Sünnilik
islamda məzhəb
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə.
Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni Sünnə məzhəbinin nümayəndələri təşkil edir.[1][2] Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünnəliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşərilik, Maturidilik və Sələfilik etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Qaynaqları
redaktəSünnilərin ilkin və məşhur hədis qaynaqları:
- Əbd ər-Razzaqın Müsənnəfi — Əbd ər-Razzaq əs-Sənani
- Əhməd ibn Hənbəl Müsnədi
- Əl Hakimin Müstədrakı
- İmam Malikin Muvattası
- Səhih İbn Hibban
- Səhih İbn Xuzaymə — İbn Xuzaymə
- Sünən əl-Darimi — Əl-Darimi
İstinadlar
redaktə- ↑ Britannika Ensiklopediyası, Sunnite Arxivləşdirilib 2010-08-09 at the Wayback Machine
- ↑ "Oxford Islamic Studies Online". 2017-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-09.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə İslam haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |