Pəri
Pəri — Əfsanələrdəki personajlar, uçan varlıqlar
Şotlandiyanın 95% əhalisi uçan pərilər haqqında olan əfsanələrə XIX əsrin ortalarına qədər inanırdı. Həmin müddət ərzində artıq Londonda metro belə tikilmişdi, lakin bu əhalinin ağılında uşaq vaxtlarından onlara danışılan nağıllar mühüm rol oynamışdı. Şotlandlar qızlarının, müxtəlif ev heyvanlarının, hətta həyat yoldaşlarının belə onlar tərəfindən qaçırıldığını düşünə bilərdilər.
Zaman keçdikcə pərilərə inam Şotlandiyadan keçərək Avropaya doğru istiqamətlənməyə başladı, daha sonra isə bütün dünyanı əhatə etdi, lakin əsl həqiqətə uyğun məlumatlar hələ də dünyada məlum deyil. Bir çoxları pərilərin ölmüş insanların ürəklərindən meydana gəldiyini deyirdi, bir çoxları isə göydə uçan mələklərin yerə enərək pəriyə çevrildiyini düşünürdü. Əsl həqiqət isə həmişə mistika ilə qarışırdı.
Con Frensis Kembell 1860-cı ildə özünəməxsus bir teoremlə önə çıxdı. O, bildirdi ki, pərilər sadəcə adalarda yaşayan balaca insanlardır. Bu teoremi 2004-cü ilə kimi araşdırmağa davam etdilər. Bir gün İndoneziya adalarından arxeoloji qazıntılar nəticəsində maraqlı bir fakt üzə çıxarıldı.
Burda aşkar olunan mağarada balaca varlığın skeleti tapılmışdı. Bu anatomiya baxımdan insanla eyni idi, nəticədə aparılan tədqiqatlar da sübut etdi ki, bunlar insanlarla birgə yaşamışdır. Ola bilsin ki, uzun müddət gizlənməyi də bacarmışlar. Həmçinin İndoneziya miflərində kiçik insanlar haqqında da bir çox əfsanələr mövcuddur.
Pəri mifoloji obraz kimi
redaktəNağıllarda pərilər quş (göyərçin), bəzən də heyvan (ceyran) cildində çay sahillərinə və bulaq başına enirlər. Cildlərini əyinlərindən çıxardan kimi gözəl qıza çevrilir və lüt-üryan suda çimməyə başlayırlar. Pərilərin cildlərini ələ keçirməklə bir neçə istəyə çatmaq mümkündür. Çünki onlar suda çılpaq qalmasınlar deyə, bir sıra fövqəltəbii işləri yerinə yetirməyə razılaşır və hətta başqalarının sirlərini açıqlayırlar. Belə pəri-insan qarşıdurması qurbansız ötüşür, lakin yer sakinlərindən ziyan gördükləri halda pərilər dəhşətli fəlakətlər törədirlər. "KitabiDədə Qorqud"da Sarı çoban kimsəsiz yerdə bir pəri qıza rast gəlir, ona təcavüz edir. Bunun nəticəsində qəddar, adamcıl Təpəgöz doğulur, saatla, günlə böyüyən qeyri-normal məxluq el içində yağ-balla bəslənməsinə baxmayaraq insanlara – öz qan qohumlarına qənim kəsilir, say-seçmə igidlərin ölümünə bais olur.[1]
İstinadlar
redaktə- ↑ "Qafarov R.O. Azərbaycan Türklərinin mifologiyası" (PDF). 2011-10-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-14.