LGBT portalına
xoş gəlmisiniz!

Seçilmiş məqalə

Tənha kişi (ing. A Single Man) — 2009-cu ildə Kristofer İşervudun eyni adlı romanı əsasında çəkilmiş ABŞ dram filmidir. Tom Fordun debüt işi olan filmdə əsas rolu Kolin Fört canlandırmışdır. Filmdə Cənubi Kaliforniyadakı Britaniya Universitetində 1962-cu ildə professor işləmiş depressiv gay Corc Falkoner obrazına görə Kolin Fört “Ən Yaxşı Aktyor” nominasiyasında Oskar mükafatına namizəd göstərilmişdir.

Filmin premyerası 11 sentyabr 2009-cu ildə 66-cı Venesiya Beynəlxalq Film Festivalında baş tutmuşdur. Filmin 34-cü Toronto Beynəlxalq Film Festivalında göstərilməsindən sonra “The Weinstein Company” onun ABŞ və Almaniyada distribyutorluq hüququnu əldə etmişdir. Filmin 82-ci Oskar mükafatlarına namizədliyini təmin etmək üçün ABŞ-da 11 dekabr 2009-cu ildən məhdud yayıma başlanmış, 2010-cu ildən isə filmin geniş yayımına start verilmişdir.

Moda dizayneri Tom Ford birinci dəfə özünü rejissor kimi sınadığından filmi də özü maliyyələşdirmişdir. Filmdə 1960-cı illərin mədəniyyəti xüsusi vurğulanır; filmin dekorasiyalarını, AMC telekanalında yayımlanan və hadisələrin eyni dövrdə baş verdiyi “Axmaqlar” serialının da dekorasiyalarını hazırlamış komanda istehsal etmişdir. “Axmaqlar” serialının ulduzu Con Hemm filmdə Corcun sevgilisinin kuzeninin səsini canlandırsa da, aktyor heyəti sırasında onun adı göstərilməmişdir. Əsas personaj Corc Falkonerin yaşadığı ev 1948-ci ildə Con Lotner tərəfindən, Frenk Lloyd Raytı tərk etdikdən sonra dizayn edilmiş ilk evdir. Məqaləni oxu...

Görkəmli şəxsiyyət

Tomas Lük Makfarleyn (ing. Thomas Luke Macfarlane; * 19 yanvar 1980 - daha çox Lük Makfarleyn kimi tanınan Kanadalı aktyor və musiqiçidir.

Makfarleyn Kanadanın Ontario vilayətində yerləşən London şəhərində anadan olub. Onun mərhum atası Tomas, Qərbi Ontario Universitetində tələbə-sağlamlıq xidmətləri direktoru, anası Penni isə yerli London xəstəxanasında psixi sağlamlıq üzrə tibb bacısı vəzifəsində çalışırdı. Makfarleyn əkiz bacısı Rut və böyük bacısı Rebekka ilə birlikdə Londonun Mərkəzi Orta məktəbinə gedirdi.

Yeniyetmə yaşlarında Makfarleyn Lester B. Pirson adına incəsənət məktəbinə gedirdi, daha sonra o incəsənət və musiqi sahəsində ABŞ-nin ən böyük institutlarından biri sayılan Nyu-Yorkun Culiard məktəbində dram fakültəsini oxumuşdu. Orada o Romeo və Cülyetta, III Riçard, Gecə Məktəbi, Mavi Pəncərə, Qəzəb SalxımıSizin bu necə xoşunuza gəlir? kimi teatr tamaşalarında baş rolu oynamışdı. Makfarleyn 14-21 dekabr 2003-cü ildə gənclərin Playwrights Horizons teatrında düzənlənən dramaturqiya tamaşalarında 4 aparıcıdan biri idi. O 2004-cü ilin may ayında Vineyard Teatrının səhnəsində düzənlənən Harada yaşayırıq (ing. Where Do We Live) adlı Amerika istehsallı spektaklda aparıcı rol oynamışdır.

Teatrda çıxışına görə Lük "Mükəmməl Nyu-York tetrında çıxışına görə" Brodvey və Off-Brodvey tərəfindən 2005-ci ildə GLAAD Media Mükafatına layiq görülmüşdü. 2006-cı ilin yay aylarında o Cill Kleybörg və Hemiş Linkleyter ilə birgə yenidən Playwrights Horizons teatrında düzənlənən Məşğul Dünya adlı Brodveydənkənar tamaşada çəkilmişdi. O həmçinin 7–11 fevral 2007-ci ildə Skirball Mədəniyyət Mərkəzində düzənlənən L.A. Premiere-də sevdiyi Tomas rolunu bir daha ifa etdi. Məqaləni oxu...

Bilirsinizmi...

Seçilmiş sitat...

Onlar deyirlər ki, mənim şoum homoseksual həyat tərzini təbliğ edir? Xeyr, mənim konsertlərimi müxtəlif həyat tərzini aparan insanlar baş çəkir və izləyir. Əsas ki, onları birləşdirir, bu seçim azadlığıdır, sevgidir və yaxınlıqdır. Gey, heteroseksual, bi, cavan insan və ya yaşlı. Fərqi yoxdur. Üstəlik homoseksual həyat tərzi axı nədir? Homoseksuallar müxtəlif olurlar. Bizdə çox böyük sayda tamamilə müxtəlif həyat tərzini aparan insanlar vardır. İdeal həyat tərzi deyilən bir anlam yoxdur. Hər kəsdə bu həyat müxtəlif formada özünü büruzə verir. Mənim dediklərimdən özünüzə bir nəticə çıxarın
Adam Lambert

Seçilmiş şəkil

B.E. 5-15-ci illərinə aid Qədim Roma gümüş Uorren qədəhi üzərindəki qabartmalarda iki kişi arasında homoseksual münasibətlərin təsviri. Artefakt Britaniya muzeyinin "Qədim Yunanıstan və Qədim Roma" kolleksiyasında saxlanılır.
 

Simvolika

Filmoqrafiya və Ədəbiyyat

"Homerin fobiyası" (ing. Homer’s Phobia) — "Simpsonlar" cizgi serialının səkkizinci mövsümünün on beşinci seriyasıdır və ilk dəfə
16 fevral 1997-ci ildə, ABŞ-ın Fox televiziya kanalında yayımlanmışdır. Bu seriyada Homer, ailənin yeni dostu olan Conun gey olduğunu öyrənir və bundan sonra ondan uzaqlaşmağa başlayır. Conun, oğlu Barta mənfi təsir göstərəcəyindən qorxuya düşən Homer, Bartın heteroseksuallığını zəmanətə almaq məqsədilə onu ova aparmağa qərar verir.

Seriyanın rejissoru Mayk Anderson, ssenari müəllifi isə Ron Hoc olub. "Homerin fobiyası" Hocun ssenari müəllifi olduğu ilk "Simpsonlar" seriyasıdır. "Homo Bart", seriyanın icraçı prodüserləri Bill Oukli və Coş Vaynşteynin, Lizanın "ədalı şeylərin sevincini kəşf etməsi" mövzusunu əhatə edən seriya çəkməyi planlaşdırarkən, Corc Meyer tərəfindən bir seriyaya başlanğıc ideyası kimi verilib. Oukli və Vaynşteyn bu iki fikri birləşdirib və nəticədə "Homerin fobiyası" ərsəyə gəlib. Fox əvvəlcə mövzusunun mübahisəli olmağına görə seriyanı nümayiş etdirməyi məqsədəuyğun saymayıb və senzuradan keçirib, ancaq Fox kanalına daxil olan çoxsaylı müraciətlərdən sonra kanal verdiyi qərarı dəyişməli olub. Amerikalı kinorejissor Con Uoters, Con obrazını səsləndirərək seriyada qonaq aktyor kimi iştirak etmişdir. Məqaləni oxu...

Hüquqlar

Gey prayd (ing. Gay pride; həmçinin gey parad) — cəmiyyətdə LGBT (lezbiyan, gey, biseksualtransgender) mövcudluğunun nümayişi, LGBT-dən olan şəxslərə qarşı tolerant münasibətlərin dəstəklənməsi, insan hüquqlarının qorunması, vətəndaş hüquq bərabərliyi və gender identikliyinin cinsi oriyentasiyasından asılı olmayaraq bütün insanlar üçün bərabər olduğunu bildirmək üçün keçirilən aksiyadır. Onun məqsədi həmçinin şəxsi ləyaqət hissinin qeyd olunması, şəxsiyyət azadlığının təntənəsi, eləcə də LGBT-ictimaiyyətinin birlik və müxtəlifliyinin təzahürüdür.

Aksiya ənənəvi olaraq yayda (daha çox, iyunda), Stounvoll iğtişaşlarının xatirəsi kimi keçirilir - məhz o zaman minlərlə gey polis repressiyalarına qarşı müqavimət göstərmiş və bu seksual azlıqların vətəndaş hüquqları uğrunda apardıqları mübarizənin (daha çox LGBT-hərəkatı adı ilə tanınır) rəmzinə çevrilmişdir. Amma bəzən o, başqa günlərə də həsr olunur, məsələn, Moskva şəhərində keçirilən gey-prayd zamanı, Rusiyada homoseksuallara tətbiq olunan cinayətin ləğvi ildönümünü qeyd olunur. Məqaləni oxu...

Mətbuat

Attitude(ingilis dilindən tərcümədə Attitude - "əlaqə" mənasını verir) — Böyük Britaniyanın homoseksual auditoriyası üçün Attitude Media Ltd. şirkəti tərəfindən dərc edilən aylıq qlyants jurnal. Jurnal dünyanın bir çox ölkələrində satılır və onun həmçinin iPadiPhone versiyaları mövcuddur. Bundan başqa, jurnalın rəqəmsal versiyasını Android Market vasitəsilə Android qurğuları üçün yükləmək mümkündür. Attitude jurnalının ilk nömrəsi 1994-cü ilin may ayında satışa buraxılmışdı. Jurnalın ayrıca tayvyetnam dilində olan bölmələri müvafiq olaraq 2011-ci ilin mart və 2013-cü ilin noyabr ayından nəşr edilir.

"Attitude" Riçard Desmonda məxsus Northern and Shell Group şirkətinin tərkib hissəsi kimi 1994-cü ildən dərc edilməyə başlamışdı. 2004-cü ildə jurnal "Remnant Media" şiurkətlər qrupuna satılmışdı. O vaxtdan etibarən, jurnal qısa bir müddət Qaynt Klipperin (Giant Clipper) mülkiyyətinə keçmiş və daha sonradan (2008-ci ilin aprel ayından) Attitude Publications Ltd şirkəti həmin şəxsdən dərginin "əqli mülkiyyət hüquqlarını" əldə edə bilmişdi. Məqaləni oxu...

Kateqoriyalar

Əlaqəli portallar


Cəmiyyət İnsan hüquqları Sosiologiya Psixologiya Diskriminasiya
LGBT Vikixəbərdə  LGBT Vikisitatda  LGBT Vikikitabda  LGBT Vikimənbədə  LGBT Vikilüğətdə  LGBT Vikiversitetdə  LGBT Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar