Mezuza
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mezuza (idiş מזוזה) İvrit sözü olan mezuza "qapı yamacı" deməkdir. Mezuza, qapıya vurulan ağac, plastik, metal şüşə və analoji materiallardan hazırlanmış bir parçadır.
Məzmunu
redaktəSoldan sağa tikilən bu parça, Tövratın Devarim (6: 4–9 və 11: 13–21) bölümlərində Şema və Veaya mətnlərini ehtiva edir. İstifadə olunan parça adətən bir heyvanın dərisindən hazırlanır. Orfoqrafiya qaydaları Sefer Tora proqram qaydaları ilə eynidir. Mezuza parçaları əl ilə yazılır, mətbəə yazıları istifadə edilə bilməz. Mezuzanın xarici tərəfində müqəddəs bir məna verən "Şaday" yəni "hər şeyə qadir" ifadəsi qeyd edilir. "Şaday" eyni zamanda "Şomer Dlatot Yisrael" yəni, "İsrail qapılarının keşikçisi və ya qoruyucusu" sözlərinin baş hərflərindən ibarətdir.[1]
Forması
redaktəYəhudi evlərinin giriş qapısının sağ tərəfində, Tövratdan olan mətnlərdən ibarət qoyulmuş bir qutu və evin qapısına ilişdirilmiş bir qutu parçası. İvrit dilində "mezuza" qapıya yapışdırılan və ya quraşdırılan yamaca deyilir. Yalnız bu fərqlə ki, düzəldilib yapışdırılmış və ya quraşdırılmış taxta və ya metal qutuda Tövratın "qanunun təkrarı" kitabından mətnlər yazılır. Xüsusilə "Dinlə, ey İsrail: Allahımız Yehova tək olan Yehovadır" (6:4–9 və 11:13–21) və ya "İsrail qapılarının qoruyucusu" cümləsinin baş hərflərindən olan "Şaday" ifadəsi yazılır. Mezuza evin əsas xarici qapısına, hamam və tualet istisna olmaqla, bütün digər qapıların sağ tərəfinə, yamac və xüsusi bir dua ilə mismarlanır. Hər bir dindar yəhudi evdən çıxıb evə girərkən barmaqları ilə mezuzaya toxunur və onu öpür. Mezuzalar Sofer adlı xəttatlar tərəfindən bir kaşer (halal) heyvanın dərisinə mürəkkəb və qamış qələm ilə yazılır. Yəhudi inancına görə, qapılara vurulmuş mezuzalar ən azı yeddi ildə iki dəfə açılmalı və kontrol edilməlidir. Mürəkkəblərdə bir sızma varsa, dərhal bir ravvinə aparılır və dəyişdirilməsi lazımdırsa yenisi ilə əvəz olunur.[2]