UEFA Çempionlar Liqası 1994/1995

Çempionlar Liqasının 1994/1995 sezonu UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 40-cı mövsümü və "UEFA Çempionlar Liqası" rebrendinqindən sonra 3-cü mövsüm idi. Turnirin qalibi Hollandiya klubu Ayaks oldu. O, finalda oyunun sonlarında vurduğu qolla turnirin son qalibi Milanı məğlub etdi. Ayaks turnir boyu nə qrupda, nə də sonraki mərhələlərdə bir dənə də oyunu uduzmadı və 1973-cü ildən bəri Avropada ilk titulunu qazandı.

UEFA Çempionlar Liqası 1994/1995
Yarış məlumatları
Tarix 10 avqust 1994 — 24 may 1995
Başlama tarixi 10 avqust 1994
Bitmə tarixi 24 may 1995
Komanda sayı 16 (qrup mərhələsi)
24 (ümumi)
Yekun nəticəsi
Çempion Niderland Ayaks (4-cü dəfə)
İkinci İtaliya Milan
Yarış statistikası
Oyun sayı 61
Qol sayı 140 (matç başına: 2.3)
Tamaşaçı sayı 2.328.515
Mükafat sahibləri
Bombardir(lər) Liberiya Corc Vea (7 qol)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avropa Kubokunun əvvəlki variantı ilə nisbətən turnirin formatına radikal dəyişikliklər edilmişdir, belə ki UEFA ilə AYİ arasında final oyunun yayım müqaviləsi bitdi və bu formatın ümumi icmalı üçün səbəb oldu, hansı ki maliyyə cəhətdən təmin olunmuş yeni özəl teleşirkətlərin marağını cəlb etdi. Bu il qrup mərhələsində dörd komandadan ibarət 4 qrup yaradılmışdır, bundan əvvəlki mövsümdə isə 2 qrupda dörd komanda mübarizə aparırdı. Həmçinin, bu ildə ilk dəfə səkkiz komanda pley-off mərhələsinə çıxdı və kiçik klubların Çempionlar Liqası əvəzinə UEFA Kubokunda iştirak etdiyi 3 mövsümdən birinci idi. Bundan başqa ilk dəfə idi ki, yarış ilk matçdan etibarən sona kimi UEFA çempionlar Liqası adı ilə tanınırdı, öncəki 2 mövsümdə UEFA Çempionlar Liqası ancaq birinci tur və final arasında baş verən oyunlara şamil olunurdu.

Keçmiş Yuqoslaviya Respublikası BMT-nin iqtisadi sanksiyalar səbəbindən ardıcıl üçüncü mövsüm iştirak edə bilmədi. Son çempion Milan klubu idi və o, finalda Ayaksa məğlub oldu.

Klublar

redaktə
Təsnifat mərhələsi
  Kazino Zalsburq   Hayduk Split   Sparta Praqa   Silkeborq
  Paris Sen-Jermen   AEK Afina   Vats FK-Samsung   Makkabi Hayfa
  Avenir Beggen   Legiya Varşava   Styaua Buxarest   Reyncers
  Servett   Göteborg   Qalatasaray   Dinamo Kiyev
Qrup mərhələsi
  Anderlext   Mançester Yunayted   Bayern Münhen   Milan
  Ayaks   Benfika   Spartak Moskva   Barselona

İlkin mərhələ

redaktə
Birinci komanda Yekun hesab İkinci komanda 1-ci oyun 2-ci oyun
A qrupu
Avenir Beggen   1–9   Qalatasaray 1–5 0–4
Sparta Praqa   1–2   Göteborg 1–0 0–2
B qrupu
Silkeborq   1–3   Dinamo Kiyev 0–0 1–3
Paris Sen-Jermen   5–1   Vats FK-Samsung 3–0 2–1
C qrupu
Legiya Varşava   0–5   Hayduk Split 0–1 0–4
Styaua Buxarest   5–2   Servett 4–1 1–1
D qrupu
AEK Afina   3–0   Reyncers 2–0 1–0
Makkabi Hayfa   2–5   Kazino Zalsburq 1–2 1–3

[1]

Qrup mərhələsi

redaktə
UEFA Çempionlar Liqası 1994/1995 mövsümünün qrup mərhələsinə düşən klubların Avropa xəritəsində yeri.
  Qəhvəyi: A qrupu;   Qırmızı: B qrupu ;   Narıncı: C qrupu;   Sarı: D qrupu.

Bu mövsümdə 16 komandadan 10-u qrup mərhələsində debüt etdi: AEK, Ayaks, Bayern Münhen, Benfika, Kazino Zalsburq, Dinamo Kiyev, Hayduk, Mançester Yunayted, PSJStyaua Buxarest. Bu komandalar içərisində 2 klub, Benfika və Dinamo Kiyev, bundan öncə Çempionlar Kubokunun 1991/1992 mövsümünün qrup mərhələsində mübarizə aparmışdı.

A qrupu

redaktə

Komanda O Q H U QT QQ QF Xal   GTG   BAR   MY   QAL
  Göteborg 6 4 1 1 10 7 +3 9 2–1 3–1 1–0
  Barselona 6 2 2 2 11 8 +3 6 1–1 4–0 2–1
  Mançester Yunayted 6 2 2 2 11 11 0 6 4–2 2–2 4–0
  Qalatasaray 6 1 1 4 3 9 −6 3 0–1 2–1 0–0

Komanda O Q H U QT QQ QF Xal   PSJ   BM   SPA   DK
  Paris Sen-Jermen 6 6 0 0 12 3 +9 12 2–0 4–1 1–0
  Bayern Münhen 6 2 2 2 8 7 +1 6 0–1 2–2 1–0
  Spartak Moskva 6 1 2 3 8 12 −4 4 1–2 1–1 1–0
  Dinamo Kiyev 6 1 0 5 5 11 −6 2 1–2 1–4 3–2

Komanda O Q H U QT QQ QF Xal   BEN   HAY   SB   AND
  Benfika 6 3 3 0 9 5 +4 9 2–1 2–1 3–1
  Hayduk Split 6 2 2 2 5 7 −2 6 0–0 1–4 2–1
  Styaua Buxarest 6 1 3 2 7 6 +1 5 1–1 0–1 1–1
  Anderlext 6 0 4 2 4 7 −3 4 1–1 0–0 0–0

Komanda O Q H U QT QQ QF Xal   AYA   MIL   KAS   AEK
  Ayaks 6 4 2 0 9 2 +7 10 2–0 1–1 2–0
  Milan 6 3 1 2 6 5 +1 5[a] 0–2 3–0 2–1
  Kazino Zalsburq 6 1 3 2 4 6 −2 5 0–0 0–1 0–0
  AEK Afina 6 0 2 4 3 9 −6 2 1–2 0–0 1–3
Mənbə: [mənbə göstərin]
Notes:
  1. Qrup mərhələsinin 2-ci turunda keçirilən Kazino Zalsburqla oyunda italiyalı azerkeşlərin davranışlarına görə Milanın 2 xalı əlindən alındı.

Pley-off

redaktə
  1/4 finallar Yarımfinallar Final
                                       
     Bayern Münhen
(səfərdə vurulan qol)
0 2 2  
   Göteborg 0 2 2  
     Bayern Münhen 0 2 2  
     Ayaks 0 5 5  
   Hayduk Split 0 0 0
     Ayaks 0 3 3  
       Ayaks 1
     Milan 0
     Barselona 1 1 2  
   PSJ 1 2 3  
     Paris Sen-Jermen 0 0 0
     Milan 1 2 3  
   Milan 2 0 2
     Benfika 0 0 0  


1/4 final

redaktə
1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Bayern Münhen   2–2 (s.v.q.)   Göteborg 0–0 2–2
Hayduk Split   0–3   Ayaks 0–0 0–3
Barselona   2–3   Paris Sen-Jermen 1–1 1–2
Milan   2–0   Benfika 2–0 0–0

Yarımfinal

redaktə
1. komanda Ümumi nəticə 2. komanda 1. matç 2. matç
Bayern Münhen   2–5   Ayaks 0–0 2–5
Paris Sen-Jermen   0–3   Milan 0–1 0–2
24 may 1995
20:30
Ayaks   1 : 0
Hesabat
  Milan
Klüvert   85' Qollar
Ernst-Happel Stadionu, Vyana
Tamaşaçı: 49 730
Hakim:   İon Kreçunesku

Bombardilər siyahısı

redaktə

UEFA Çempionlar Liqası 1994/1995 (ilkin mərhələni nəzərə alınmadan) ən yaxşı bombardirləri aşağıdakılardır:

Rank Name Team Goals
1   Corc Vea   Paris Sen-Jermen 7
2   Yari Litmanen   Ayaks 6
3   Maqnus Erlinqmark   Göteborg 4
  Marko Simone   Milan 4
5   Xose Mari Bakero   Barselona 3
  Romario   Barselona 3
  Hristo Stoiçkov   Barselona 3
  Klaudio Kanica   Benfica 3
  Kristian Nerlinger   Bayern Münhen 3
  Mehmet Şoll   Bayern Münhen 3
  Viktor Leonenko   Dinamo Kiyev 3

Həmçinin bax

redaktə

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə