Nüzgar

Cəbrayıl rayonunda kənd

NüzgarAzərbaycan Respublikasının Cəbrayıl rayonunun Quycaq kənd inzibati ərazi dairəsində kənd.[1][2] Araz düzündə, Cəbrayıl şəhərindən 17 km şərqdə yerləşir. Hazırda kənddə yaşayış yoxdur.[3]

Nüzgar
39°24′55″ şm. e. 47°13′28″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 340 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Nüzgar xəritədə
Nüzgar
Nüzgar

Toponimikası

redaktə

Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, kəndi vaxtilə Ermənistanın Qarakilsə, Icevan, Kankeravan, Saxkunq, Çatqıran adlı yaşayış məntəqələrindən gəlmiş erməni ailələri qədim yaşayış məskəninin xarabalıqları yanında qamışlı, sucaq ərazidə salmışlar. XIX əsrə aid mənbələrdə kəndin adı Nüzgar (erm. Nuqzar) formasında qeydə alınmışdır. "Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti"nə görə, kəndin adı farsca "neyzar" sözündən götürülüb, bu da "qamışlıqlar" deməkdir. Kəndin ərazisində indi də qamışlı sahələr vardır.[2]

Kənd İran Azərbaycanından olan köçkünlər tərəfindən, qamışlarla örtülmüş və "Qargunun evi" adlanan köhnə bir kəndin xarabalıqları üzərində salınmışdır.[2]

Rusiya İmperiyası dövründə Nüzgər kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi.

Sovet dövründə kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun tərkibində idi. Kənd Birinci Qarabağ müharibəsi zamanı Ermənistan qüvvələri tərəfindən işğal olunmuşdur.

27 sentyabr 2020-ci il tarixində, İkinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Müdafiə Nazirliyi Nüzgər kəndinin azad edildiyini elan etdi.[4][5] BBC daha sonra bildirdi ki, peyk görüntülərinə əsasən, Azərbaycanın cənubda azad etdiyini bildirdiyi bütün kəndlər xarabalıq halındadır və 1990-cı illərin əvvəllərində ermənilərin hücumlarından qaçan Azərbaycan əhalisi tərəfindən tamamilə və ya demək olar ki, tamamilə tərk edilmişdir.[6]

Əhalisi

redaktə

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının Quycaq kənd dairəsinin Nüzgər kəndində 47 ev var idi və burada 202 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş) kəndli yaşayırdı.[7]

1912-ci il "Qafqaz Təqvimi"nə görə, Qaryagin qəzasının Nüzgər kəndində 394 nəfər yaşayırdı, onların əksəriyyəti azərbaycanlılar idi və təqvimdə "tatar" kimi göstərilmişdir.[8]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. 1 2 3 Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II. Б.: Şərq-Qərb. Под ред. Р. Алиевой. 2007. 140. ISBN 978-9952-34-156-0.
  3. "As fighting rages, what is Azerbaijan's goal?". Eurasianet.org (ingilis). 4 October 2020. 4 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2020.
  4. "Азербайджанская армия освободила от оккупации ряд населенных пунктов". Report İnformasiya Agentliyi (rus). 2020-09-27. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  5. "Азербайджан заявил, что взял под контроль 6 поселков, Армения опровергает". pravda.com.ua. 2020-09-27. 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  6. "Война в Карабахе, первая неделя: новая роль Турции и решимость Азербайджана". ВВС. 2020-10-04. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.
  7. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. Тф. 1893. 235.
  8. Kavkazskiy kalendar. Tiflis. 1911. 191.