Sesilya Nevil (ing. Cecily Neville; 3 may 141531 may 1495) — III York hersoqu Riçardın xanımı, York hersoqinası. Oğullarından IV EduardIII Riçard İngiltərə taxtına çıxmışdır. Güllər müharibəsi dövrünün mühüm tarixi şəxsiyyətlərindən biri.

Sesilya Nevil
ing. Cecily Neville, Duchess of York
oktyabr 1429 – 30 dekabr 1460
ƏvvəlkiFilipa Mohun
SonrakıYelizaveta Vudvil
Şəxsi məlumatlar
Doğum tarixi 3 may 1415
Vəfat tarixi 31 may 1495 (80 yaşında)
Fəaliyyəti əsilzadə, nun[d]
Həyat yoldaşı
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

3 may 1415-ci ildə Durham bölgəsindəki Rabi qalasında dünyaya gəldi və bu səbəblə "Rabinin gülü" olaraq anıldı. Atası məşhur Nevil ailəsindən Uestmorland qrafı Ralf Nevil, anası isə Gentli Conun qızı Janna Byufort idi. Atası 2 dəfə evlənmişdi və Sesilya onun ikinci evliliyindən doğulan ən kiçik övladı idi. 1424-cü ildə, o əsnada atasının himayəsində böyüyən 13 yaşlı York hersoqu Riçardla nişanlandı. Ertəsi il atasının vəfat etməsiylə cütlüyün evliliyi gecikdi və 1429-cu ilin oktyabrında baş tutdu. Cütlüyün bu nigahdan 12 övladı dünyaya gəlsə də, bunlardan beşi yetkinlik yaşına çatmadan vəfat etdi.

1454-cü ildən etibarən cütlük İngiltərə kralı VI Henri və xanımı Anjulu Marqaritayla münasibətlərini yaxşılaşdırdı. Sesilyanın dayısı oğlu Somerset hersoqu Edmond Byufortla girişdiyi taxt mübarizəsində qalib gələn Riçard əqli zəif olan VI Henrinin naibi təyin edildi və dövlət idarəsini ələ aldı. İkisi arasında davam edən bu siyasi mübarizə 1455-ci ildə İngiltərə tarixində Güllər müharibəsinin başlaması ilə nəticələndi. Əri Yorklu Riçardın öncə İrlandiyaya, daha sonra isə Avropaya qaçmasının ardından Londona gələn Sesilya burada ailəsinin taxt iddiasını müdafiə etdi. Ərinin bütün mülkləri və ünvanları əlindən alınsa da, Sesilya övladlarının baxımını səbəb göstərərək dövlət xəzinəsindən aylıq 600 pound maaş almağı bacardı. Ardından ailə mülkü olan Uelsdəki Ludlou qalasına qayıtdı.

Yorkluların 1460-cı ildə qazandığı qələbənin ardından övladlarıyla birlikdə Londona köçən Sesilya həmin ilin sentyabrında şəhərə daxil olan ərini ilk qarşılayanlardan biri oldu. Bağlanan sazişlə əri Riçard və övladları VI Henrinin varisi təyin edildi və Sesilya gələcək İngiltərə kraliçası olaraq görüldü. Ancaq 30 dekabr 1460-cı ildə baş tutan Veykfild döyüşündə Lankaster ailəsi qəti qələbə qazandı. Əri Yorklu Riçard, oğlu Edmond və qardaşı Riçard Nevil döyüş meydanında həlak oldu. Böyük oğlu Eduard atasının taxt iddiasını davam etdirsə də, döyüşün ardından Sesilya geridə qalan iki azyaşlı oğlu - Corc və Riçardı Burqundiya hersoqu Xeyirxah Filipin sarayına göndərdi. Məhz bu tarixdən etibarən, Burqundiya hersoqluğu Güllər müharibəsində York ailəsini dəstəkləməyə başladı.

Böyük oğlu Eduardın taxt mübarizəsində qalib gəlməsi və VI Henrini taxtdan endirərək İngiltərə kralı olmasının ardından Sesilya sarayda yaşamağa başladı. Oğlunun səltənətində güclü siyasi nüfuzu vardı. oğlu IV Eduardın dul və 2 uşaqlı Yelizaveta Vudvillə olan evliliyinə qarşı çıxdı. Bu səbəblə, digər 2 oğlunu qardaşı oğlu Vorvik lordu Riçard Nevilin qızlarıyla evləndirdi - Klarens hersoqu Corc Plantageneti qrafın böyük qızı İzabel Nevillə, Riçardı isə kiçik qızı Anna Nevillə. 1469-cu ildə qardaşı oğlu Vorvik lordu Riçard Nevilin oğluna qarşı üsyan başlatmasının ardından tərəflər arasında vasitəçi oldu. Ancaq onun bu vasitəçiliyi işə yaramadı. Üstəlik digər oğlu Klarens hersoqu Corc Plantagenet də qaynatasının üsyanına qoşuldu. Ailə daxilindəki bu taxt mübarizəsi kiçik oğlu Corc Plantagenetin və qardaşı oğlu Vorvik lordu Riçard Nevilin ölümüylə nəticələndi.

Oğlu IV Eduardın 1483-cü ildə gözlənilmədən vəfatının ardından 13 yaşlı nəvəsi V Eduard kral elan olundu. Ancaq kiçik oğlu Riçard taxta əl qoydu və qardaşının hər iki oğlunu London qəsrinə həbs etdi. 6 iyul 1483-cü ildə keçirilən tacqoyma mərasimiylə III Riçard taxta çıxdı və İngiltərə kralı oldu. O əsnada London qəsrində həbs tutulan V Eduard və qardaşı Şahzadə Riçard isə qısa müddət sonra anidən yoxa çıxdılar. Onların əmiləri tərəfindən gizlicə öldürülməsi barədə şayələr yayıldı və bu şayələr III Riçarda qarşı müxalif cəbhəni gücləndirdi.

Ancaq oğlu III Riçardın səltənəti çox çəkmədi və 22 avqust 1485-ci ildə baş tutan həlledici döyüşün ardından oğlu döyüş meydanında öldürüldü. Henri Tüdor İngiltərənin yeni kralı oldu. Bundan sonrakı illərdə Hartfordşirdə yaşamağa başlayan və dini işlərlə məşğul olan Sesilya nəvəsi Yorklu Yelizavetanın yeni kral VII Henri Tüdorla evlənməsinə qarşı çıxdı. 31 may 1495-ci ildə vəfat etdi və cənazəsi ərinin yanına dəfn olundu.

Övladları

redaktə

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 6 Kindred Britain.
  2. Lundy D. R. Lady Cecily Neville // The Peerage (ing.).