Nəsimi — Rejissor Həsən Seyidbəylinin dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsimi haqqında filmi.[1]

Nəsimi
Nəsimi filminin Balans Studiyası tərəfindən yenilənmiş versiyasının afişası (2019)
Nəsimi filminin Balans Studiyası tərəfindən yenilənmiş versiyasının afişası (2019)
Janr dram
tarixi
bioqrafik
Rejissor Həsən Seyidbəyli
Ssenari müəllifi İsa Hüseynov
Baş rollarda
Operator Rasim İsmayılov
Bəstəkar Tofiq Quliyev
Rəssamlar Məmməd Hüseynov
Mais Ağabəyov
İstehsalçı Azərbaycanfilm
İlk baxış tarixi 5 iyun, 1974
Filmin növü tammetrajlı bədii film
Müddət 96 dəq.
Ölkələr  Azərbaycan SSR
Dil azərbaycanca
İl 1973
Texniki məlumatlar 10 hissə
2505 metr
genişekranlı
35 mm
Rəng rəngli
IMDb ID1710431

Məzmun

redaktə

Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur.[2]

Film haqqında

redaktə
  • Film aktyor Rasim Balayevin kinoda ilk böyük işidir.
  • Film "Kodak" kinolentinə çəkilən ilk Azərbaycan filmidir.
  • Filmin çəkilişindən 2 il əvvəl YUNESKO-nun qərarı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi qeyd edilmişdi. Kinematoqrafçılar da Azərbaycan xalqının mədəni həyatında böyük hadisə olan bu yubiley münasibətilə "Nəsimi" bədii filmini çəkmişlər.
  • Həm elmi, həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün filmin müəllifləri çəkilişlərə görkəmli nəsimişünasları, filoloqları, sənətşünasları dəvət etmişlər.
  • Film İsa Hüseynovun "Məhşər" romanı əsasında çəkilib.[3]
  • Rasim Balayev: "Nəsimi" yeganə tarixi filmdir ki, orada heç bir dekorasiyadan istifadə edilməyib. Çəkiliş aparılan bütün məkanlar tam təbiidir"[4]
  • Film 2010-cu ildə bərpa edilmişdir.[5]
  • Film 2019-cu ilin dekabrında Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına FondANS Şirkətlər Qrupunun sifarişi və dəstəyi ilə "Balans" Milli Rəqəmsal Bərpa Studiyasında tam bərpa edilib.[6]

Festivallar və mükafatlar

redaktə
1)1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı
  • Kinolentə Tarixi Mövzuda Ən Yaxşı Filmə görə Mükafat verilmişdir.
  • Ən Yaxşı Kişi Rolunun İfasına görə aktyor Rasim Balayevə II Mükafat verilmişdir.[7]

Filmin heyəti

redaktə

Film üzərində işləyənlər

redaktə
Ssenari müəllifi: İsa Hüseynov
Quruluşçu rejissor: Həsən Seyidbəyli
Quruluşçu operator: Rasim İsmayılov
Quruluşçu rəssam: Məmməd Hüseynov, Mais Ağabəyov
Bəstəkar: Tofiq Quliyev
Səs operatoru: Akif Nuriyev
Rejissor: Əşrəf Mamayev, Akif Rüstəmov
Qrim rəssamı: V.Bereznyakov
Geyim rəssamı: Elçin
Montaj edən: Tamara Nərimanbəyova
Rejissor assistenti: Adil İsmayılov, Səməd Lazımov, X.Cəfərov, X.Şirinov, Gülbəniz Əzimzadə
Montaj üzrə assistent : Esmira İsmayılova
Operator assistenti: Yuri Varnovski, V.Tibirov, F.Sekandçed, V.Romanov
Rəssam assistenti: Tamilla Dağıstanlı
Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
Redaktor: İntiqam Qasımzadə, Nataliya Şneyer
Məsləhətçi: Əli Fəhmi (leksika üzrə), M.Quluzadə (Nəsiminin yaradıcılığı üzrə), Z.Quluzadə (fəlsəfə üzrə), T.Musəvi (tarix üzrə), R.Əfəndiyev (etnoqrafiya üzrə)
Çalır: SSRİ Kinematoqrafiya Komitəsinin Orkestri
Dirijor: D.Ştilman
Filmin direktoru: Daniil Yevdayev, Bəşir Quliyev

Rollarda

redaktə
Rasim Balayevİmadəddin Nəsimi
İsmayıl OsmanlıFəzlullah Nəimi
Xalidə Quliyeva (Xalidə Qasımova kimi) — Fatma
Kamal Xudaverdiyev — Yusif
Tofiq Mirzəyev — Dövlət bəy
Almaz Əsgərova — Şəms
Səməndər RzayevŞirvanşah I İbrahim
Məmmədrza Şeyxzamanov — Şeyx Əzəm
Yusif VəliyevTeymurləng
Muxtar ManiyevMiranşah
Əbdül Mahmudov — dərviş
Ə.Atakişiyev
Tariyel Qasımov — hürufi
Gümrah Rəhimov
Əfrasiyab Məmmədov — Teymurun döyüşçüsü
Səyavuş Şəfiyev — Mahmud
Hafiz Fətullayev
Sadıq Həsənzadə — Qara əmi
Dadaş Kazımov — Əli
Mayak Kərimov — Mirəli
Telman Adıgözəlov — hürufi
Məmməd Əlili — Mirzə
Əhməd Əhmədov
Ramiz Məlikov — sui-qəsdçi
Sadıq Saleh
K. Rəsulova
F. Sekandçed
R. İbrahimova
N. Zeynalova
Rüstəm Rüstəmov
Elxan Ağahüseynoğlu — Bahadır
Rəna Səlimova — rəqs edən (titrlərdə yoxdur)
Nadir Əzməmmədov (titrlərdə yoxdur)
Aqşin Rəsulov (titrlərdə yoxdur)
Fərəc Fərəcov — mürid
Yusif Haqverdiyev - Mövlanə Əli

Filmi səsləndirənlər

redaktə
Şahmar Ələkbərov — Dövlət bəy (Tofiq Mirzəyev) (titrlərdə yoxdur)
Əzizağa Qasımov — Qara əmi (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)

Mustafa Süleymanov (aktyor) - Mövlanə Əli (Yusif Haqverdiyev) (titrlərdə yoxdur)

İstinadlar

redaktə
  1. Teymurləngin ordusunda çətir tutan “əsgər”: Rasim Balayev və Xalidə Quliyeva “Nəsimi” filminin kadrarxası məqamlarından danışır //Azadlıq.- 2015.- 2 fevral.- S.14.
  2. Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 142.
  3. Gülşən Raufqızı. ""Nəsimi" filminin KADRARXASI: "Teymurləngin papağı Bakıda qalmışdı, Mərəzədə 5 min adam gözləməli oldu"" (az.)). modern.az. 2015-01-31. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
  4. "Rasim Balayev 45 illik sirri açdı: "Nəsimi" yeganə filmdir ki..."". 2018-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.
  5. “İki film bərpa edilib” [Kinorejissor Həsən Seyidbəylinin yubileyi münasibətilə bərpa olunub Dövlət Film Fonduna daxil olan "Dədə Qorqud" və "Nəsimi" filmləri barədə] //Ayna.-2010.- 19 iyun.- səh.19.
  6. ""Nəsimi" filmi yeni versiyada təqdim ediləcək". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
  7. Lider TV. "Səda — Rasim Balayevin doğum günüdür (08.08.2016)" (az.). Youtube.com. 08.08.2016. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-10.

Mənbə

redaktə
  • "Kino yenilikləri" qəzeti. 11 yanvar 1974-cü il.
  • C. Məmmədov. "Coşqun ilham". "Kommunist" qəzeti. 3 yanvar 1981-ci il.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 34; 154; 269; 383.
  • E.Quliyev, C.Mirzəliyev. Rasim Balayev. Bakı: 1999, səh. 16.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 143; 180; 196-198; 258.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
  • Ayxan. "Nəsimi" və "Dədə Qorqud" bərpa olundu: Hər iki film Filmfonda verilib //Ekspress.- 2010.- 19-21 iyun.- S. 12.
  • “Nəsimi” filminin KADRARXASI: “Teymurləngin papağı Bakıda qalmışdı, Mərəzədə 5 min adam gözləməli oldu”
  • Aydın Dadaşov. "Bizim kino". Həsən Seyidbəylinin "Nəsimi" filmi haqqında. 16.01.2016 Arxivləşdirilib 2018-07-13 at the Wayback Machine
  • “Nəsimi” filmi yeni versiyası haqqında. İstipress. 19 dekabr 2019-cu il

Xarici keçidlər

redaktə

Filmin musiqisi

redaktə
Musiqi-1