Mixail Speranski
Qraf Mixail Speranski (1 (12) yanvar 1772[1][2][…] – 11 (23) fevral 1839[1][2][…] və ya 23 fevral 1839[3], Sankt-Peterburq[4]) — Rusiya imperiyasının dövlət xadimi, millət vəkili, islahatçı.
Mixail Mixayloviç Speranski | |
---|---|
Михаил Михайлович Сперанский | |
Doğum tarixi | |
Doğum yeri | Çerkutino kəndi, Vladimir quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq, Rusiya imperiyası |
Dəfn yeri |
|
Uşağı | Yelizaveta Mixaylovna |
Fəaliyyəti | dövlət xadimi, siyasətçi, hüquqşünas, filosof |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
I Pavelin qətlindən sonra hakimiyyətə gəlmiş I Aleksandrın islahatların layihələrinin müzakirəsinə cəlb etdiyi saray əyanlarından biridir. İstedadlı mütəfəkkir və dövlət xadimi Mixail Mixayloviç Speranski imperatorun yaxın adamına çevrilənə kimi bəzi dövlət təsisatlarının nisbətən kiçik problemləri və bəzi ayrı-ayrı islahatların müzakirəsində iştirak edirdi. I Aleksandrın tapşırığı ilə Speranski imperiyanın dövlət quruluşunun təkmilləşdirilməsi üçün bir sıra layihələr, mahiyyət etibarilə Rusiya konstitusiyasının layihələrini hazırlamışdır. Layihələrin bir hissəsi 1802-1804-cü illərdə yazılmışdır; 1809-cu ildə geniş "Dövlət qanunnamələrinə giriş", "Rusiya imperiyasının dövlət qanunları külliyyatı layihəsi" və bunlarla əlaqədar olan qeydlər və layihələr hazırlamışdır.
İstinadlar
redaktə- ↑ 1 2 Сперанский, Михаил Михайлович (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1900. Т. XXXI. С. 188–192.
- ↑ 1 2 Середонин С. М. Сперанский, Михаил Михайлович (rus.). // Русский биографический словарь / под ред. А. А. Половцов СПб: 1909. Т. 19. С. 193–240.
- ↑ Педагоги и психологи мира (rus.). 2012.
- ↑ Сперанский Михаил Михайлович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.