Oruc Orucov
Orucov Oruc Əli oğlu (12 sentyabr 1878, Alpout, Cavanşir qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 2 mart 1954, Bərdə, Bərdə rayonu, Azərbaycan SSR, SSRİ) — mətbuat xadimi, naşir, publisist.
Oruc Orucov | |
---|---|
Oruc Əli oğlu Orucov | |
Doğum tarixi | 12 sentyabr 1878 |
Doğum yeri | |
Vəfat tarixi | 2 mart 1954 (75 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | publisist, naşir, redaktor[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Qardaşları Abuzər və Qənbərlə birlikdə o dövrdə Azərbaycanın ən böyük mətbəəsi olan Orucov Qardaşları Mətbəə Nəşriyyatını qurub. "Nicat" Müsəlman Xeyriyyə Cəmiyyətində Təftiş Komissiyasının üzvü, Ədib və Mühərrirlər Cəmiyyətinin Milli Təşkilat Komitəsinin mühərrirlər heyətinin üzvü olub.
Aprel işğalından sonra təqiblərə məruz qalıb. 1930-cu illərdə sürgün olunub.
Həyatı
redaktəOruc Orucov 1878-ci il sentyabrın 12-də Bərdənin Alpout kəndində anadan olub[1][2]. İlk təhsilini kənd mollaxanasında almış, daha sonra isə Yelizavetpol Mixail sənət məktəbini bitirib[1]. 1896-cı ildə Bakıya köçərək, ticarətlə məşğul olmağa başlayıb[1].
1905-ci ildə qardaşları Qənbər və Abuzərlə birlikdə "Orucov qardaşları" nəşriyyatını yaradaraq naşirlik fəaliyyətinə başlamışdır[3]. Nəşriyyatın müasir avadanlıqla təchiz olunmuş mətbəəsi, kitab və yazı ləvazimatı satılan mağazası olub.[4] "Orucov qardaşları" nəşriyyatında 1905-ci ildən 1917-ci ilədək müxtəlif adda və məzmunda 333 kitab[5], bir neçə qəzet, o cümlədən "Həqiqət"[6], "Yeni həqiqət"[6], "Günəş"[6], "Asari-həqiqət", "Bəsirət", "İqbal"[7], "Yeni iqbal"[8] və s. qəzetlər çap olunmuşdur[1]. Oruc Orucov özü də 1909-cu ildən etibarən qəzetçilik fəaliyyətinə başlamış, "Həqiqət" (1909–1910)[9][10], "Günəş" (1910–1911), "Yeni həqiqət" (1911) qəzetlərinin naşiri olmuşdur[6]. Publisist məqalələrində Avropa imperializminin Şərqdə yeritdiyi müstəmləkəçilik siyasətini tənqid etmişdir[1]. Bakıda "Nicat" Müsəlman Xeyriyyə Cəmiyyətində Təftiş Komissiyasının üzvü və Hacı Zeynalabdin Tağıyevin xeyriyyə işlərində köməkçisi olub[11].
O.Orucov 1911-ci ilin martında panislamizm ideyalarını təbliğdə təqsirləndirilərək, bir qrup jurnalistlə birgə həbs olunmuş və Rusiyanın daxili quberniyalarına sürgün edilmişdir[6][12]. Onların bu həbsi ilə bağlı Əhməd bəy Ağaoğlu İstanbulda nəşr olunan "Tərcümani-həqiqət" qəzetində "Türklərə məzalim" adlı məqalə yazıb[13]. Sürgündə olduğu müddətdə Saratov, Nijni Novqorod və Varşavadan "İqbal" qəzetinə göndərdiyi məqalələrdə Bakıda baş verən hadisələrə münasibət bildirirdi. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illik yubileyi ilə əlaqədar elan edilən əfv sərəncamından sonra Bakıya qayıdaraq, naşirlik fəaliyyətini davam etdirmişdir. 1917-ci ilin dekabrında qardaşları Abuzər və Qənbərdən ayrılaraq, "Açıq söz" qəzetində Məhəmməd Əmin Rəsulzadə ilə əməkdaşlığa başlamış, qəzetin nəşriyyat işləri üzrə müdiri vəzifəsini icra etmişdir[14].
1917-ci ildə Ədib və Mühərrirlər Cəmiyyətinin Milli Təşkilat Komitəsində Məhəmməd Əmin Rəsulzadə, Seyid Hüseyn, Ceyhun Hacıbəyli, Hacı İbrahim Qasımov, Əli Paşa Hüseynzadə ilə birlikdə mühərrirlər heyətinə seçilib. "Müsavat" partiyasının üzvü olub. 1917-ci il oktyabrın 25-dən 31-dək Bakıda keçirilmiş "Müsavat" partiyasının Birinci qurultayında partiyanın Mərkəzi Komitəsinə seçilmək üçün namizədliyi verilib[15].
1917-ci ildə nəşriyyatın avadanlığı Bakı Xalq Komissarları Soveti tərəfındən müsadirə edilib[16][14].1920-ci ildə Aprel işğalından sonra təqiblərə məruz qaldığı üçün Bərdəyə qayıdıb[17].
1930-cu illərdə Oruc Orucov həbs olunaraq sürgünə göndərilib[18]. Daha sonra əfv olunaraq geri qayıdıb. 1954-cü ildə dünyasını dəyişib[19].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 284. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ Cəlilova Zülfiyyə. Milli Azərbaycan Tarixi Muzeyinə daxil olan materiallar haqqinda (nəşriyyatçi Orucov qardaşları) (PDF). Bakı: Milli Azərbaycan Tarixi Muzeyi. 2016. səh. 68. 2023-08-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-07-13.
- ↑ Qılman İlkin. Bakı və bakılılar. Bakı: Nurlar nəşriyyatı. 2006. səh. 173. ISBN 9952-426-12–7. 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
- ↑ Ənvər Çingizoğlu. "Abuzər bəy Orucov: ermənin əsassız ittihamına görə sürgün" (az.). xudaferin.eu. 2020-08-07. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
- ↑ Cəlilova Zülfiyyə. Milli Azərbaycan Tarixi Muzeyinə daxil olan materiallar haqqinda (nəşriyyatçi Orucov qardaşları) (PDF). Bakı: Milli Azərbaycan Tarixi Muzeyi. 2016. səh. 67. 2023-08-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-07-13.
- ↑ 1 2 3 4 5 Akif Aşırlı. Azərbaycan mətbuatı tarixi (PDF). Bakı: Elm və təhsil nəşriyyatı. 2009. səh. 98. 2023-07-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-07-13.
- ↑ Akif Aşırlı. Azərbaycan mətbuatı tarixi (PDF). Bakı: Elm və təhsil nəşriyyatı. 2009. səh. 99. 2023-07-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-07-13.
- ↑ Qılman İlkin. Bakı və bakılılar. Bakı: Nurlar nəşriyyatı. 2006. səh. 277. ISBN 9952-426-12–7. 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
- ↑ Qılman İlkin. Bakı və bakılılar. Bakı: Nurlar nəşriyyatı. 2006. səh. 266. ISBN 9952-426-12–7. 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 444. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ Gülsüm İsayeva. Orucov Qardaşları nəşriyyatı (PDF). Bakı: Elmi inkişaf: nəzəri və təcrübi jurnal. 2019. səh. 108. Archived from the original on 2023-07-13. İstifadə tarixi: 2023-09-12.
- ↑ Qılman İlkin. Bakı və bakılılar. Bakı: Nurlar nəşriyyatı. 2006. səh. 292. ISBN 9952-426-12–7. 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
- ↑ Ağaoğlu, Əhməd bəy. "Türklərə məzalim" (az.). Ədəbiyyat qəzeti. 1911-04-13. 2023-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
- ↑ 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 284. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 227. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920: Parlament (PDF). I. Bakı: Azərnəşr. 1998. səh. 177. 2018-02-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-28.
- ↑ Seymur Şeydayev. Orucov qardaşlarının nəşriyyatçılıq fəaliyyətləri (PDF). Bakı. səh. 136. 2021-07-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-07-13.
- ↑ Zivər Ay. "Mətbəələrini ADR-ə bağışlamış xeyriyyəçilər" (az.). kulis.az. 2013-03-11. 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
- ↑ Dilqəm Əhməd. Fərqlilər. Bakı: TEAS press. 2016. səh. 70-71. ISBN 9789952494686.