OC Media

onlayn xəbər saytı

OC Media (Open Caucasus Media) — Tbilisidə yerləşən, ingilisrus dillərində ŞimaliCənubi Qafqaz regionlarından xəbərləri əhatə edən müstəqil onlayn xəbər platforması. Saytın əsası jurnalistlər Mariam Nikuradze və Dominik Caqara tərəfindən qoyulub və bütün Qafqazdan jurnalistləri bir araya gətirir.[1][2][3]

OC Media
Loqonun şəkli
URL oc-media.org
oc-media.org/ru/
Tipi media şirkəti[d]
Dilləri ingilis dili, rus dili
Açılma tarixi yanvar 2017
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sayt Cənubi Qafqaz dövlətləri olan Azərbaycan, ErmənistanGürcüstanı, Rusiyanın Şimali Qafqaz respublikalarını və Abxaziya, Dağlıq QarabağCənubi Osetiya kimi mübahisəli əraziləri əhatə edir.[4][5]

OC Media müxtəlif təşkilat və qurumlardan, eləcə də onların oxucularından qrant alır. O, Forin-ofis, Fridrix Ebert Fondu, Açıq Cəmiyyət Fondları, Milli Demokratiya Fondu, Avropa Demokratiya Fondu, Çex Respublikasının Xarici İşlər Nazirliyi və Tomson Reuters Fondu kimi təşkilatlardan maliyyə yardımı almışdır.[2]

OC Media-nın apardığı gizli araşdırmalar nəticəsində ölkədəki bir neçə tekstil fabrikində pis iş şəraitinin aşkarlanmasından sonra, 2020-ci ilin mart ayında Gürcüstanın İnsan Hüquqları üzrə Təhsil və Monitorinq Mərkəzi (EMC) hökumətə müraciət edib.[6][7] Onlar Əmək Müfəttişliyi Departamentini dərhal tikiş fabriklərini yoxlamağa və gələcəkdə işçilərin hüquqlarının pozulmasının qarşısının alınması üçün Parlamenti qanunvericilikdə dəyişikliklər etməyə çağırıblar.

2020-ci ilin oktyabrında sayt kiberhücum nəticəsində müvəqqəti olaraq bağlanıb. Saytın rəhbərliyi bunu İkinci Qarabağ müharibəsi ilə əlaqələndirib.[8][9][10]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "A progressive, pro-peace voice in the Caucasus". European Endowment for Democracy. 2020-11-18. 2020-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-18.
  2. 1 2 "Who we are". OC Media (ingilis). 2020-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-16.
  3. "16th South Caucasus Media Conference". OSCE. 2020-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-16.
  4. Narimanishvili, Nino. "OC Media პანდემიის პირისპირ, დაფინანსების ახალი გზების ძიებაში - ინტერვიუ მარიამ ნიკურაძესთან" [OC Media in the face of the pandemic, in search of new means of financing — Interview with Mariam Nikuradze]. Media Checker (gürcü). 2020-06-21. 2020-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.
  5. "How OC Media is training the next generation of freelance journalists in the Caucasus region". Engaged Journalism. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-16.
  6. "Inside Georgia's textile industry". OC Media (ingilis). 2021-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-18.
  7. "EMC სამკერვალოებში დასაქმებული ქალების შრომით ექსპლუატაციას ეხმიანება" [EMC responds to the labour exploitation of women employed in sewing]. The Human Rights Education and Monitoring Centre (EMC) (gürcü). 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-18.
  8. "Хакеры атаковали OC Media методом "грубой силы"" [Hackers attack OC Media with brute force attack]. Radio Free Europe/Radio Liberty (Russian). 2020-10-29. 2020-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-16.
  9. "OC Media-ზე კიბერთავდასხმა მოხდა" [Cyber attack on OC Media]. On.ge (gürcü). 2020-10-29. 2020-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-16.
  10. "OC-Media". Justice for Journalists (ingilis). 2020-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-16.

Xarici keçidlər

redaktə