Murad Babayev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Murad Köçəri oğlu Babayev (10 dekabr 1951, Şükürbəyli, Cəbrayıl rayonu – 6 yanvar 2013, Bakı) — 1991–1992-ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru.
Murad Babayev | |
---|---|
26 noyabr 1991 – 14 oktyabr 1992 | |
Əvvəlki | İsmət Qayıbov |
Sonrakı | İxtiyar Şirinov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 dekabr 1951 |
Doğum yeri | |
Vəfat tarixi | 6 yanvar 2013 (61 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Rütbəsi |
III dərəcəli dövlət ədliyyə müşaviri |
Həyatı
redaktəMurad Babayev 10 dekabr 1951-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində Sosialist Əməyi Qəhrəmanı Babayev Köçəri Oruc oğlunun ailəsində anadan olub. 1968–1973-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq, 1977–1980-ci illərdə Bakı şəhərində açılmamış ölüm hadisələri üzrə müstəntiq, 1982-ci ildə Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb.
1987-ci ildə Azərbaycan Respublikası Baş prokurorunun müavini, 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilib. 1992-ci ilin sonunda vəzifəsindən istefa verib. 1993-cü ilin fevralında Bakı şəhər Nəqliyyat prokuroru təyin edilib. 7 il bu vəzifədə işləyəndən sonra təqaüdə çıxıb. Bundan sonra Təfəkkür Universitetində hüquq kafedrasının müdiri işləyib.
Ailəlidir, bir qız və bir oğul atasıdır.
6 yanvar 2013-cü ildə 62 yaşında ürək tutmasından dünyasını dəyişib.[1]
İstinadlar
redaktə- ↑ "Azərbaycanın keçmiş baş prokuroru vəfat edib". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.