Ser Maykl Filip (Mik) Caqqer (ing. Sir Michael Philip (Mick) Jagger; 26 iyul 1943, Dartford) — britaniyalı rok musiqiçi, aktyor, prodüser, Rolling Stones qrupunun qurucusu və vokalisti.

Mik Caqqer
Mick Jagger
Mik Caqqer 2014-cü ildə
Mik Caqqer 2014-cü ildə
Ümumi məlumatlar
Doğum adı Michael Philip Jagger
Doğum tarixi (81 yaş)
Doğum yeri Dartford, Kent, İngiltərə
Uşaqları 8, 9
Musiqiçi məlumatları
Fəaliyyəti aktyor, müğənni-mahnı yazarı, gitaraçı, bəstəkar, müğənni, film prodüseri, şair, musiqi prodüseri, prodüser
Fəaliyyət illəri 1960-indiyədək
Janrlar
Musiqi aləti vokal
Səs tembri bariton
Albom şirkətləri
Əlaqələri
Təhsili
Üzvlüyü
Mükafatları Cəngavər bakalavrı
mickjagger.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk illər

redaktə

Maykl Caqqer 26 iyul 1943-cü ildə İngiltərənin Dartford şəhərində dünyaya gəlib.[2] Onun ailəsinin incəsənətlə heç bir əlaqəsi olmayıb. Atası Basil Fanshawe "Joe" Jagger (13 aprel 1913 – 11 noyabr 2006) məktəbdə müəllim işləyirdi, anası Eva Ensley Mary (6 aprel 1913 – 18 may 2000) isə bərbər,[3] həmçinin Mühafizəkarlar Partiyasında koordinator idi. Caqqerin kiçik qardaşı Kris Caqqer (19 dekabr 1947) də musiqiçidir.[4] Valideynlər oğlunu iqtisadçı kimi görmək arzusunda idilər. Ona görə də çalışırdılar ki, onu nüfuzlu London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə qəbul etsinlər.

Mayklı təhsil çox az maraqlandırırdı. Mahnı oxumaq uşaqlıqdan onun ən sevimli məşğuliyyəti idi və o, ümid edirdi ki, nə vaxtsa böyük səhnəyə gələcək. Caqqerin sözlərinə görə, o həmişə oxumaq istəyirdi və nə qədər ucadan oxuyurdusa ona daha yaxşı idi. O, bir dəfə oxuyan zaman təsadüfən dilinin ucunu dişlədi. Bu məzəli, amma bir o qədər də xoşagəlməz fakt gənc oğlanın rok musiqiçi olmaq istəyini möhkəmləndirdi.

1958-ci ildə dostu Dik Teylorla birlikdə «Little Boy Blue & The Blue Boys» kollektivini qurdu. İki il sonra dəmir yolu stansiyasında uşaqlıq dostu Kit Riçardsla qarşılaşır. Maykl əlində val qalağını tutmuşdu və Kit onunla musiqi haqqında danışmağa başladı. Məlum oldu ki, köhnə dostlar blüzurok-n-rollu sevirlər. Riçards gitarada pis ifa etmirdi, ona görə də Caqqer onu yeni yaranmış qrupa dəvət etdi.

Tezliklə kollektiv London klublarında və pablarında çıxış etməyə başladı. Rok qrup barabançı Çarli Uotts və basçı Bill Uaymenlə tamamlanaraq «Blues Incorporated» adını aldı. 1962-ci ildə «Marquee» klubunda çıxış edərək, kollektiv üzvləri bəyan etdilər ki, onlar bundan sonra «Rolling Stones» adlanır. Elə bu ərəfədə Maykl Mik Caqqer oldu.

Şöhrətin zirvəsində

redaktə

«Rolling Stones»un üslubu Çak Berri, Bo Diddli, Robert Conson və Maddi Uoters musiqilərinin təsiri altında formalaşmışdır. Ancaq zamanla onların səslənməsi və səhnə obrazı dəyişməyə başladı və artıq onlar dəbi diktə etməyə başladılar. Kollektivin imicinin hazırlamasında böyük rol Caqqerə məxsusdur. Onun səhnədə yaratdığı obraz unikaldır. Bir vaxtlar yumşaq olmuş qeyri-adi səs, bəzən kobud, şəhvətli təbəssüm, enerjililik, təcavüz, və eyni zamanda əzilib-büzülmə və gicbəsərlik – bütün bunlar «Rolling Stones»un ayrılmaz hissəsi oldu, amma Mik Caqqeri ən məşhur rok musiqiçilərdən biri etdi.

1963-cü ildə qrup musiqi Olimpinə doğru sürətlə hərəkət etməyə başladı. Bir il sonra musiqiçiləri The Beatles ilə bir səviyyəyə qoyurdular. Bir-birinin ardınca müvəffəqiyyətli albomlar çıxmağa başladı: «Aftermath» (1966), «Between the Buttons» (1967).

Qrup məşhurluğu təkcə güclü və enerjili musiqinin sayəsində almadı, həm də mahnıların mətnləri ilə məşhurluq qazandı. Caqqer əsərlərində din, mühafizəkarlıq və qadın cinsi üzrə sarsıdıcı zərbələr vurdu. Nihilizm və amansız tənqid onun yaradıcılığının ayrılmaz hissəsinə çevrilmişdir. 1970-ci illərdə Rolling Stones məşhurluğunun zirvəsində olub. Bu albomlar: «Sticky Fingers» (1971) və «Exile on Main St.» (1972) daha sonra «rok kvintessensiyası» adlandırılmışdılar.

Musiqiçilər daim qalmaqallarda ləkə yaxmış öz reputasiyasına diqqət yetirmədən irəli gedirdilər. Beləliklə, 1967-ci ildə Miki narkotik saxladığına görə üç ay müddətinə həbs cəzasına məhkum etdilər. Yalnız vəkillərin sayəsində hökm şərtini azad olmaya əvəz etdilər.[5] Caqqer daim KİV-in diqqət mərkəzində idi, axı o, sadəcə kumir deyildi, həm də yeni nəsil üçün əsl Tanrı idi.[6]

1980-cı illərdə Rolling Stones qrupu bütün dünya üzrə çıxış edirdi, lakin Mik solo karyerası ilə məşğul olmaq qərarına gəlir. İlk valı «Shes The Boss» (1985) onu uğura apardı və olduqca məşhurluq qazandı. 1987-ci ildə Caqqerin ikinci «Primitive Cool» albomu çıxdı, 1993-cü ildə isə üçüncü «Wandering Spirit» albomu işıq üzü gördü. Bütün bu albomlar böyük uğura malik idi.

Mik Caqqer indiyədək «Rolling Stones»un əsas ilham mənbəyi və frontmenidir. Bundan başqa, o, solo karyerasına da son qoymur, 2010-cu ildə isə yeni kollektiv «Superheavy»in üzvü olub.[7] 2016-cı il 2 dekabrda 11 illik aradan sonra «Rolling Stones» ilə tamamilə blüz üslubunda olan «Blue & Lonesome» albomunu çıxartmışdır.

Aktyor və film istehsalı

redaktə

Onun enerjisi təkcə musiqiyə deyil həm də filmə çatır və o, burada da müvəffəqiyyət əldə edib. Viktoriya Perman ilə birgə film istehsalıyla məşğul olan «Jagged Films» adlı kinoşirkət yaradıb. Mik özü də filmlərdə çəkilir. Məsələn, onun iştirakı ilə 2008-ci ildə «Beyker stritdə oğurluq» filmi çıxıb.

Şəxsi həyat

redaktə

Münasibətlər

redaktə

Caqqerin şəxsi həyatı həmişə qəzetlərin əsas mövzusu idi. Musiqiçi tərəfindən bir dəfə deyilmiş «Seks, narkotik və rok-n-roll» ifadəsi onun coşqun həyatını tamamilə səciyyələndirir. Son zamanlar narkotik və alkoqollardan özünü saxlasa da onun ehtirası azalmır. Mikin sözlərinə görə, onun yatağında 5 min qadın olub.

1971-ci ildə Caqqer, ona qız övladı dünyaya gətirən Byanka De Masias-la evləndi. 8 il sonra Byanka musiqiçidən ayrıldı, o bu addımını ona daim xəyanət etməklə əsaslandırmışdı.[8][9][10]

O, öz ikinci arvadı Cerri Holl ilə İndoneziyada qarşılaşdı.[11] Onlar uzun müddət qeyri-rəsmi nikahla yaşayırdılar, 1990-ci ildə isə öz münasibətlərini qanuniləşdirdilər. 1999-cu ildə dağılan bu izdivacdan Caqqerin iki oğlu və iki qızı var.

Bundan başqa, onun Marşa Hantadan[12] qızı və Lusiana Himenesdən bir oğlu var.

2001-2014-cü illərdə rokçu model Skott L'Ren-lə də yaşayırdı.[13]

2014-cü ildən amerikalı balerina Melani Hemriklə qeyri-rəsmi nikahda yaşayır. Melani Hemrik onun 8-ci övladını dünyaya gətirəcək. Övladını dünyaya gətirəndən sonra Hemrik Londonu tərk edərək Los-Ancelesə, yaxud da Konnektikutdakı evinə köçmək niyyətindədir.

Uşaqları

redaktə

Roker Mik Caqqerin iki nikahdan 7 övladı var. O, Corciya Mey, Ceyd, Keris və Elizabet adlı qızların, Lukas, Ceyms və Qebriel adlı oğulların atasıdır. Bununla bahəm, onun 4 nəvəsi və bir nəticəsi var. 2014-cü ildə onun 21 yaşlı nəvəsi Assizi Caqqer ana olub.[14][15]

Bir dəfə cavanlıqda Caqqer bildirib ki, 40 yaşında səhnədən gedəcək, çünki «Rolling Stones»un özünü parodiya edəcəyini görmək istəmirdi. Bununla belə, qrup indiyə qədər müvəffəqiyyətlə qastrola çıxır və onun əsas ilhamverəni gümrahdır, qoçaq və batmayandır.

Diskoqrafiya

redaktə

Solo albomlar

redaktə
İl Albom təfərrüatları
1985 She's the Boss
  • Çıxış tarixi: 21 fevral 1985
  • Albom şirkəti: CBS Records
1987 Primitive Cool
  • Çıxış tarixi: 14 sentyabr 1987
  • Albom şirkəti: CBS Records
1993 Wandering Spirit
  • Çıxış tarixi: 9 fevral 1993
  • Albom şirkəti: Atlantic Records
2001 Goddess in the Doorway
  • Çıxış tarixi: 19 noyabr 2001
  • Albom şirkəti: Virgin Records

Tərtibi

redaktə
İl Albom təfərrüatları
1985 The Very Best of Mick Jagger
  • Çıxış tarixi: 1 oktyabr 2007
  • Albom şirkəti: Atlantic/Rhino Records

Filmoqrafiya

redaktə

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. 1 2 McGovern U. Chambers Concise Biographical Dictionary. Edinburq: Chambers Harrap, 2003. ISBN 978-0-550-10062-7
  2. Anon. "Baptism entry for Mick Jagger, rock musician, from the registers of Dartford St. Alban for 6 October 1943". Medway City Ark Document Gallery. Medway Council. 2009-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2009.
  3. Barratt, Nick. "Family detective: Mick Jagger". The Daily Telegraph. London, UK. 24 noyabr 2006. 19 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2011.
  4. "Chris Jagger biography at". Allmusic. İstifadə tarixi: 31 dekabr 2009.
  5. Andersen, pp.148–49
  6. Greenspan, Edward (editor), Regina v. Richards 49 C.C.C. (2d), Canadian Criminal Cases (1980), Canada Law Book. p. 517–27
  7. Greene, Andy. "Mick Jagger Forms Supergroup with Dave Stewart, Joss Stone and Damian Marley". Rolling Stone. 20 may 2011. 7 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2011.
  8. Nicholas Fonseca, Limited Engagement Arxivləşdirilib 2012-01-12 at the Wayback Machine, Entertainment Weekly
  9. "Landlord files to have Bianca Jagger evicted". CNN. 6 aprel 2005. 18 August 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2010.
  10. "Bianca Jagger bio at Huffington Post". Huffington Post. 31 January 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2011.
  11. Fonseca, Nicholas. "Limited Engagement". Entertainment Weekly. 18 May 2001. 12 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 May 2011.
  12. Ann Kolson, "Marsha Hunt's Life is Filled with 'Joy': The Irrepressible Performer has Mick Jagger in her past, old ties to Philadelphia, and a New Book", Philadelphia Inquirer, 16 fevral 1991.
  13. "MICK JAGGER DONATES CENTRAL SAINT MARTINS SCHOLARSHIP TO HONOR L'WREN SCOTT" Arxivləşdirilib 2016-12-21 at Archive.today. Fashionista. Retrieved 9 November 2016
  14. Reed, Ryan. "Mick Jagger Becomes a Great-Grandfather". Rolling Stone. 19 may 2014. 17 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2014.
  15. "72 yaşlı Mik Caqqerin 8-ci övladı olacaq". Milli.az. 15 iyul 2016. 2016-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2016.