Piri Mehmed Paşa

Piri Mehmed Paşa (1458, Konya, Qaramanlı eli1532, Silivri, İstanbul ili) — I SəlimI Süleyman dövrlərində, ümumilikdə 5 il 5 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət xadimi, Osmanlı alimi və şairi.[1]

Piri Mehmed Paşa
Piri Mehmed Paşanın təsvir olunduğu miniatür
Piri Mehmed Paşanın təsvir olunduğu miniatür
25 yanvar 1518 – 27 iyun 1523
ƏvvəlkiYunus Paşa
SonrakıParqalı İbrahim Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1458
Doğum yeri
Vəfat tarixi 1532
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası Şeyx Camal Əfəndi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Təqribən 1458-ci ildə Konyada dünyaya gəlmişdir. Səlcuqlu dönəminin alimlərindən Fəxrəddin Ər-Razinin sülaləsinə mənsubdur. Atası Xəlvətiyyə təriqətinə mənsub məşhur din adamı Şeyx Camal Əfəndidir.[2] Mədrəsə təhsilini tamamlamasınınn ardından 1491-ci ildə Amasyada məhkəmə katibi olaraq xidmətə başladı. Piri Mehmed Çələbi olaraq anılmağa başlandı və üç ilin ardından 1494-cü ildə baş katibliyə yüksəldi.[3] II Bəyazidin son illərində xəzinə dəftərdarlığına, I Səlimin cülusunun ardından isə başdəftərdar təyin olundu. Çaldıran səfərində Rumeli dəftərdarı olaraq iştirak etdi. Çaldıran qələbəsinin ardından Şah İsmayılın Təbrizi tərk etməsi səbəbilə şəhərdə qalan xəzinə və malların müsadirə edilməsi ilə vəzifələndirildi. 15 oktyabr 1514 tarixində isə divan məclisinə vəzir rütbəsilə daxil oldu.

Amasiyada meydana gələn yeniçəri ayaqlanmasında evi yağmalanan Piri Mehmed Paşa İstanbula döndükdən sonra aparılan tədqiqatların sonunda təqsirkar görülərək vəzifədən alınsa da, çox keçmədən yenidən vəzirliyə gətirildi (22 avqust 1515). Ancaq bir müddət sonra bilinməyən səbəbdən sədrəzəmlə birlikdə vəzifədən alınaraq Yeddiqüllə zindanlarına həbs olundu. Ancaq elə həmin günün sonunda yeni sədrəzəmin vastəçiliyi ilə azad edilən Piri Mehmed Paşa bir neçə ay sonra başlayan Misir səfəri səbəbilə taxt naibliyinə yüksəldi (iyun 1516). Cənub şərqi AnadoluSuriyanın fəthindən sonra yaradılan Ərəb və Əcəm başqazılığına gətirildi. İstanbulda naib ikən apardığı maliyyə islahatları ilə Misirdəki ordunun maaş problemini həll etdi. Eyni zamanda qısa vaxt ərzində 82 parça gəmiylə ordu ləvazimatlarını və 2 böyük topu Misirə göndərdi. Yavuz Sultan Səlimin Sədrəzəm Yunus Paşanı edam etdirməsinin ardından Şama çağırılan Piri Mehmed Paşa burada 25 yanvar 1518 tarixində sədarətə gətirildi.[4] Ardından padşah və ordunun böyük bir qismi İstanbula döndü, Piri Mehmed Paşa isə kiçik bir hərbi dəstə ilə Diyarbəkirdə qaldı.

Yavuz Sultan Səlimin vəfatına qədər vəzifəsində qalan Mehmed Paşa Sultan Süleyman səltənətində də vəzifəsini 3 il davam etdirdi. Belqradın fəthində önəmli rol oynadı (avqust 1521). Rodos adasının hədəf seçilməsində padşaha təkidlər edirdi. Adanın mühasirəsində padşahla birlikdə iştirak etdi. Ancaq mühasirə çox vaxt apardı və buna görə də padşahın gözündən düşdü. Səfərdən döndükdən sonra vaxtilə Misirdən sürgün edilən Məmlük dövlət xadimlərinin azadlığa buraxılması üçün rüşvət alması barədə haqqında tədqiqat başladıldı. RumeliAnadolu başqazıları tərəfindən aparılan araşdırmaların sonunda təqsirkar görüldü. Bu nəticədə sədrəzəm olmaq istəyən ikinci vəzir Xain Əhməd Paşanın da əlinin olduğu bəzi mənbələrdə qeyd olunur.

Bu vəziyyət, qoca sədrəzəmin yerinə yaxın adamı İbrahim Paşanı sədarətə gətirmək istəyən Sultan Süleymana fürsət verdi. Bu fürsət həmçinin Əhməd Paşanın da məğlubiyyəti oldu. Nəticədə Piri Mehmed Paşa vəzifədən alınaraq İbrahim Paşa sədrəzəm təyin olundu (27 iyun 1523). Ardından vəfatına qədər yaşayacağı Silivridəki köşkünə çəkildi. 1532-ci ilin payızında həmin köşkdə vəfat etdi. Məzarı Silivridə inşa etdirdiyi məscidin həyətindədir. Ölümü bəzi mənbələrdə şübhəlidir. Bu şübhələr isə İbrahim Paşanın sabiq sədrəzəmin oğlu Ədirnə qazısı Muhiddin Rəşid Əfəndi ilə birləşərək atasını zəhərləyərək öldürməsindən ibarətdir. Buna səbəb isə Piri Mehmed Paşanın vəzifədən azad edilməsinin ardından tez-tez saraya gəlib-getməsi və yenidən sədarətə gətiriləcəyi haqqında yayılan şayələrdir.

Ailəsi

redaktə

Əslən Amasyalı olan Seyid Ömər Əfəndinin qızıyla evli olan Piri Mehmed Paşanın bu nigahdan adı bilinən 4 övladı doğuldu:

Mənbə

redaktə
  • Matrakçı Nasuh, Süleymannâme, TSMK, Revan Köşkü, nr. 1286, vr. 39a-b;
  • Kemalpaşazâde, Tevârîh-i Âl-i Osmân, X. Defter, TTK Ktp., nr. 66, vr. 6b-7b;
  • Lutfî Paşa, Târih (nşr. Âlî Bey), İstanbul 1341, s. 300;
  • Celâlzâde, Tabakātü’l-memâlik, vr. 22a-b, 45b, 60b-62a;
  • a.mlf., Selimnâme (nşr. Ahmet Uğur – Mustafa Çuhadar), Ankara 1990, s. 220–221;
  • Bostan Çelebi, Süleymannâme, TTK Ktp., nr. 18, vr. 12a, 18a-b, 36b, 54b;
  • Feridun Bey, Münşeât, I, 509;
  • Şerâfeddin Turan, "Pîrî Mehmed Paşa", İA, IX, 559–561.

İstinadlar

redaktə
  1. Mehmed Zeki, "Pîrî Mehmed Paşa", TTEM, XVI/18[95] (1926), s. 325–350;
  2. a.mlf., II. Bâyezid, Yavuz ve Kanûnî Devirlerinde Cemâlî Ailesi, İstanbul 1995;
  3. Pakalın, Mehmet Zeki; “Pîrî Mehmed Paşa”, Türk Tarih Encümeni Mecmuası, No: 18, 1926
  4. Yusuf Küçükdağ, Vezîr-i Âzam Pîrî Mehmed Paşa, Konya 1994;