Paolo Rossi
Paolo Rossi (it. Paolo Rossi; 23 sentyabr 1956[1][2], Prato, Toskana – 9 dekabr 2020[3], Siena, Toskana) — İtaliyalı keçmiş peşəkar futbolçu, 1978–1986-cı illərdə İtaliya millisinin hücumçusu olub.
Paolo Rossi | |
---|---|
it. Paolo Rossi | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 23 sentyabr 1956[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 9 dekabr 2020[3] (64 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Boyu | 174 sm |
Çəkisi | 67 kq |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəPaolo Rossi 23 sentyabr 1956-cı ildə Toskanın Prato şəhərində anadan olub.
1979-cu ildə, "Peruca"da oynayarkən, Paolo Rossi, mərc oyunları ilə əlaqəli fırıldaqlarda iştirak etdiyi üçün iki il diskvalifikasiya edilir. Buna görə bir neçə aylıq azadlıqdan mərhum edilir.[4]
Karyera
redaktəKaryerasına "Yuventus" klubunda başlayıb. Ancaq orda möhkəmlənə bilmədiyinə görə əvvəlcə "Komo" klubuna icarəyə verilir, daha sonra isə "Peruca" klubuna transfer olunur.
1981-ci ildə təkrar "Yuventus" klubuna keçərək, Mişel Platini və Zbignev Bonek ilə birlikdə Turin komandasının hücum üçlüyünü qurur.
1982 Dünya Kubokunun bombardiri (6 qol) olur. Turnirin başlamasından cəmi bir ay əvvəl həbsdən çıxması və diskvalifikasiyasının yenicə bitməsinə baxmayaraq turnirin həm bombardiri həm də ki ən yaxşı oyunçusu seçilir. Eyni ildə həm də Fransanın həftəlik France Football jurnalı tərəfindən Avropanın ən yaxşı futbolçusu seçilərək "Qızıl Topa" sahib olur.
Ardından Rossi "Milan", "Komo", "Viçentsa", "Peruca" və "Hellas Verona" komandalarında oynayır. 1987-ci ildə "Komo" klubunda karyerasını bitirir. Futbolçu heç vaxt xarici klublarda oynamayıb.
Meksikadakı 86 Dünya Kubokuna aparılsada orada heç bir oyunda meydana çıxmır.
FIFA 100 siyahısına və World Soccer jurnalına görə 20-ci əsrin ən böyük futbolçularının siyahısına daxildir.
İdmandan ayrıldıqdan sonra və həyatının son gününə qədər Rossi RAİ kanalında futbol mütəxəssisi olaraq çalışır[5] .
9 dekabr 2020-ci ildə 64 yaşında ağciyər xərçəngindən dünyasını dəyişir. Futbolçu Vicenza şəhərində dəfn edilmişdir[6] .
Karyera Statistikası
redaktəMövsum | Klub | Oyun | Qol |
---|---|---|---|
86/87 | Hellas Verona | 20 | 4 |
85/86 | Milan | 20 | 2 |
84/85 | Yuventus | 27 | 3 |
83/84 | Yuventus | 30 | 13 |
82/83 | Yuventus | 23 | 7 |
81/82 | Yuventus | 3 | 1 |
80/81 | Viçentsa | 0 | 0 |
79/80 | Peruca | 28 | 13 |
78/79 | Viçentsa | 28 | 15 |
77/78 | Viçentsa | 30 | 24 |
76/77 | Viçentsa | 36 | 21 |
75/76 | Komo | 6 | 0 |
75/76 | Yuventus | 0 | 0 |
251 | 103 |
Uğurları
redaktəKomanda
redaktə"Viçentsa"
- İtaliya B Seriyasının çempionu: 1976/77
Yuventus
- İtaliya çempionu A Seriyası (2): 1981/82, 1983/84
- İtaliya Kubokunun qalibi: 1983
- Kubok Kubokunun qalibi: 1984
- Avropa Çempionlar kubokunun qalibi: 1985
- UEFA Super Kubokunun qalibi: 1984
İtaliya Millisi
Şəxsi
redaktə- Qızl top: 1982
- Dünyada İlin Futbolçusu: 1982
- Avropada İlin Futbolçusu (Onze d'Or): 1982
- Dünya Kubokunun Qızıl butsu Qalibi: 1982
- A Seriyasının bombardiri 1977/78: 24 qol
- B Seriyasının bombardiri 1976/77: 21 qol
- Avropa Çempionlar kubokunun bombardiri: 1982/83
- Dünya kubokunun qızıl top sahibi: 1982
- Dünya kubokunun gümüş top sahibi: 1978
- Dünya Kubokunun simvolik komandasına daxil edilmişdir (2): 1978, 1982
- Qızıl ayaq: 2007 (Futbol Əfsanələri)
- FIFA 100 siyahısına düşub.
- "La Gazzetta dello Sport" nəşrinə görə ilin İdmançısı: 1978
- Dünya çempionatlarında vurduğu qol sayına görə İtaliya yığmasının rekordçusu: 9 qol[7]
- World Soccer jurnalına görə 20-ci əsrin ən böyük futbolçularının siyahısına daxil edilmişdir
İstinadlar
redaktə- ↑ 1 2 Paolo Rossi // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 РОССИ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
- ↑ 1 2 È morto Paolo Rossi: il calcio e l'Italia piangono il simbolo della nazionale Mondiale del 1982 (it.).
- ↑ "Скандальные стимулы Италии" (rus). 5 mart 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
- ↑ Итальянский герой: умер Паоло Росси. Скончался чемпион мира 1982 года Паоло Росси Arxivləşdirilib 2020-12-10 at the Wayback Machine // Газета. Ru, 10.12.2020
- ↑ "Чемпиона мира 1982 года Паоло Росси похоронили в Виченце" (rus). 3 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2021.
- ↑ Roberto Baccio və Kristian Vyeri ilə birlikdə.
Xarici keçidlər
redaktə- Rəsmi sayt
- Rossinin İtaliya millisində oyunları Arxivləşdirilib 2018-06-17 at the Wayback Machine
- Rossiyə İnanın // Çempionat.com, 26 avqust 2011
- Çıxdı və qol vurdu // Şerit. Ru, 15 noyabr 2018