Qatran
Qatran[1] — bir çox bitkilərdə normal və ya pataloji proseslər nəticəsində əmələ gələn ayrılmalar olub, havada donur. O, əsasən qızdırıldıqda əriyən, alovla qaynayan, suda həll olunmayan amorf şəkilli kütlə halında olur. Qatranların çox hissəsi spirt və efirdə asanlıqla həll olur və müxtəlif rəngsiz və iysiz maddəyə çevrilir. Qatranlar kimyəvi tərkibinə görə karbonlu və hidrogenli olur, amma oksigen və azotu qəbul etmir. Qatran turşusu və trepenlər formal olaraq eyni kimyəvi əsasdan ibarətdir. Trepenlər və trepenoidlərə tez-tez yağ turşusu ilə birləşmə şəklində tropik regionlarda iynəli ağaclarda rast gəlinir. Sənaye üçün lazımlı trepen və qatran vericiləri kimi böcəklərdir. Burada qatranın miqdarı 2-10% təşkil edir. Daha sonra ən çox qatran ağacların köklərində olur. Bu qatranlar ya ağacı kəsməklə, ya ağac və ya kökünün ekstraksiyası ilə, ya da sellülozanın hazırlanması zamanı əmələ gələn əlavə maddə kimi əldə olunur. Bu yolla alınmış təbii qatran su buxarı ilə destilisya olunmaqla terpenlərdən təmizlənir. Qatranın yağ turşusundan ayrılması da destillisiya üsulu ilə aparılır. Qatran və yağ turşusunun alınması alkaik ayırma üsulu ilə məhdudlaşır. Qaynatmada yaranan məhlulun buxarlandırılması zamanı onlar natrium sabunu kimi suyun üstünə çıxır, oradan qaşıqlanaraq götürülür, təmizlənir və qatran və yağ turşusuna ayrılır. Təbii qatrandan kağızların yapışdırlması, plastik kütlə sənayesində yumşaldıcı kimi istifadə olunur.
Mənbə
redaktə- Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.
Həmçinin bax
redaktəİstinadlar
redaktə
Bu məqalə qaralama halındadır. Məqaləni təkmilləşdirərək və ya özəlləşdirilmiş qaralama şablonlarından birini qoyaraq Vikipediyaya töhfə verə bilərsiniz. |