Tolis xan — Şərqi Göytürk xaqanlığının şərq torpaqlarını idarə edən Göytürk şahzadəsi.

Tolis xan
突利可汗
611 – 631
ƏvvəlkiYami xaqan
SonrakıXeloxu xan
Şəxsi məlumatlar
Doğum tarixi 602
Vəfat tarixi
Atası Şibi xaqan
Həyat yoldaşı Xuaynan
Uşağı Xeloxu xan
Dini Tenqriçilik

İlk dövrləri

redaktə

Şibi xaqanın oğlu idi. 602-ci ildə doğulmuşdur.

Hakimiyyəti

redaktə

Yami xaqanın dövründə dövlətin şərq torpaqları Tolis xana verilmişdi. Onun tabeçiliyində kidan və mohe tayfaları vardı. 624-cü ildə Tan şahzadəsi Li Şiminlə ittifaqa girmişdi. 628-ci ildə Çinə tabe oldu və 700 ailə ona hədiyyə edildi və Beipinq knyazı titulu verildi.

Ölümü

redaktə

631-ci ildə Çindən öz torpaqlarına qayıdarkən Binçjouda vəfat etdi.

Ailəsi

redaktə

Suy sülaləsinin imperatoru Yanqdinin qızı şahzadə Xuaynan ilə evlənmişdi.

Övladları

redaktə

Nəslindən gələnlər

redaktə
  • Aşina Bilgə Tigin (681-724) — Tan sülaləsi sərkərdəsi idi. 3 sentyabr 724-cü ildə vəfat etmiş, 8 sentyabr 724-cü ildə basdırılmışdır. Məzarı 1956-cı ildə tapılıb.[1]

İstinadlar

redaktə

Mənbə

redaktə
  • Н.Я. Бичурин (Иакинф). Собрание сведений о народах,. обитавших в Средней Азии в древние времена. // Т. I. М.-Л.: 1950