Süd yolu (lat. Via Lactea, ing. Milky Way), Ağ yol və ya KəhkəşanGünəş sisteminin də daxil olduğu qalaktika.[5][6][7]

Süd yolu qalaktikası, Kəhkəşan
Süd yolu qalaktikasının (qalaktika mərkəzinin) gecə səmasında görünüşü
məlumatlar
TipiSBc (spiralvari qalaktika)
Diametri100,000-120,000 işıq-ili: (30-37 kpc)
Qalınlığı1,000 işıq-ili
2-ölçülü həcmi~7.85 trilyon kvadrat işıq-ili
Ehtiva etdiyi ulduzların sayı300±100 milyard [1][2]
Ən yaşlı ulduz13.2 milyard il[3]
Çəkisi1.0-1.5×1012 M (2-3×1042 kq)
Günəşin qalaktika mərkəzindən məsafəsi27,200 ± 1,100 işıq-ili
Günəşin qalaktika mərkəzi ətrafında fırlanma müddəti250 milyon işıq-ili (negative rotation)[4]
Bax həmçinin: qalaktika, qalaktikaların siyahısı

Hələ ən qədim zamanlardan, insanları aydın və Aysız gecə göyündə şimaldan cənuba doğru uzanan işıqlı bir zolağın möcüzəli görünüşü həmişə maraqlandırmışdır. Səmanın başqa hissələrindən fərqlənən və nisbətən möcüzəli görünən bu işıqlı zolağı insanlar öyrənməyə çalışmışlar. Aydın məsələdir ki, adi gözlə bunu öyrənib müəyyən fikir söyləmək o qədər də asan olmamışdır. 

Teleskoplar icad olunduqdan sonra şimaldan cənuba doğru yönəlmiş həmin ağ zolağın Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların şüalanmasının yaratdığı fon olduğu məlum oldu. Buna Ağ yol, Süd yolu, müsəlman aləmində isə Məkkə yolu, anadolu türkləri isə Samanyolu adını verdilər. Bu işıqlı zolağa Məkkə yolu adının verilməsinin özünəməxsus tarixi vardır. Hələ kompas kəşf olunmamışdan qabaq, insanlar cəhətləri müəyyən ulduzlara və səma cisimlərinin vəziyyətinə görə təyin edirdilər. Ağ Yol isə dünyanın şimal qütbündən cənub qütbünə doğru yönəldiyindən, insanlar gecə vaxtı yolu azmasınlar deyə həmin istiqaməti tutub müqəddəs həcc ziyarətinə gedərmişlər. Məkkə Yolu ifadəsi bu anlamın nəticəsində yaranmışdır. Bu həm də Məkkəni göstərən yol anlamına gəlir.[8]

Buludsuz gecələrdə görünür. Süd Yolun müxtəlif hissələrində onun forması, eni və parlaqlığı müxtəlifdir. Onu teleskopla ilk dəfə Qalileo Qaliley müşahidə etmişdir. Süd Yolu Qu bürcündə iki qola ayrılır və Cənub Xaçı bürcündə birləşir. Şimal qütbü Veronikanın Saçları bürcündədir.

Bizim Qalaktika dedikdə Günəş sisteminin də daxil olduğu ulduz sistemi nəzərdə tutulur. Bu ulduz sisteminə təxminən 200 milyard ulduz daxildir. Qalaktika anlayışına birlikdə aydınlıq gətirməyə çalışaq. Gəlin belə hesab edək ki, biz işıq sürəti ilə hərəkət edə bilən bir xəyali kosmik gəmidəyik və lüminafordan ulduzlararası mühitin əsrarəngiz mənzərəsini seyr etmək imkanımız vardır. Tutaq ki, biz səyahətimizə Günəş sistemindən başlamışıq və qeyd etmək lazımdır ki, əslində, bizim başqa imkanımız da yoxdur. Müəyyən müddətdən sonra Günəş bizim üçün digər ulduzlar kimi qaranlıq fonda zəif işıq saçan işıqlı nöqtəyə çevriləcəkdir. Panoramda bizim görüş sahəmizə gah bu, gah da başqa bir ulduz düşəcəkdir. Beləcə biz Qalaktikanın hüdudları daxilində səyahət etmiş olacağıq.

Əvəllər belə hesab edirdilər ki, bu xəyali uçuş zamanı ulduzlar heç zaman tükənməyəcəkdir. İndi biz bilirik ki, belə səyahət sonda bizi öz məxsusi ulduz sistemimiz olan Qalaktikamızın sərhəddinə gətirməlidir.

Biz Kainat haqqında bilgilərimizi cəmləşdirsək deyə bilərik ki, ulduzlar nəhəng ulduz adalarında- qalaktikalarda konsentrasiya olunurlar. Qalaktikaların kütlələri təxminən bir milyondan milyardlarla Günəş kütləsi tərtibində dəyişir. Bizim Qalaktika təxminən 200 milyard ulduzun təşkil etdiyi sistemdir. Qalaktikaqravitasiya cazibə qüvvəsi ilə bir-birinə bağlı olan nəhəng ulduz sistemidir.

Fiziki cəhətdən mövcud olan nə varsa hamısının məcmuusu Kainat adlanır. Bu məcmuu özündə zamanın, məkanınmateriyanın bütün formalarını nəzərdə tutur. Kainatın müasir texniki vasitələrin köməkliyi ilə müşahidə oluna bilən böyük bir hissəsini Metaqalaktika adlandırırlar.

Xoşbəxtlikdən qalaktikalararası mühit işıq üçün şəffafdır. Bu bizə, milyardlarla uzaq qalaktikaları müşahidə etmək imkanı yaradır. Doğrudur bu qalaktikaların əksəriyyətinin böyük teleskoplarda çəkilmiş şəkilləri dumanlı ləkə kimi görünür. Kainatın qalaktikalardan ibarət olması fikrinə alimlər çox da asan gəlməmişlər.

Gündəlik həyatda bizi əhatə edən nə varsa hamısı haqqında bizim çox yaxşı informasiyamız vardır: öz ailəmiz, binada yaşayan qonşularımız haqqında və s.. Astronomiyada isə hər şey tərsinədir: bəzən belə olur ki, insanların uzaq qalaktikalar haqqında daha çox məlumatları olur, nəin ki, öz yaxın ətraflarında yerləşən yerləşən səma cismləri haqqında. Maraqlıdır, bu nə üçün belə olur?

İlk baxışdan parlaq görünən ulduzların bizim ən yaxın qonşularımız olması təsüratı yaranır. Əslindı isə ən parlaq grünən ulduzlar çox uzaqda yerləşən güclü işıqlanma mənbələri də ola bilərlər. Onların fonun da zəif və kiçik ulduzlar görünməyə də bilərlər. Bu cür ulduzlar daha çoxdur, onları müşahidə etmək üçün böyük teleskoplardan, xüsusi müşahidə üsullarından və çox həssas işıq qəbuledicilərindən istifadə etmək lazımdır.

Günəş sistemi nəhəng bir ulduz sisteminin -Qalaktikanın daxilində yerləşir. Bizim Qalaktikaya müxtəlif müxtəlif işıqlığa, kütləyə və rəngə malik təxminən 200 milyard ulduz daxildir. Hələ qədim zamanlardan, aydın və Aysız gecə göyündə şimaldan cənuba doğru uzanan işıqlı ağ zolağın əsrarəngiz görünüşü insanların diqqətini cəlb etmişdir. Səmanın başqa hissələrindən fərqlənən və möcüzəli görünən və nizbətən mücüzəli görünən bu işıqlı zolağı insanlar öyrənməyə çalışmışlar. Aydın məzələdir ki, adi gözlə bunu öyrənmək o qədər də asan olmamışdır.

Qədim yunanlar bu işıqlı zolağı Süd yolu, "gaxies" adını vermişlər. Azərbaycanda buna Ağ yol, Süd yolu, Məkkə yolu adlandırmışlar. Türk qardaşlarımız Samanyolu, ingilislər "Milky Way" və ruslar "Mleçnıy put" adlandırırlar. İndi bütün dünyada qəbul olunmuş və astronomiya elmində əsas termin kimi işlədilən qalaktika ifadəsi də həmin "gaxies" sözündən götürülmüşdür.[9][10][11]

Bizim Qalaktikanı digərlərindən fərqləndirmək üçün onu böyük hərflə yazırlar. İnsanların Dünyası uzun müddət təkcə bizim Qalaktikadan ibarət olmuşdur. Bizim Qalaktikamız xarici görüüşünə görə iki ağız-ağıza qoyulmuş uzunsov boşqaba bənzəyir. Morfoloji təsnifata görə Sb spektral quruluşuna malikdir. Onun böyük diametri 100000 işıq ili (Bir işıq ili -işığın 300000 km/san sürətlə bir ildə qətt etdiyi məsafədir.) və ya 30 Kpk, kiçik diametrinin isə 20000 işıq ili (6 Kpk) olduğu məlum oldu.

İtalyan alimi Qalileo Qaliley tərəfindən 1610-cu ildə 10 santimetrlik teleskop kəşf edildikdən (bu yəqin ki, təkrar kəşf idi) sonra Ağ Yolun möcüzəli görünüşünə aydınlıq gətirmək mümkün oldu. Qaliley, teleskopda Ağ Yolun çoxlu sayda zəif ulduzların yaratdığı fon olduğunu müəyyənləşdirdi.[12] Bu ulduzlar bizdən çox uzaq məsafədə yerləşdiklərindən belə zəif görünürlər. Günəş özü də bizə ən yaxın olan bir ulduzdur. Əgər Günəş də həmin məsafədə yerləşsəydi onlar kimi zəif görünərdi. Bizim Qalaktikanın ayrıca bir ulduz sitemi olması, xeyli sonralar aşkar edildi. Səma cisimlərinin əsas xüsusiyyətlərindən biri də, onların birləşərək sistem əmələ gətirmələridir. Səthində yaşadığımız Yer və onun təbii peyki olan Ay iki cismdən barət bir sistem təşkil edirlər. Yupiter planeti özünün 63 peyki, Saturn özünün 42 peyki ilə birlikdə daha böyük sayda səma cismindən ibarət sistem əmələ gətirirlər. Onda maraqlı bir sual ortaya çıxır, başqa ulduzlarda birləşərək ayrıca ulduz sistemləri əmələ gətirə bilərlərmi?

Qravitasiya cazibə qüvvəsi ilə bir-birinə bağlı olna ayrıca ulduz sistemlərini qalaktikalar adlandırırlar. Bizim Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların yaratdığı işıqlı zolağı Ağ Yol adlandırırlar. Bu Ağ yola teleskopla baxdıqda onun çoxlu sayda ulduzların yaratdığı fon olması məlum olur.

Etimologiyası

redaktə

Ay işığının mane olmadığı adi gecələrdə ulduzlu göyün fonunda bütün səmanı böyük dairə üzrə kəsən işıqlı bir zolağı adi gözlə görmək olur. Zolaq son dərəcə uzaqda yerləşən saysız-hesabsız ulduzların işığı hesabına yaranır. Bu işılı zolağı qədim yunanlar açıq gümüşü rənginə görə onu qalaktika, Ağ Yol və ya Süd Yolu adlandırmışlar (yunanca qalaktikos süd mənasını verir). Bizim Qalaktika, Kainatın yaşı 5 milyard il olanda formalaşmışdır. Əvvəl onun forması nəhəng qaz sferi şəklində olmuşdur. Onun daxilində bəzi ulduzlar sferik ulduz topaları kimi qruplaşır. Qazın qalan hissəsi mərkəzi qabarıq hissənin ətrafında disk formasında cəmlənir. Mərkəzi qabarıq hissə ətrafında qalaktika maddəsi spiralşəkilli qollar yaradır. Bizim Qalaktika, Kainatın yaşı 5 milyard il olanda formalaşmışdır. Əvvəl onun forması nəhəng qaz sferi şəklində olmuşdur. Onun daxilində bəzi ulduzlar sferik ulduz topaları kimi qruplaşır. Qazın qalan hissəsi mərkəzi qabarıq hissənin ətrafında disk formasında cəmlənir. Mərkəzi qabarıq hissə ətrafında qalaktika maddəsi spiralşəkilli qollar yaradır. Ağ Yolu bir qədər diqqətlə müşahidə etsək, işıqlı zolağın eni və parlaqlığının müxtəlif yerlərdə fərqli olduğunu və onun kəskin sərhədi olduğunu görərik.

Ağ Yolun quruluşunu onu təşkil edən ulduzların vəziyyəti və qismən də kosmik toz buludları ilə örtülməsi müəyyən edir. Belə toz buludları Ağ Yolu zahirən iki budağa ayırsa da, sonra həmin budaqlar yenidən birləşir.

Qalaktikanı xəyalən 500 min işıq ili qədər məsafədən müşahidə edə bilsəydik, onu diametri yüz min işıq ilinə bərabər olan disk şəklində görərdik. Diskin qalınlığı 1–2 işıq ilinə yaxındır. Onun mərkəzində ölçüsü 20 000 işıq ilinə bərabər qalınlıq — Qalaktika mərkəzi yerləşir.

Kürəvi ulduz topası və çoxsaylı ulduzlar Qalaktika mərkəzi ətrafında sferik halə əmələ gətirir. Halə qalaktika mərkəzindən 130 000 işıq ilinə bərabər məsafəyə qədər uzanır.

Bizim Qalaktika diskinə yuxarında baxa bilsəydik, onun mərkəzi hissəndən dörd spiralşəkilli budağın və ya qolların çıxdığını görərdik. Budaqlar parlaq mavi rəngli gənc ulduz qruplarından və qırmızı rəngdə işıq saçan hidrogen buludlarından ibarətdir. Mərkəzə yaxın yerləşən ulduzların əksəriyyəti qırmızı və narıncı rəngli "qoca" ulduzlardır.

Bizim Qalaktikanın mərkəzi hissəsində ölçüsü 15 işıq ilinə bərabər olan nüvə yerləşir. Orada sıx qaz buludu və toz hissəciklərindən ibarət disk şəklində strukturla əhatə olunmuş qara çuxur olduğu ehtimal edilir.

Qalaktikadakı hər bir ulduz və qaz buludu öz məxsusi orbiti üzrə hərəkət edərək, Qalaktika mərkəzi ətrafında dolanır.

Spiralşəkilli budaqlar Qalaktikanın dəyişməz quruluşu olmayıb, onunla birlikdə fırlanan müvəqqəti materiya yığımından ibarətdir.

Qalaktikanın fırlanma xarakteri göstərir ki, onu "tutqun" kütlənin yaratdığı çox nəhəng, görünməz tac əhatə edir. Ola bilsin ki, bu kütlənin qiymət Qalaktikanın görünən ulduzları, qaz-toz buludlarının kütləsindən on dəfədən çox olsun. Bu halda Qalaktikanın həqiqi ölkçüsü indi hesab etdiyimiz ölçüdən bir neçə dəfə çox ola bilər.

Yerdəki müşahidəçi üçün bizim Qalaktikanın nüvəsi Oxatan bürcü istiqamətində yerləşir. Bu istiqamətdə qıx qaz və toz dumanlığı nüvəni görünməz edir.[13][14]

Başqa Qalaktikaların kəşf tarixi

redaktə
 

Ayrıca ulduz sistemləri olan qalaktikaların kəşfini XX əsrin ən böyük kəşflərindən biri hesab etmək olar. Bu kəşf Kainatın quruluşunu və maştabını başa düşməkdə mühüm rol oynadı. Bundan başqa Kainatda zamana görə baş verən dəyişiklikləri də tədqiq etməyə şərait yaratdı.

İlk növbədə insanlar elə başa düşürdülər ki, Kainat ancaq ulduzlar dünyasından ibarətdir.

XVIII əsrin ortalarına qədər astronomlara səmada cəmi 42 dumanlı ləkə məlum idi. 1784-cü ildə fransız alimi Şarl Messye (1730–1817) 108 belə obyektin kataloqunu çap etdirdi. O, bu obyektləri kometlərin müşahidəsinə maneçilik törədən və arzuolunmaz səma cismləri hasab edirdi. Bu kataloqa 39 qalaktika, 29 dağınıq topa, 29 kürəvi topa, 6 diffuz dumanlıq və 5 planetar dumanlıq daxildir.

 
William Herschel

Alman mənşəli ingilis astronomu Vilyam Herşel (1738–1822) XIX əsrin əvvəlində 20 il ərzində səmada 2500 dumanlıq tapdı və onların kataloqunu verdi. Onun oğlu Con Herşel (1792–1871) bu sayı 5079 çatdırdı.

Qeyd etmək lazımdır ki, səmada görünən bütün dumanlıqlar qalaktika deyildir. Onların bir çoxunun bizim Qalaktikaya daxil olan ulduz topası olmasını Herşel aşkar etdi. Bir sıra dumanlıqlar isə ümumiyyətlə ulduz təbiətli deyildir. Spektral analiz üsulunun tətbiqi onların bir çoxunun isti qaz buludları olmasını göstərdi. Ancaq bir çox dumanlıqların və o cümlədən Andromeda dumanlığının spektri ulduz təbiətli olsa da, orada heç bir ulduz görünmürdü.

1924-cü ildə amerikan alimi Edvin Habbl (1889–1950) Andromeda dumanlığında sefeid ulduzlarının olmasını aşkar etdi və onlara qədər qədər məsafəni period-işıqlıq asılılığına əsasən təyin edə bildi. Təyin edilən məsafə indi qəbul edilən qiymətlə müqayisədə iki dəfə kiçik olmasına baxmayaraq, məlum oldu ki, Andromeda dumanlığı bizim Qalaktikanın hüdudlarından çox-çox uzaqda yerləşir. Bundan sonra o, daha bir neçə qalaktikaya qədər də məsafəni təyin edə bildi. Belə olan təqdirdə o iddia etdi ki, Kainatımıza onlarla qalaktika daxildir və bizim Qalaktika onlardan yalnız biridir. Sonra onların sayının yüzlərlə və daha sonra milyonlarla ola biləcəyini iddia etdi.

Beləliklə, Kainatın təkcə bizim Qalaktadan ibarət olmaması və başqa qalaktikaların da mövcud olduğu kəşf edilmiş oldu. Hazırda belə hesab olunur ki, Kainatımıza təxminən 200 milyarda yaxın müxtəlif forma və ölçüyə malik qalaktika daxildir.

Bizim Qalaktikanın quruluşu

redaktə

Ağ Yoldakı çoxlu sayda ulduzların bizim Qalaktika adlanan vahid bir ulduz sistemi təşkil etməsi fikri heç də asan əldə olunmamışdır. Səma cisimlərinin əsas səciyyəvi xüsusiyyətlərindən biri də, onların birləşərək sistem əmələ gətirmələridir. Yer və onun təbii peyki olan Ay iki cisimdən ibarət bir sistem təşkil edirlər. Yupiter özünün 63 peyki, Saturn 40–a yaxın peyki ilə nisbətən daha çox cismdən ibarət olan sistem əmələ gətirirlər. Günəş, səkkiz planet, onların peykləri, komet və asteroidlərlə birlikdə Günəş sistemini əmələ gətirirlər. 

Bizim Günəş kimi Qalaktikamıza təxminən 150–200 milyarda yaxın ulduz daxildir. Bütün bu sistem vahid bir kütlə mərkəzi ətrafında birləşərək bizim Qalaktikanı əmələ gətirir.[8]

Qalaktikalar

redaktə

Ayrıca ulduz sistemləri olan qalaktikaların kəşfini XX əsrin ən böyük kəşflərindən biri hesab etmək olar. Bu kəşf Kainatın quruluşunu və miqyasını başa düşməkdə mühüm rol oynadı. Bundan başqa Kainatda zamana görə baş verən dəyişiklikləri də tədqiq etməyə şərait yarandı.

 

İlk növbədə insanlar elə başa düşürdülər ki, Kainat ancaq ulduzlar dünyasından ibarətdir. Ulduzlar hidrostatik tarazlıq halında olan qaz kürələridir. Bizim tərəfimizdən müşahidə olunan maddənin bütün kütləsi ulduzlarda və ulduzlararası mühitdə cəmlənmişdir. Onların ölçü və kütlələri çox geniş maştabda dəyişir. Ulduzların kütləsi 1032−1035 qram tərtibindədir və kimyəvi tərkibləri müəyyən mənada bir-birinə uyğundur. Onların əksəriyyətinin nüvəsində təbii istilik nüvə reaktorları yerləşir. Ulduzların böyük əksəriyyətində ən geniş yayılmış kimyəvi element hidrogen heliuma çevrilir və bu zaman ayrılan enerji hesabına şüalanma baş verir.

Ulduzlar arası məsafə çox böyükdür. 300000 km/san sürətlə hərəkət edən işığın ən yaxın ulduzdan gəlib bizə çatması üçün 4,27 il lazımdır.

Maraqlıdır, biz hansı məsafədə yerləşən ulduzları görə bilərik? Ulduzların nə qədər güclü işıqlanma mənbəyinə malik olmasından asılı olmayaraq onun görünməsi üçün teleskopun imkanı ilə müəyyən edilən bir hüdud vardır. Maraqlıdır, bu hüduddan o tərəfə nə vardır? İnsanlar bəlkə də bu haqda heç nə bilə bilməzdilər, əgər ulduzlar bir kütlə mərkəzi ətrafında konsentrasiya olunub ayrıca ulduz sistemləri olan qalaktikaları yaratmasaydılar.

Bizim şimal yarımkürəsində adi gözlə görünən yeganə qalaktika Andromeda dumanlığıdır. Onu M 31 və ya NGC 224 kimi də kataloqlarda işarə edirlər. Sb tip spiral quruluşa malikdir. Andromeda dumanlığı Kassiopey bürcü istiqamətində yerləşir. Ona qədər məsafə 2,2 milyon işıq ilidir. İnsanlar qayalarda müxtəlif canlıların şəklini çəkməyi öyənəndə həmin dumalıqdan gələn işıq bizə qədər olan yolunun 98–99% -ni qət etmişdi.

Cənub yarımkürəsində isə iki qalaktikanı adi gözlə görmək mümkündür. Bunlar Böyük və Kiçik Maqellan Buludlarıdır. Məşhur dəniz səyyahı Maqellanın şərəfinə belə adlandırmışlar. Hər ikisi düzgün (İrr) olmayan quruluşa malikdir. Onlardan keçmişdə dəniz səyyahları istinad nöqtəsi kimi istifadə etmişlər. Böyük Maqellan Buluduna qədər məsafə 160000 işıq ilidir. Kiçik Maqellan Buluduna qədər məsafə isə təxminən 210000 işıq ilidir.

Qalaktikanın alt sistemləri

redaktə
 
M101 S1 SC CB Shadows Rotate HVLG SS HPF1

Qalaktikamız Habbl təsnifatına görə Sb morfoloji sinfinə mənsub spiral qalaktikadır. Bəzi mənbələr də bizim Qalaktikanın Sc morfoloji sinfinə mənsub olması haqqında məlumatlara da təsadüf etmək mümkündür. Məlum olduğu kimi, Qalaktikamız bir neçə alt sistemdən ibarətdir. Bunlar müstəvi, aralıq və sferik alt sistemlərdir. Bizim Qalaktikamıza kürəvi topalar, dağınıq ulduz topaları, ulduz assosasiyaları, ulduzlararası qaz-toz və kosmik şüalanma daxildir. Qalaktikamızda olan qaz və toz qarışığı onun təkamül prosesində mühüm rol oynayır. Bu ulduzlararası mühitdə ulduz əmələgəlmə proseslərinin getməsi mümkündür. Bu ulduzlararası mühit fiziki şəraitin müxtəlifliyi, quruluşunun qeyri bircinsliyi ilə fərqlənir. Bu oblast yaxınlığında bu və ya digər ulduzun yerləşməsi ulduzlar arası fiziki şəraitində müxtəlif olmasına səbəb olur. Müxtəlif ulduz nəsilləri Qalaktika fəzasında paylanmasına və kimyəvi tərkibinə görə də fərqlənirlər. Qalaktikamız kürəvi və dağınıq ulduz topalarından, ulduz assosasiyalarından və ulduzlar arası mühitdən ibarətdir. Onların sayı təxminən aşağıdakı kimidir.

Kürəvi ulduz topaları – təxminən 119 ədəd məlumdur, yaşları təxminən 12 milyard ildir, kütlələri 0,8 Mgünəş kütləsi tərtibindədir. Əsasən qoca ulduzlardan ibarətdir. Kürəvi topalar Qalaktikanın mərkəzinə doğru konsentrasiya olunmuşlar. Ulduzlarının sayı milyona qədərdir. Diametri 40 pk tərtibindədir.

Dağınıq topaları — hazırda təxminən 1200 ədəd dağınıq topa məlumdur, topaya 50-dən 2000-ə qədər ulduz daxildir. Bunlara bəzən qalaktik topalar da deyirlər. Yaşları təxminən 10 milyon ildir.

O -Assosasiyası –sayları təxminən 2800 ədəd, Qalaktikanın ən cavan obyektləridir.

T assosasiya – Sayı təxminən 25000 ədəd T tip assosasiya məlumdur.

Qalaktikamız nüvədən, balcdan, qalaktik diskdən, qalodan və tacdan ibarətdir. Qalaktikamızı təşkil edən ayrı –ayrı tərkib hissələr qravitasiya cazibə qüvvəsi ilə bir-birinə bağlıdır.

Müstəvi tərkib hissə -O, B, kürəvi topalara daxil olmayan sefeidlər, II-tip ifratyeni ulduzlar, dağınıq ulduz topaları və ulduz assosasiyaları, toz dumanlıqları daxildir. Qalaktikinın əksər cavan obyektləri müstəvi hissədə kosentrasiya olunurlar. Müstəvi tərkib hissədə yerləşən obyektlər Qalaktikamızın spiral qollarında yerləşirlər.

Sferik hissə — RR Lira tip ulduzlar, Qızın W-si, Sefeyin μ-sü tip ulduzlar, I tip ifratyeni ulduzlar, Subkarliklər və kürəvi ulduz topaları daxildir. Sferik altsistemdə əsasən qoca ulduzlar yerləşirlər.

Aralıq alt sistem– yerdə qalan digər obyektlər, -Yeni ulduzlar, Buğanın RV-si tip ulduzlar, uzunperiodlu dəyişən ulduzlar, Ağ cırtdanlar, C və S spektral sinfinə mənsub ulduzlar, Planetar dumanlıqlar daxildir.

O və B sinfinə mənsub isti ulduzlara Qalaktika müstəvisinin hər yerində təsadüf olunur. Onlar Qalaktika müstəvisindən müəyyən məsafədə yerləşir və spiral quruluşu təşkil edirlər.

Günəş sistemi Qalaktika mərkəzindən çox uzaqda yerləşir. Ona görə də ən uzaq qalaktik obyektlər bizdən çox uzaqda yerləşirlər. Bəzi qalaktik obyektlərin bizdən məsafəsi 35 Kpk çatır.

Beləliklə, Qalaktika ulduzlardan və ulduzlararası mühitdən ibarət ayrıca bir ulduz sistemidir. Müxtəlif növ obyektlər Qalaktikada eyni cür paylanmamışdır və müxtəlif altsistemlər yaradırlar. Bir-birinə oxşarlığı ilə seçilən obyektlərin məcmuusu altsistem adlanır. Müxtəlif altsistemlər ora daxil olan obyektlərin fəza paylanmasına, kinematik xüsusiyyətlərinə, kimyəvi tərkibinə, yaşına və s. görə fərqlənirlər.

Qalaktikanın mərkəzi alt oblastları

redaktə

Qalaktikamızın mərkəzi Oxatan bürcü istiqamətində yerləşir. Günəş Qalaktikamızın mərkəzindən 8,5 kpk (26000 i.i.) məsafədədir. Qalaktikamız nüvədən, diskdən, qalodan və tacdan ibarətdir. Qalaktikamızın mərkəzi kompakt hissəsi nüvə adlanır. Nüvə də ulduzların sıxlığı daha böyükdür: 1 pk3 –da 1000 ulduz yerləşir. Bütün qalaktikalarda olduğu kimi bizim Qalaktikamızın nüvəsində də nəhəng qara çuxurun olması ehtimal olunur. Bu qara çuxurun kütləsi təxminən 3 milyon Günəş kütləsi tərtibindədir.

Ulduzlararası molekulyar maddənin demək olar ki, hamısı Qalaktika diskinin (3÷7 kpk) həlqəsində yerləşir. Qalaktikanın mərkəzi oblastlarını biz görə bilmirik. Həmin oblast qaz və toz buludları tərəfindən bizdən gizlədilir. Qaz və toz buludları optik oblastda şüalanmanı udur. Qalaktikamızın mərkəzini biz qismən qırmızı, infraqırmızı və radiodalğalar oblastında müşahidə edə bilirik.

Qalaktikamız bir-birinə qravitasiya cazibə qüvvəsi ilə bağlı olan üç alt sistemdən ibarətdir:

1. Qalo – Sferik tərkib hissəni təşkil edsir. Qaloda yerləşən ulduzlar mərkəzə doğru konsentrasiya olunmuşlar. Maddənin sıxlığı mərkəzdə daha yüksəkdir. Mərkəzdən uzaqlaşdıqca sıxlıq kəskin surətdə aşağı düşür.

Balc – Qalonun daha sıx mərkəzi hissəsi (bir neçə pk) balc adlanır.

2. Ulduz diski – Müstəvi tərkib hissə. İki ağız-ağıza qoyulmuş dərin və uzunsov boşqaba bənzəyir. Diskdə ulduzların konsentrasiyası qaloya nisbətən daha çoxdur. Disk daxilində yerləşən ulduzlar Qalaktikanın mərkəzi ətrafında dairəvi orbitlər üzrə hərəkət edirlər. Günəşimizdə diskdə iki spiral qolun arasında yerləşir.

3. Aralıq alt sistem– yerdə qalan digər obyektlər, -Yeni ulduzlar, Buğanın RV-si tip ulduzlar, uzunperiodlu dəyişən ulduzlar, Ağ cırtdanlar, C və S spektral sinfinə mənsub ulduzlar, Planetar dumanlıqlar.

I nəsil ulduzlar – Qalaktik diskdə yerləşən ulduzlardır. (O, B spektral sinfinə mənsub ulduzlar, açıq ulduz topaları, ulduz assosasiyaları, qaz və tutqun toz dumanlıqları).

II nəsil ulduzlar -Qaloda yerləşən ulduzlar. (Qal-nın təkamülünün ilkin mərhələsində yaranmış ulduzlar, Kürəvi ulduz topaları, RR Lira tip ulduzlar). Sferik hissədə yerləşən ulduzlar müstəvi hissədəki ulduzlara nisbətən ağır elementlərlə daha zəngindirlər.

Müxtəlif nəslə mənsub ulduzlar Qalaktika müstəvisindən müxtəlif hündürlüklərdə yerləşirlər. Qalaktika müstəvisinə perpendikulyar istiqamətdə ulduzun yerləşdiyi həcmin orta qalınlığını Z-lə işarə edirlər.

 [null Cədvəl 1. Qaqlakt]ikanın müxtəlif nəsil ulduzlarının diskə nəzərən yerləşməsi <z>
  <Z>, Kpk
Diskin nəsilləri
ОВ-spektral sinfinə mənsub ulduzlar 0,05
Molekulyar hidrogen buludları (Н2) 0,06
Sefeidlər 0,07
B – F — Spektral sinfinə mənsub ulduzlar 0,08
А0 — Spektral sinfinə mənsub ulduzlar 0,12
Neytral hudrogen (Н I) 0,12
Pulsarlar 0,16–0,38
H II — zonaları 0,25
F – G — Spektral sinfinə mənsub ulduzlar 0,26
K — M- Spektral sinfinə mənsub ulduzlar 0,4
Planetar dumanlıqlar və yeni ulduzlar 0,4
Qalonun nəsilləri
Periodu P<0,43d olan RR Lira tip dəyişən ulduzlar 0,9
Periodu P>0,43d olan RR Lira tip dəyişən ulduzlar 3
Subcırtdanlar 3
Kürəvi ulduz topaları 2–10

M disk= 150 mlrd. Mgünəş

Spiral qollar diskdə yerləşir. Cavan ulduzlar və ulduzəmələgəlmə mərkəzləri əsasən spiral qollar boyunca yerləşir. Disk və onu əhatə edən qalo tacla əhatə olunmuşdur. Hazırda belə hesab olunur ki, Qalaktika tacının ölçüləri diskin ölçüsündən 10 dəfə böyükdür.

Cədvəl 2. Qalo və diskin bəzi xarakteristikaları
    Yaşı, 109 il Orta hündürlük <Z>, Kpk Metallılıq
Qalo Ekstremal altsistem 15–18 25 < −1,0
Aralıq altsistem 10–12 2 1,0-dən −0,5-ə qədər
Disk Qoca nəsillərin altsistemi 5–8 0,8 0,5-dən 0,1-ə qədər
Müstəvi altsistem <1 0,4 > −0,1

 

Qaloya nisbətən disk daha sürətlə fırlanır. Diskin Qalaktika mərkəzindən müxtəlif məsafələrdə yerləşən ulduzları eyni sürətlə fırlanmırlar. 

Qalaktikalar haqqında ümumi anlayış

redaktə
 
This is an artist's rendering showing the galaxy Milky Way and its central bar as it might appear if viewed from above. Our Sun is indicated here. 

Ayrıca ulduz sistemləri olan qalaktikaların kəşfini XX əsrin ən böyük kəşflərindən hesab etmək olar. Bu kəşf Kainatın quruluşunun və maştabının başa düşülməsində mühüm rol oynadı. Bundan başqa Kainatda zamana görə baş verən dəyişiklikləri də tədqiq etməyə şərait yaratdı. İlk növbədə insanlar elə başa düşürdülər ki, Kainat ancaq ulduzlardan yəni bizim Qalaktikadan ibarətdir.

Ulduzlar hidrostatik tarazlıq halında olan qaz kürələridir. Bizim tərəfimizdən müşahidə olunan maddənin bütün kütləsi ulduzlarda cəmlənmişdir. Ulduzların ölçü və kütlələri çox geniş masştabda dəyişir. Ulduzların kütləsi 1032−1035 qram tərtibində dəyişir və kimyəvi tərkibləri müəyyən mənada bir-birinə uyğundur. Onların əksəriyyətinin nüvəsində təbii istilik nüvə reaktorları yerləşir. Ulduzlarda Kainatda ən geniş yayılmış kimyəvi element hidrogen heliuma çevrilir və bu zaman ayrılan eneriji hesabına şüalanma baş verir.

Ulduzlar arası məsafə çox böyükdür. 300000 km/san sürətlə hərəkət edən işığın ən yaxın ulduzdan gəlib bizə çatması üçün 4,26 il lazımdır. Maraqlıdır biz hansı məsafədə yerləşən ulduzları görə bilərik? Ulduz nə qədər güclü işıqlanma mənbəyinə malik olmasından asılı olmayaraq onun görünməsi üçün teleskopun imkanı ilə müəyyən edilən bir hüdud vardır. Görəsən bu hüduddan o tərəfə nə vardır? İnsanlar bəlkə də bu haqda heç nə bilə bilməzdilər, əgər ulduzlar bir kütlə mərkəzi ətrafında konsentrasiya olunub ayrıca ulduz sistemləri olan qalaktikalrı yaratmasaydılar.

Bizim şimal yarımkürəsində adi gözlə görünən yeganə qalaktika Andromeda dumanlığıdır. Onu M 31 və ya NGC 224 kimi də kataloqlarda işarə edirlər. Andromeda dumanlığı Kassiopey bürcü yaxınlığında yerləşir. Görünən ulduz ölçüsü 5m –dir. Ona qədər məsafə 2,2 milyon işıq ilidir. Bu o deməkdir ki, Yer kürəsində yaşayan ilk insanlar qayalarda müxtəlif canlıların şəklini çəkməyi öyənəndə həmin dumalıqdan bizə tərəf gələn işıq öz yolunun 98–99% -ni qət etmişdi.

Bundan başqa cənub yarımkürəsində adi gözlə görünən iki qalaktika da vardır. Bunlar adları məşhur dəniz səyyahı Maqellanın adından götürülmüşdür. Böyük və Kiçik Maqellan Buludları adlanırlar. Səmada gümüşvari rəngdə görünürlər.

Gəlin belə hesab edək ki, biz işıq sürəti ilə hərəkət edə bilən bir xəyali kosmik gəmidəyik (təkrarda olsa bir də xatırlayaq) və lüminafordan ulduzlararası mühiti seyr etmək imkanımız vardır. Tutaq ki, biz səyahətimizə Günəş sistemindən başlamışıq. Müəyyən müddətdən sonra Günəş bizim üçün digər ulduzlar kimi qaranlıq fonda zəif işıq saçan işıqlı nöqtəyə çevriləcəkdir. Panoramda bizim görüş sahəmizə gah bu, gah da başqa bir ulduz düşəcəkdir. Bizim üçün "günəş" bu və ya digər yaxınlığından keçdiyimiz ulduz olacaqdır.

Əvəllər belə hesab edirdilər ki, bu xəyali uçuş zamanı ulduzlar heç zaman tükənməyəcəkdir. İndi biz bilirik ki, belə səyahət sonda bizi öz məxsusi ulduz sistemimiz olan Qalaktikanın sərhəddinə gətirməlidir.

Biz Kainat haqqında bilgilərimizi cəmləşdirsək deyə bilərik ki, ulduzlar nəhəng ulduz adalarında- qalaktikalarda konsentrasiya olunurlar. Onların kütlələri bir milyondan milyardlarla Günəş kütləsi tərtibində dəyişir.

Xoşbəxtlikdən qalaktikalararası mühit işıq üçün şəffafdır. Bu hal milyardlarla uzaq qalaktikaları müşahidə etmək imkanını yaradır. Doğrudur, bu qalaktikaların böyük əksəriyyətinin böyük teleskoplarda çəkilmiş şəkilləri dumanlı ləkə kimi görünür. 

Qalaktikaların Habbl təsnifatı

redaktə
 
Studio Portrait of Edwin Powell Hubble. Photographer: Johan Hagemeyer, Camera Portraits Carmel. Photograph signed by photographer, dated 1931.

Qalaktikalar da xarici görünüşünə və quruluşuna görə müxtəlif xüsusiyyətlərə malikdirlər. Qlaktikalar morfoloji quruluşuna görə üç yerə bölünürlər. İlk dəfə belə bir bölgünü 1936-cı ildə E. Habbl qalaktikaların xarici görünüşünə görə aparmışdır. Habbl təsnifatına görə qalaktikalar elliptik, spiral və düzgün olmayan quruluşa malikdirlər.

 Düzgün olmayan qalaktikalar heç bir formaya malik deyillər. Onları İr- (ingiliscə irreqular- düzgün olmayan deməkdir) kimi işarə edirlər. Bunların bariz nümayəndəsi cənub yarımkürəsində adi gözlə görünən Böyük və Kiçik Maqellan Buludlarıdır. Müasir teleskopların köməkliyi ilə aparılan müşahidələr, Maqellan Buludlarına bənzər qalaktikaların çox olduğunu göstərir. Onlarda qazın kütləsi qalaktikanın ümumi kütləsinin 10–50%-ni təşkil edir. Müşahidə olunan ulduz sistemlərinin təxminən 5%-i bu sinfə aiddir.

Spiral qalaktikalar əsrarəngiz gözəl görünüşə malikdirlər. Qalaktika diskində iki və bəzən daha çox (ona qədər) spiral quruluş nəzərə çarpır. Qalaktikanın mərkəzindən çıxan qollar, spirallardan biri tərəfə dolanmışdır. Disk zəif işıq saçan sferik ulduz buludu ilə – qalo ilə əhatə olunmuşdur. Onlar  quruluşuna görə iki yerə bölünürlər. Adi və buğumlu spiral qalaktikalar.

Adi spiral qalaktikalar -Sa, Sb və Sc kimi işarə olunurlar. Bu bölgü spiral qolların inkişaf dərəcəsindən asılıdır. 

Buğumlu spiral qalaktikalar da spiral qolların inkişaf dərəcəsinə görə üç yerə bölünürlər. Buğumlu spiral qalaktikalar SBa, SBb və SBc kimi işarə edilirlər. Habblın bü təsnifatını əks etdirən şəkilə baxsanız, bu qeyd etdiklərimizin əyani şahidi ola bilərsiniz. Müşahidə olunan qalaktikaların yarısı spiral quruluşa malikdir.

Cədvəl 5. Qalaktikaların əsas morfoloji tiplərinin xarakteristik xüsusiyyətləri
E S0 Sa-SB Irr
Sferik kompanent Qalaktika bütövlükdə Var Var Çox zəifdir
Ulduz diski Yoxdur və ya çox zəifdir Var Əsas kompnentdir Əsas kompnentdir
Qaz-toz diski Yoxdur Yoxdur və ya çox zəifdir Var Var
Spiral qollar Yoxdur Yoxdur və ya çox zəifdir Var Yoxdur
Fəal nüvə Təsadüf olunur Təsadüf olunur Təsadüf olunur Yoxdur
Qalaktikaların faizlə nisbəti 20 % 5 % 70 % 5 %

Elliptik Qalaktikalar

redaktə
 
This NASA/ESA Hubble Space Telescope image shows an elliptical galaxy known as IC 2006. Massive elliptical galaxies like these are common in the modern Universe, but how they quenched their once furious rates of star formation is an astrophysical mystery. Now, the NASA/ESA Hubble Space Telescope and ESO's Very Large Telescope (VLT) have revealed that three billion years after the Big Bang, these types of galaxies still made stars on their outskirts, but no longer in their interiors. The quenching of star formation seems to have started in the cores of the galaxies and then spread to the outer parts.

Elliptik qalaktikalar yüksək işıqlılığa malik qalaktikaların təxminən 25%-ni təşkil edirlər. Onlar öz növbəsində basıqlılıq dərəcəsinə görə yeddi yerə bölünürlər və E0, E1, E2,…., E6 kimi işarə olunurlar. (E0 –"kürəvi" qalaktikalara, E6 — ən basıq qalaktikalara aiddir). Elliptik qalaktikaların basıqlılıq dərəcəsi böyük və kiçik yarımoxlarının nisbətinə görə təyin olunur. Fotoplastinkalarda dairəvi yaxudda ellips şəklində görünürlər. Mərkəzdən kənara doğru parlaqlıqları tez düşür. Elliptik qalaktikaların rəngi əsasən qoca ulduzlardan ibarət olduğundan qırmızıvaridir. Belə sistemlərdə soyuq qaz yox dərəcəsindədir. Ən massiv elliptik qalaktikalarda temperaturu milyon dərəcədən artıq olan çox seyrək qaz vardır.

İşıqlıqları yaxın olan elliptik qalaktikaların rənglərinin eyni olması diqqəti cəlb edir. Məlum olduğu kimi, elliptik qalaktikalar əsasən çox qoca ulduzlardan ibarət sistemlərdir. Ancaq onlarda ulduzəmələgəlmə mənbələri mərkəzə yaxın hissələrdə ola bilər. Bu qalaktikaların müəyyən hissəsinin (təxminən 15%) mərkəzi oblastlarında kifayət qədər isti qaz vardır. Onun kifayət miqdarda olması həmin isti qazı müşahidə etməyə imkan verir. Hələlik ancaq bir halda qalaktikanın mərkəzində nəhəng HII oblastı müşahidə olunmuşdur. BMB müşahidə olunan Tarantul dumanlığına bənzər, ionlaşmış hidrogen oblastı. Ancaq bu halda belə ulduzlararası qaz qalaktikanın ümumi kütləsinin çox kiçik bir faizini təşkil edir. Andromeda dumanlığının peykləri kimi müşahidə olunan NGC 205 və NGC 185 elliptik qalaktikalarının mərkəzi oblastlarında diffuz maddənin izləri müşahidə olunur. 1950-ci illərdə elə orada böyük işıqlığa malik onlarla mavi isti ulduzlar tapılmışdı. Bundan başqa az da olsa, elliptik qalaktikalarda ulduzəmələgəlmə prosesinin getməsini sübut edən müşahidə məlumatları vardır. Maraqlıdır bunun üçün ulduzlararsı qaz haradan götürülür?

Əgər qalaktikada ulduzlar eyni vaxtda və qısa zaman kəsiyində yaranırsa, bu zaman qazın və tozun böyük hissəsi ulduzəmələgəlmə prosesinə sərf olunarsa qalaktika təkamül prosesində elliptik quruluşa malik olur.

Maraqlısı, onun orada olaması deyil, qazın orada bu qədər az olması diqqəti cəlb edir. Həqiqətəndə əgər orada ulduzlar varsa, onların bir çoxu təkamül prosesində öz maddələrinin bir hissəsini itirməlidir. Belə bir proses bizim Qalaktikada müşahidə olunur. Təxmini hesablamalara görə qoca ulduzlardan ibarət nəhəng qalaktikada ulduzlararası fəzaya il ərzində bir yaxud da bir neçə Günəş kütləsi tərtibində qaz atılmalıdır. Bu isə milyard illər ərzində 109 M olmalıdır. Bu qədər qazı isə biz müşahidə etməliyik. Bəs bu qaz hara gedir?

Spiral Qalaktika

redaktə
 
The NASA Hubble Space Telescope has spotted the "UFO Galaxy." NGC 2683 is a spiral galaxy seen almost edge-on, giving it the shape of a classic science fiction spaceship. This is why the astronomers at the Astronaut Memorial Planetarium and Observatory, Cocoa, Fla., gave it this attention-grabbing nickname.

Qalaktika diskində yaranan spiral budaqlar (yaxud qollar) diqqəti daha çox cəlb edir. Bizim Qalaktikada Sb tip spiral quruluşa malikdir. Spiral quruluş bizim Qalaktikada çox yaxşı inkişaf etmişdir. Spiral qollar boyunca əsasən ən cavan ulduzlar, çoxlu dağınıq ulduz topaları və ulduz assosasiyaları yerləşmişdir. Həmçinin ulduzlararası sıx qaz buludları vardır ki, onlarda ulduz əmələgəlmə prosesləri bu gün də davam edir. Spiral qollarda çoxlu sayda dəyişən və partlayan ulduzlar yerləşirlər. Onlarda ifratyenilərin partlaması tez-tez baş verir. Qaloda hər hansı ulduz fəallığı çox təsadüfi hadisə hadisə olduğu halda, spiral qollarda fəal fiziki proseslər hazırda da davam etməkdədir. Bu əsasən ulduzlararası fəzadan maddənin ulduzlara və əksinə keçidi ilə bağlıdır. Bütün qas diskinə nüfuz edən maqnit sahəsi də əsasən spiral qollarda yerləşir.

Ağ Yolun spiral qolları işıq şüasını udan toz tərəfindən sanki bizdən "gizlədilir". Onların hərtərəfli tədqiqinə radoteleskoplar qurulduqdan sonra başlanmışdır. Spiral qollar boyunca yerləşən ulduzlararası hidrogen atomunun radidiapozonda (21 sm) şüalanması Qalaktikamızın quruluşunu tədqiq etməyə imkan verdi. Müasir təsəvvürlərə görə spiral quruluş qalaktik diskdə yayılan dalağaların sıxılması ilə bağlıdır. Sıxılma oblastlarından keçən qaz maddəsi diskdə toplanaraq ulduzların qazdan əmələgələmə prosesini daha da sürətləndirir. Spiral qalaktikalarda belə özünəməxsus spiral quruluşun yaranmasını hələlik tam izah etmək mümkün deyildir.

Əgər əksinə protoqalaktikada ulduzəməlgəlmə prosesi yavaş sürətlə gedərsə və ulduzəmələgəlmə prosesi bu gündə davam edərsə qalaktika təkamül prosesində spiral quruluşa malik olur.

Qalaktikaların müxtəlif ölçü və quruluşa malik olması onların yaranmasının başlanğıc şərtlərindən asılıdır. Ulduzların təkamülü, kimyəvi tərkibi və ulduz sisteminin dinamiki quruluşunun təkamülü kompleks proseslərdən asılıdır. Qalaktikada ulduzlar qaz buludlarının qravitasiya cazibəsi hesabına sıxılması nəticəsində yaranırlar. Protoqalaktikanın sıxılması təxminən 3 mlrd. il davam edir.

Elliptik qalaktikalar — 25%

Spiral qalaktikalar — 50%

SO, SB0–20% Buğumdan və nazik diskdən ibarətdir.

İr — 5%

Düzgün olmayan qalaktika

redaktə
 
Center of the Milky Way Galaxy IV – Composite

Düzgün olmayan qalaktikalar İr kimi işarə olunurlar və şəkilləri qeyri simmetrik formaya malik olurlar. Bu qalaktikalarda isti ulduzlar və HII oblastları spiral quruluşu yarada bilmirlər. İsti ulduzlar və HII oblastlarıayrıca qruplar yaradırlar yaxud da qalaktikanın bütün diski boyunca paylanırlar. Düzgün olmayan qalaktikaların sferoidal hissəsinin parlaqlığı çox kiçikdir. Onlarda ulduzların böyük əksəriyyəti qalaktik diski və müstəvi tərkib hissəni formalaşdırır. Bir qayda olaraq bu qalaktiklar cavan ulduzların və ulduzlararası qazın çox olması ilə seçilirlər. Bu qalaktikaların bəzilərin də bəzən qaz qalaktikanın ümumi kütləsinin yarısını təşkil edir. Qeyd etmək lazımdır ki, ümumilikdə Kainatdakı qalaktikalrın 5%-i düzgün olmayan quruluşa malikdirlər. Onların ən bariz nümayəndəsi bizim yaxın qonşularımız Böyük və Kiçik Magellan Buludlarıdır. Adları məşhur dəniz səyyahi Magellanın adı ilə bağlıdır. Bu iki qalaktika cənub yarımkürəsində adi gözlə gümüşvari rəngdə görünürlər. Bizim Qalaktikanın peykləri hesab olunur. Qalaktikaların Yerli qrupuna daxildirlər.

Qalaktikaların Yerli qrupunda ən güclü ulduzəmələgəlmə prosesi Böyük Magellan Buludunda gedir. Bu proses Tarantul dumanlığında baş verir. Əgər Tarantul dumanlığı bizim Qalaktikada ulduzəmələgəlmə prosesi indi də davam edən Orion dumanlığının yerində yerləşsə idir, o bizim səmanın yarısını tutardı. Tarantul dumanlığını bəzən Qızıl Balq 30-da adlandırırlar. Onun rənginin qırmızı və narıncıya uyğun gəlməsi həmin dumanlığın emisiya dumanlığı olmasını göstərir. Bununla bərabər burada həm ifratyenilərin qalığı, həm də tutqun dumanlıqlar vardır.

Sıx qarşılıqlı təsirdə olan qalaktikalar isə İr – təkamül prosesində düzgün olmayan qalaktika olur. Buna misal olaraq Magellan buludlarını gıstərmək olar. Bizim Qalaktikanın yaratdığı qravitasiya cazibəsi Magellan buludlarını müəyyən forma qəbul etməsinə imkan vermir.

Böyük Magellan Buludunun ölçüsü 15000 işıq ilidir və bizim Qalaktikanın ən böyük peyki hesab olunur. 1987-ci ildə BMB –da müasir dövrün ən böyük və ən yaxın ifratyenisi SN alışma vermişdi. 

Günəş və Qalaktika

redaktə

Günəşdən Qalaktikanın mərkəzinə qədər olan məsafə təxminən 28–32 min işıq ili, yaxud 8–10 kiloparsek (kilo – min deməkdir) tərtibindədir. Bu o deməkdir ki, Günəş Qalaktikanın nə mərkəzində, nə də kənarında yerləşir. Qalaktikanın mərkəzindən Günəşə qədər olan məsafə çox da böyük dəqiqliklə təyin edilməmişdir.[15]

 
Image originally from PlanetQuest Arxivləşdirilib 2010-02-06 at the Wayback Machine. Modified with updated stats. 90% of planets with known distances lie within about 2000 light-years from our Sun, as of July 2014. Based on planets listed with distances at The Extrasolar Planets Encyclopaedia http://exoplanet.eu/ on 10 July 2014. 1 parsec = 3.26156 ly

Günəş ona yaxın ulduzlarla birlikdə Qalaktikanın mərkəzi ətrafında 8–10 kiloparseklik məsafədə 200–220 km/san sürətlə təxminən 230 milyon ildə tam bir dövr edir. Bunu bəzən Qalaktik ildə adlandırırlar. Deməli Yer bütün mövcud olduğu 4,5 milyard il ərzində Qalaktika mərkəzi ətrafında cəmi 30 dəfədən artıq dövr etməmişdir. Bu hesabla bizim Qalaktikanın cəmi 40 qalaktik il qədər yaşı vardır.

Qalaktika mərkəzi ətrafında Günəşin hərəkət sürəti, spiral qolları əmələ gətirən sıxılma dalğalarının həmin ərazidəki qiyməti ilə faktiki olaraq üst-üstə düşür. Belə hal ümumilikdə Qalaktika üçün normal hal deyildir. Ona görə ki, spiral qollar sabit bucaq sürəti ilə fırlanırlar, ulduzların hərəkəti isə tamam başqa qanunauyğunluqla baş verir. Bu baxımdan bizim Qalaktikanın diskində yeləşən bütün ulduzlar gah spiral qolların daxilində, gah da ondan kənarda yerləşirlər. Qalaktikada ulduzların və spiral qolların sürətlərinin üst-üstə düşdüyü yeganə yer — korotasiya dairəsi adlanan (korotasiya – sürətlərin bərabərləşdiyi dairə) məkandır. Günəş də həmin dairənin çox yaxınlığında yerləşir!

Bizim səthində yaşadığımız Yer kürəsi üçün bu şərait çox əlverişlidir. Ona görə ki, bütün təlatümlü hadisələr və fəal proseslər spiral qollarda baş verir. Həmin fəal proseslər nəticəsində Yerdə bütün canlı nə varsa hamısını bir andaca məhv edə biləcək güclü şüalanmalar yaranır. Maraqlıdır ki, həmin şüalardan onu heç bir Yer atmosferi qoruya bilməzdi. Planetimiz bizim Qalaktikanın nisbətən ən təhlükəsiz yerində yerləşmişdir. Mövcud olduğu milyon və milyard illər ərzində heç bir kosmik fəlakətlə (kataklizmlə) üzləşməmişdir. Bəlkə də, bu səbəbdən Yerdə həyat qorunub saxlanıla bilmişdir.

İstinadlar

redaktə
  1. "NASA – Galaxy". Nasa.gov. 2007-11-29. 2005-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-10.
  2. Dec16th2008. "How Many Stars are in the Milky Way?". Universe Today. 2010-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-10.
  3. Frebel, Anna; və b. "Discovery of HE 1523-0901, a Strongly r-Process-enhanced Metal-poor Star with Detected Uranium". The Astrophysical Journal. 660 (2). 2007: L117. arXiv:astro-ph/0703414. Bibcode:2007ApJ...660L.117F. doi:10.1086/518122. ISSN 0004-637X.
  4. "The Sun". World Book at NASA. NASA. 2005-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-22.
  5. "Our Solar System: Overview: Our Galactic Neighborhood". NASA. Archived from the original on November 27, 2016.
  6. "Oxford Dictionaries: Milky Way". Oxford University Press. Archived from the original Arxivləşdirilib 2013-05-08 at the Wayback Machine on may 8, 2013. Retrieved October 31, 2012.
  7. Merriam-Webster Incorporated. "Milky Way Galaxy" Arxivləşdirilib 2013-11-09 at the Wayback Machine. Merriam-Webster Incorporated. Archived from the original on November 9, 2013. Retrieved October 31,2012.
  8. 1 2 "Arxivlənmiş surət". 2012-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-13.
  9. Harper, Douglas. "galaxy"Online Etymology DictionaryArchived from the original on may 27, 2012. Retrieved may 20, 2012.
  10. Jankowski, Connie (2010). Pioneers of Light and Sound. Compass Point Books. p. 6. ISBN 0-7565-4306-1. Archived from the original on November 20, 2016.
  11. Schiller, Jon (2010). Big Bang & Black Holes. CreateSpace. p. 163. ISBN 1-4528-6552-3. Archived from the original on November 20, 2016.
  12. "Milky Way Galaxy: Facts About Our Galactic Home". Space.com. Archived from the original on March 21, 2017. Retrieved 8 April 2017.
  13. Zeynalov S. Q., Hüseynov N. Ə., "Qalaktika, Metaqalaktika, Metakainat", "Elm" nəşriyyatı, Bakı,2005
  14. Сурдин В. Г., "Галактики","ФИЗМАТЛИТ",Москва,2013.
  15. "Qalaktikamızda Günəşin yeri". 2012-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-07.