Antióxiyalı Teofíl (yun. Θεόφιλος Αντιοχείας; d. ? - ö. 180 və ya 181) — II yüzillikdə yaşayan xristian apologeti, Antioxiyanın episkopu (169-cu ildən), xristian kilsəsinin müqəddəsi. Qnostiklər, markionçular kimi çeşidli xristian hereslərinə (küfrlərinə) qarşı mübarizə aparmışdır. Suriyalı idi.

Erkən xristianlıq
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian rahibliyi  • İsihazm

Apologetikası

redaktə

Teofilin dünyagörüşü Tatiana yaxın idi. O da hesab edirdi ki, yunanlar özlərinə aid edən hər bir yaxşı şeyi yəhudilərdən alıblar. Sonradan aldıqlarına yenilik gətirməklə onların mahiyyətlərini dəyişdiriblər[1].

Sonra Teofil xristianlara şamil edilən ateizm ittihamları bütpərəstlərə qaytarır. İstər Epikur olsun, istərsə də Platon ya Sokrat, onların heç biri əsl imana arxalanmayıblar. Ona görə də onların müdrikliyi əslində aldadıcıdır. Çünki müdriklik imandan başlamalıdır. Bu fikri əsaslandırmaq üçün Teofil, "Ad Autolicum" (Avtólika ünvanlanmış üç kitab) adlı apologiyasında skeptik mövqedə duran Avtolik adlı bir bütpərəstə 3 sual verir:

  • Hansı xəstə həkimə tabe olub, onun dediklərini icra etməsə, müalicə oluna bilər?
  • Sükançıya tabe olmadan gəmidə üzmək mümkündürmü?
  • Müəlliminin dediklərinə etibar etməyən adam alim ola bilərmi? [2].

İmana üstünlük verən Teofil əqli dəlilləri, sağlam düşüncəni də inkar etmir. O hesab edirdi ki, dünyanı müşahidə edən adamlar, Tanrının varlığını öz ağılları ilə dərk edə bilərlər. Məsələ bundardır ki, insan öz ruhunu görə bilməz. Onun haqqında biliyi, yalnız bədənin hərəkətini duyarkən, əldə edə bilər. Bunun kimi, Tanrını da gözlə görmək olmaz, lakin onun varlığını hiss etmək olar.

Teofilin fikrincə, kralları da insanların çoxu görmür, ancaq onların qanunlarını yerinə yetirirlər[3]. Öz əsərində Teofil bu cür analogiyaları çox gətirir və onun bəzi fikirləri gələcəkdə bir çox xristian teoloqları tərəfindən təkrar səslənmişdir.

Mənbə

redaktə
  • Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 45. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.

Ədəbiyyat

redaktə

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "Ad Autolicum, II, 12". 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-07.
  2. Ad Autolicum Arxivləşdirilib 2022-06-01 at the Wayback Machine I, 8.
  3. Ad Autolicum I, 5-6.[ölü keçid]