaqiyev

Vəssan Gəray Cabaqiyev (3 may 1882, Nazır-Kort[d], Vladiqafqaz dairəsi[d], Terek vilayəti, Rusiya imperiyası18 oktyabr 1961, İstanbul, Türkiyə) — Şimali Qafqaz siyasi və dövlət xadimi, mütəfəkkir.

Vəssan Gəray Cabaqiyev
inquş ДжабагӀийнаькъан Ийже Висангири
Şəxsi məlumatlar
Doğum tarixi 3 may 1882(1882-05-03)
Doğum yeri
Vəfat tarixi 18 oktyabr 1961(1961-10-18) (79 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti alim, siyasətçi, jurnalist
Elmi fəaliyyəti
Elm sahəsi sosiologiya, iqtisadiyyat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Vladiqafqaz gimnaziyasında, Peterburq Universitetində, Riqa Politexnik İnstitutunda və Almaniyanın Yena Kənd Təsərrüfatı Universitetində təhsil almışdır. 1903-cü ildə Rusiyaya qayıtmış, əkinçilik və dövlət mülkiyyətləri nazirliyində mühüm vəzifələrdə çalışmışdır.

Fevral inqilabından (1917) sonra Şimali Qafqaz Dağlı azadlıq hərəkatının rəhbərlərindən biri olmuş, inquş milli şurasına sədrlik etmişdir. 1917-ci ilin mayında dağlı xalqlarının 1-ci qurultayında Birləşmiş Şimali Qafqaz Dağlılar İttifaqı Mərkəzi Komitəsinin üzvü seçilmiş, komitənin işlər idarəsinə rəhbərlik etmişdir. 1918-ci il mayın 11 -də Şimali Qafqaz dağlılarının müstəqilliyi elan edildikdən sonra hökumət üzvü olmuş, maliyyə naziri vəzifəsini icra etmişdir.

İstiqlal bəyannaməsinin və ilk Dağlı konstitusiyasının müəlliflərindən biri olmuşdur. Qafqaz dağlılarının konfederasiyası ideyası ilə çıxış etmişdir. Dəfələrlə Bakıda olmuş, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən Dağlılar Respublikasına kömək məqsədilə verilən yardım və kreditləri almışdır.

1918-ci ilin payızında Dağlılar Respublikası parlamentinin sədri seçilmişdir. Sovetlərin Şimali Qafqazda möhkəmlənməsindən sonra, əvvəlcə Gürcüstana, 1922-ci ildə isə Türkiyəyə mühacirət etmişdir. Burada təşkil olunan Qafqaz Xalqlarının İstiqlaliyyəti Komitəsinin əsas təşəbbüsçülərindən idi.

XX əsrin 20-ci illərin sonlarından Polşaya mühacirət etmiş, 1938-ci ildə Polşa hökuməti teleqraf aqentliyinin nümayəndəsi kimi Türkiyəyə göndərilmişdir. İkinci dünya müharibəsindən (1939–45) sonra Türkiyə vətəndaşlığını qəbul etmiş, publisistika ilə məşğul olmuşdur.

Əsərləri

redaktə
  • Qafqaz-Rus mücadiləsi, İstanbul, 1967.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə