Səfərabad məhəlləsi

Səfərabad məhəlləsiGəncənin nisbətən cavan məhəllələrindən biri. Məhəllə, Qəmbər Hüseyinli, Leytenant Şmidt, Ağa Mirzə Həmidov, Nizami küçəsinin Atatürk prospekti ilə Qızıl Əskər küçəsi olan hissəni əhatə edirdi. Səfərabad məhəlləsi qərbdən Toyuqçular məhəlləsi, şimal qərbdən Zeynal bəy və Həsən bəy Ağa Həsən oğlanlarının bağ yerləri Haxlı məhəlləsi şimaldan Tatabad məhəlləsi şərqdən Sofulu məhəlləsi cənubdan Qala düzü ilə əhatələnib.[1]

Haqqında

redaktə

Səfərabad - Səfər tərəfindən əsası qoyulmuş kənd, yaşayış yeri deməkdir. Məhəllənin adı buzxanaçı Səfər adlı bir şəxsin şərəfinə qoyulub. Onun bu ərazidə böyük bağları var imiş. Səfərabad məhəlləsində 1804-cü ilin mayında 23 ev 73 nəfər (38 kişi + 35 qadın) adam yaşayırdı. 1916-cı ildə isə bu rəqəm müvafiq olaraq 45 və 160 idi. Burada keçmiş məhəllə qəbiristanlığında yerləşən Hacı Seyyid Bağır ağa Müctəhidzadənin qəbir abidəsi və Səfərabad məscidi də yerləşir. Nəsib bəy, Həmid bəy Yusifbəylilər, Çingiz Cuvarlı kimi şəxsiyyətlər Səfərabad məhəlləsində yaşayıblar. Məhəllənin qəbiristanlığı sovet hakimiyyəti illərində dağıdılıb.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı: Şirvannəşr. 1998. səh. 139-140.

Xarici keçidlər

redaktə