Ayı
Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi.
Ayı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Ayı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır.
Bədən quruluşu
redaktəBöyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər.
Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.
Əsas xüsusiyyətləri
redaktəErkək ayılar dişi ayılardan daha iri olurlar. Qoxubilmə bacarıqları çox inkişaf etmişdir. Sürətli qaçma, dırmanma və üzmə bacarıqları var.
Ağ ayının kütləsi 1000 kq-a çatır.
Ağdöş ayının uzunluğu 1.3–2 m, qara ayının 1.5–1.8 m, qonur ayının müxtəlif yarımnövlərinin uzunluğu 1.2–3 m, ağ ayının uzunluğu isə 1.6–3 m-dir.
Həyat tərzi
redaktəHər bir ayı növünün yaşadığı ərazi quruluşu fərqlidir, amma ümumi olaraq deyə bilərik ki, ayılar ağac oyuqlarında, qayaların arasında, mağaralarda yaşayırlar.
Qış gələnədək bol miqdarda qidalanır və kökəlirlər. Qış boyu yuvalarında nizamsız şəkildə yatırlar.
Qidalanması
redaktəQidalanma növlərə görə dəyişir. Məsələn, qütb ayısı ətyeyən, panda isə otyeyəndir. Bal, balıq, meyvə ailələrin xoşladıqları qidalardır.
Sinonimləri
redaktə- Arcticonus Pocock, 1917
- Danis J. E. Gray, 1825
- Euarctos Gray, 1864
- Mamursus Herrera, 1899
- Melanarctos Heude, 1898
- Mylarctos Lönnberg, 1923
- Myrmarctos J. E. Gray, 1864
- Selenarctos Heude, 1901
- Thalassarctos J. E. Gray, 1825
- Thalassarctus Gloger, 1841
- Thalassiarchus Kobelt, 1896
- Ursarctos Heude, 1898
- Ursulus Kretzoi, 1954
- Vetularctos Merriam, 1918
Növləri və yarımnövləri
redaktə- Qonur ayı (Ursus arctos)
- Cənubi Qafqaz ayısı (Ursus arctos syriacus Hemprich et Ehrenberg)
- Avropa qonur ayısı (Ursus arctos arctos)
- Suriya qonur ayısı (Ursus arctos syriacus)
- Ursus arctos horribilis
- Ursus arctos middendorffi
- Apennin qonur ayısı (Ursus arctos marsicanus)
- Himalay qonur ayısı (Ursus arctos isabellinus)
- Tibet qonur ayısı (Ursus arctos pruinosus)
- Yapon qonur ayısı (Ursus arctos yesoensis)
- Kermod ayısı (Ursus arctos cermoudisus)
- Qobi qonur ayısı (Ursus arctos gobiensis)
- Berman qonur ayısı (Ursus arctos piscator) †
- Atlas ayısı (Ursus arctos crowtheri) †
- Kaliforniya qonur ayısı (Ursus arctos californicus) †
- Meksika qonur ayısı (Ursus arctos nelsoni) †
- Baribal (Ursus americanus)
- Ursus americanus altifrontalis
- Ursus americanus amblyceps
- Ursus americanus americanus
- Ursus americanus californiensis
- Ursus americanus carlottae
- Ursus americanus cinnamomum
- Ursus americanus emmonsii
- Ursus americanus eremicus
- Ursus americanus floridanus
- Ursus americanus hamiltoni
- Ursus americanus kermodei
- Ursus americanus luteolus
- Ursus americanus machetes
- Ursus americanus perniger
- Ursus americanus pugnax
- Ursus americanus vancouveri
- Ağ ayı (Ursus maritimus)
- Nəhəng ağ ayı Ursus maritimus tyrannus †
- Himalay ayısı (Ursus thibetanus), Selenarctos tibetanus
- Etrus ayısı (Ursus etruscus) †
- Mağara ayısı (Ursus spelaeus) †
- Ursus minimus †
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2006.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0