Qarpız (lat. Citrullus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Əkilmə ərazisinə görə bostan deyil, bağça bitkisi sinfinə aiddir.

Qarpız
Elmi təsnifat
Beynəlxalq elmi adı

Çinin paytaxtı Pekin şəhərində Dünyada yeganə Qarpız muzeyi yerləşir. Muzeydə 600-dən çox qarpız və yemiş növləri, qarpız və yemişlərin şəkilləri sərgilənir, lakin eksponatlar həqiqi deyil, süni materialdan hazırlanmışdır. Qarpız təxminən 92% sudan ibarətdir, buna görə də isti gündə yemək çox təravətləndiricidir. Dünyada ən çox qarpız istehsal edən ölkə Çin, ondan sonra Türkiyəİrandır. Qarpız ənənəvi olaraq yay aylarında pikniklərdə və digər açıq hava toplantılarında yeyilir. Bəzi ölkələrdə qarpızdan içkilər hazırlanır, məsələn, Meksikada agua fresca və dünyanın digər yerlərində "smoothies". Qarpız isti və günəşli iqlimlərdə yetişdirilən isti mövsüm məhsuludur, böyüməsi üçün bol su tələb olunur.

Qarpızın faydaları

redaktə

Qarpız əsasən sidik ifrazı sistemi üçün faydaları məhsul hesab olunur. Lakin bu şirin giləmeyvənin digər də çoxsaylı faydaları var.

  • Azkalorili və qidalı liflərlə zəngin olan qarpız insanı tox saxlayır və arıqlamağa yardım edir.
  • Likopinlə zəngin olan qarpız orqanizmə çox yaxşı xərçəng əleyhinə təsir edir və xüsusilə orqanizmi həzm sistemi xərçəngindən qoruyur.
  • Likopin orqanizmdə “pis” xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir.
  • Qarpızın tərkibində olan faydalı maddələr damarları genişləndirir və təzyiqi aşağı salmağa yardım edir.
  • Qarpız güclü iltihabəleyhinə təsirə malikdir.
  • Sitrullinlə zəngin olduğundan qarpız əzələ ağrılarını azaldır.
  • A və C vitaminləri sayəsində qarpız dərini cavan və sağlam edir.

Qarpız zəhərlənməsindən qorunmaq

redaktə
  • Qarpız kəsilməzdən əvvəl suda mütləq yaxşıca yuyulmalıdır. Torpaqda yetişdirildiyi üçün qarpızın qabığı çirkli olur. Qarpızın qabığını yemək heç məsləhət görülmür.[2]
  • Əzilmiş, zədələnmiş və qabığı kəsikli qarpızları almaqdan çəkinin.[3][4]
  • Kəsilmiş qarpız 2 günə qədər soyuducuda hava keçirməyən qabda saxlanıla bilər.[5]
  • Qarpız isti havalarda otaq temperaturunda tərk edildikdə tez xarab ola bilər.
  • Turş və qəribə qoxusu olan qarpızları atın.

Növləri

redaktə

İstinadlar

redaktə
  1. Schaefer H., Renner S. S. Phylogenetic relationships in the order Cucurbitales and a new classification of the gourd family (Cucurbitaceae) (ing.). // Taxon: Official News Bulletin of the International Society for Plant Taxonomy Utrecht: IAPT, Wiley, 2011. Vol. 60, Iss. 1. P. 122–138. ISSN 0040-0262; 1996-8175 doi:10.1002/(ISSN)1996-8175
  2. Safe, Keep Food. "Food Poisoning From Watermelon". Keep Food Safe (ingilis). 2024-02-08. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  3. Canada, Health. "Food safety tips for melons". www.canada.ca. 2011-04-12. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  4. "5 Signs of a Nitrate Watermelon That Can Help You Avoid Poisoning". Bright Side — Inspiration. Creativity. Wonder. (ingilis). 2018-09-07. 2024-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  5. "Watermelon poisoning - symptoms and treatment, bitterness in the mouth, diarrhea, video". ivilla-en.decorexpro.com. İstifadə tarixi: 2024-06-28.

Həmçinin bax

redaktə