Materik
Materik — yerin su ilə əhatə olunmuş böyük bir hissəsi.[1] Bu, Yerin geoloji inkişafı zamanı onun xarici təbəqələrinin fiziki-kimyəvi və qravitasiya təsnifatı nəticəsində əmələ gələn mürəkkəb tərkibli heterotektik cisimlərin məcmusudur. Materiklərin sahəsində əks olunan irimiqyaslı geoloji strukturların mövcudluğu iki əsas tipə – geosinklinallara və platformalara təsnif edilir. Qitələr üçün xarakterik olan ərazi növləri düzənlik və dağlardır.[2] "Materik" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "qitə" termini də istifadə olunur.[3][4]
Materiklər
redaktəMaterik yer qabığının, quru şəklində dəniz səviyyəsindən yuxarıda yerləşən, ən böyük massividir. Onun kənarları dəniz altında olur. Müasir geoloji dövrdə 6 materik vardır.[5]
Adı | Sahəsi
milyon km2-lə |
Orta hündürlüyü
m-lə |
Ən hündür nöqtəsi,
m-lə |
Avrasiya | 53,4 | 960 | Comolunqma dağı- 8848 |
Afrika | 30,3 | 750 | Kilimancaro dağı- 5895 |
Şimali Amerika | 24,2 | 720 | Mak-Kinli dağı-6194 |
Cənubi Amerika | 18,2 | 590 | Akonkaqua dağı-6960 |
Antarktida | 14,0 | 2200 | Markhem dağı-4572 |
Avstraliya | 7,7 | 340 | Kostyuşko dağı- 2234 |
Materiklər üzrə | 147,8 | 850 | Comolunqma dağı- 8848 |
Avrasiya
redaktəSahəsi 54 mln km² olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3 hissəsini əhatə edir. Ucqar nöqtələri. Şimalda –Çelyuskin burnu, cənubda-Piay burnu, qərbdə-Roka burnu, şərqdə-Dejinyov burnu. Avrasiya 3 yarımkürədə yerləşir. Materikin ucqar qərb və şərq hissəsi Qərb yarımkürəsində yerləşir. O, bütün okeanlarla həmsərhəddir. girintili-çıxıntılıdır. Skandinaviya yarımadası sahillərində dalğaların dağıdıcı fəaliyyəti nəticəsində fiord tipli sahillər formalaşıb. O, şimal-şərqdən Berinq boğazı ilə Şm. Amerikadan, Cəbəllütariq boğazı, Aralıq və Qırmızı dəniz, Süveyş kanalı və Bab-Ül-Məndab boğazı ilə Afrikadan ayrılır.
Cənubi Amerika
redaktəCənubi Amerikanın sahəsi 18 mln km² olub dünyanın böyüklüyünə görə 4-cü materikidir. O, şimaldan Panama kanalı vasitəsilə Şm. Amerikadan, şərqdə Atlantik okeanı, qərbdə Sakit okean, cənubda Dreyk boğazı vastəsi ilə Antarktidadan ayrılır. Amerika bütövlükdə qərb, qismən şimal, qalan hissəsi isə cənub yarımkürəsində yerləşib. Uçqar nöqtələri Şimalda Qalinas burnu, cənubda Frouord burnu, qərbdə Parinyas burnu, şərqdə Kabu-Branku burnudur. Ekvator Cənubi Amerikanın ucqar şimalından keçir.
Avstraliya
redaktəAvstraliya dünyanın ən kiçik materiki olub, sahəsi 7,6 mln2 km-dir. Ucqar nöqtələri. Şimalda-York burnu, cənubda- Cənub-şərq burnu, qərbdə-Stip-Poynt burnu, şərqdə- Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır. O, qərbdən Hind, şərqdən Sakit okeanı ilə əlaqələnib. ən iri körfəzi –Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Tasman adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib. Bu səbəbdən burada iri liman şəhərləri yoxdur.
Afrika
redaktəAfrika Avrasiyadan sonra dünyanın 2-ci böyük materiki olub, sahəsi 30,3 mln km²-dir. Ucqar nöqtələri — 4 yarımkürədə yerləşir. Şimalda: Əl-Əbyad burnu (və ya Ras-Engela), cənubda Iynə burnu, qərbdə Almadi, şərqdə Ras-Xafin burnu, Ekvator Afrikanı 2 bərabər hissəyə bölür. Afrikanın 2/3 hissəsi şimalda, 1/3 hissəsi isə cənubdadır. Sahil xətti zəif parçalanıb. Ən iri körfəzi Qvineya, ən iri adası Madaqaskar, ən iri yarımadası Somalidir. Sahilləri çox zəif parçalandığından yarımadaları çox azdır. Afrika qərbdən Atlantik, şərqdən Hind okeanları ilə əhatə olunub. Afrika Aralıq dənizi və Cəbəllütariq boğazı ilə Avropadan; Süveyş kanalı, Qırmızı dəniz və Bab-Əl-Məndəb boğazı ilə Asiyadan ayrılır. Afrika sözü qədimdə Afrikanın şimalında yaşamış bərbər tayfalarının birinin adından götürülüb.
Antarktida
redaktəSahəsi 14 mln km² olan Antraktida cənub, şərq və qərb yarımkürələrində yerləşib, Sakit, Hind və Atlantik okeanının suları ilə əhatələnib. Antarktidaya ən yaxın materik C. Amerika olub, ondan Dreyk boğazı vasitəsilə ayrılır. Materikin 97%-i qalın buz qatı ilə örtülüb. Buzun orta qalınlığı 2000 m, maksimum qalınlığı 4500 m-dir. Bu səbəbdən o, dünyanın ən hündür materiki sayılır. Bu buz örtüyündə dünyanın bütün şirin sularının 87%-i toplanıb. Buzlaqların yaranmasının əsas səbəbi materikin qütb dairəsində yerləşməsi soyuq okean cərəyanlarının təsiridir. Materikin kənarındakı buzlaqlar hərəkət edərək aysberqləri yaradırlar. Əgər bu buzlaqlar əriyərsə dünya okeanının sahəsi 62 m qalxar.
Şimali Amerika
redaktəŞimali Amerika – Qərb yarımkürəsində, Amerika qitəsinin şimal hissəsinə verilən şərti ad. Şimali Amerika materikinin sahəsi 24.247 milyon km. Sahil xəttinin uzunluğu 60 milyon km-dən çoxdur. Materikin parçalanmış şimal sahili çoxlu sayda körfəz və adalardan ibarətdir. Dünyanın ən böyük adası sayılan Qrenlandiya da burada yerləşir.
Materikin ilk kəşfi • "Amerikanın kəşfi" deyəndə məhz Şimali Amerikanın kəşfi nəzərdə tutulur. • Materikin kəşfini bir neçə mərhələyə ayırmaq olar. Arxeoloji tapıntılar əsasında müəyyən olunmuşdur ki, Amerikaya ilk öncə 30–40 min il bundan əvvəl asiyalılar gəlmişlər. • O zaman Berinq boğazı olmamışdır. İndiki Asiya ilə Şimali Amerika bitişik ərazi imiş və asiyalılar da oradan Alyaskaya köç edib məskunlaşmışlar. • Sonradan isə onlar cənub istiqamətində yayılmışlar.
Materikin avropalı kəşfi • Asiyalılardan xeyli sonra, təxminən VII – X əsrlərdə vikinq lər və qədim norman dənizçiləri Şimali Amerikanın sahillərinə yaxınlaşmışlar. Lakin vikinqlərin Nyufaundlend adasına üzmələri epizodik xarakter daşımışdır. Odur ki, bunu Amerikanın avropalılar tətəfindən fəthi kimi qiymətləndirmək olmaz. • Amerikanın sözün əsl mənasında fəthi yalnız Xristofor Kolumb 1492-ci ildə Amerika materikini kəşf etdikdən sonra mümkün olmuşdur.
Materikin yerli əhalisi • XV əsrdə Şimali Amerika əhalisinin sayı təqribi hesablamalara görə 12–16 mln. nəfər imiş. Bunlar yalnız yerli aborigenlər imiş və qəbilə şəklində yaşayırmışlar. Mayya, astek, ink, siu, aleut həmin qəbilələrin ən böyükləri və tanınanları imiş. • Şimali Amerikada Kanada, Amerika Birləşmiş Ştatları, Meksika və Mərkəzi Amerika bölgəsi dövlətləri yerləşir
İstinadlar
redaktə- ↑ "Milli tarix ensiklopediyası". 2011-01-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-28.
- ↑ Мұнай және газ геологиясы терминдерінің орысша-қазақша түсіндірме сөздігі. Жалпы редакциясын басқарған Қазақстанға еңбегі сіңген мұнайшы — геологтар Т.Н. Жұмағалиев, Б.М. Қуандықов. 2000 жыл. — 328 бет.
- ↑ КОНТИНЕНТ Arxivləşdirilib 2018-01-01 at the Wayback Machine // Большая российская энциклопедия. Электронная версия (2016); Дата обращения: 31.12.2017
- ↑ Континенты // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- ↑ Materik // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.