Maruqame (şəhər)

Yaponiyanın Kagawa Prefekturasında şəhər
(Maruqame səhifəsindən yönləndirilmişdir)

Meruqame (丸亀市, Marugame-shi?)Yaponiyanın Kaqava prefekturasında yerləşən şəhər.

Maruqame
yap.
Bayraq Gerb
Bayraq Gerb
34°17′22″ şm. e. 133°47′52″ ş. u.HGYO
Ölkə  Yaponiya
Region [[Şikoku regionu]]
Prefektura [[Kaqava prefekturası]]
Mer Tetsudzi Arai
Tarixi və coğrafiyası
Əsası qoyulub aprel 1899
Sahəsi 111,79 km²
Saat qurşağı UTC+9
Əhalisi
Əhalisi 110.466 nəfər (2014)
Sıxlığı 988,16 nəf./km²
Milli tərkibi yaponlar
Rəsmi dili yapon dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 763-8501
Digər
city.marugame.lg.jp  (yap.)
Xəritəni göstər/gizlə
Maruqame xəritədə
Maruqame
Maruqame
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2014-cü ilin məlumatına görə şəhərin əhalisi 110.466 nəfərdir, hər km² ərazidə 988,16 nəfər yaşayır. Şəhərin sahəsi 111,79 km²-dir. Maruqame şəhəri allüvial düzənliyin mərkəzində yerləşir.

 
Maruqame qalası.

Maruqame şəhəri Meydzi dövründə — 1899-cu ilin aprelində yaradılmışdır. Maruqame Yaponiyada şəhər kodu verilmiş 53-cü şəhər idi. 1940-cı illərdən 1950-ci illərə qədər (Söva dövrü) şəhərin şərqində yerləşən ərazi və bir neçə ada şəhərə birləşdirilmişdir. 1999-cu ildə (Heysey dövrünün 11-ci illiyi) Maruqame şəhəri 100 illik yubileyini qeyd etmişdir.

22 mart 2005-ci ildə Ayauta və Hanzan şəhərləri (keçmiş Ayauta rayonun tərkib hissəsi idilər) Maruqame şəhərinə birləşdirilmiş və müasir Maruqame şəhəri yaradılmışdır.

  • Keçmiş Ayauta şəhəri 1959-cu ildə (Söva dövrü) Kumatama və Okada qəsəbələrinin birləşdirilməsi ilə yaradılmışdır. Kumatama qəsəbəsi isə 1951-ci ildə Kurikuma və Tomikuma qəsəbələrinin birləşdirilməsi nəticəsində yaranmışdır.
  • Keçmiş Hanzan şəhəri 1956-cı ildə (Söva dövrü) Sakamoto və Hakundzi qəsəbələrinin birləşdirilməsi ilə yaradılmışdır.

Coğrafiya

redaktə

Şəhər Yaponiyanın Şikoku adasında, Şikoku regionunun Kaqava prefekturasında yerləşir.

2014-cü ilin avqustuna məlumatına görə şəhərin əhalisi 110.466 nəfərdir, hər km² ərazidə 988,16 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi:[1]

1980 94.849 nəfər.
1985 99.628 nəfər.
1990 101.253 nəfər.
1995 106.107 nəfər.
2000 108.356 nəfər.
2005 110.085 nəfər.


Görməli yerləri

redaktə
 
"Reoma World".

Maruqame şəhəri Maruqame qalası ilə tanınır. Bu qala Yaponiyada orijinal taxta tenşusuna sahib 12 qaladan biridir. Qala insanlar tərəfindən hazırlanmış 50 metr hündürlüyündəki təpədə yerləşir.

Maruqame istehsal etdiyi yelpiklər (uçiva) ilə məşhurlaşmışdır. Yaponiyada istehsal olunan yelpiklərin təxminən 90 %-i Maruqame şəhərinin payına düşür.

Maruqame şəhərinin digər görməli yerlərinə aiddir:

  • İyno dağı (Sanuki-Fudzi)[2]
  • Zentsu-dzi məbədi
  • Kotohira məbədi
  • Kotohira Kabuki Teatrı
  • Böyük Seto körpüsü

1947-ci ildən şəhər illik yol qaçışı müsabiqəsi olan Maruqame yarımarafonuna ev sahibliyi edir. Hər ili fevralın əvvəllərində keçirilən müsabiqəyə minlərlə iştirakçı qatılır.[3]Asiya qitəsi üzrə yarımarafon rekordu 2006-cı ildə Kayoko Fukuşi tərəfindən bu müsabiqədə qeydə alınmışdır.[4]

Reoma World

redaktə
 
Maruqame limanı.

Şikoku regionunda əyləncə mərkəzi kimi tanınmış "Reoma World" 20 aprel 1991-ci ildə məhz bu şəhərdə açılmış, amma maliyyə problemlərinə görə 2000-ci ilin avqustunda bağlanmışdır.

2004-cü ildə yeni maddi yardım ilə "Reomo World" yenidən açılmışdır. Əyləncə mərkəzində çoxlu sayda attrkasion, iki restoran, kurort və tema parkı yerləşir. 2009-cu ildə buranı 660.000 nəfər ziyarət etmişdir. Halbuki, 2004-cü ildə bu rəqəm 1,6 milyon idi. Bunun səbəbinin əlverişsiz ictimai nəqliyyatın olması hesab olunur.

Maruqame şəhərində Maruqame Geniçiro-İnokuma Müasir İncəsənət Muzeyi yerləşir. Muzey dəmiryolu stansiyasının şərqində yerləşir. Burada əsəsən Geniçiro İnokumanın əsərləri sərgilənir, amma bəzən böyük sərgilərə də ev sahibliyi edir.

İqtisadiyyat

redaktə
 
Satsuki azaliyası.

Maruqame şəhərinin istehsal etdiyi əsas məhsullara kimyəvi məmulatlar, yelpiklər, parça, düyü, duzarpadır. 1980-ci illərin əvvəllərində şəhərin iqtisadiyyatını inkişaf etdirmək üçün böyük sahilyanı duz sahələri dənizdən təmizlənmişdir. Şəhər ibadətçilər üçün əhəmiyyətli limanıdır. Osaka və Kyoto bölgələrində gələn ibadətçilər Kotohiradakı Kompina məbədinə ibadət etməyə gəlirlər.

Simvolika

redaktə

Şəhərin simvolik ağacı Myrica Rubra, simvolik gülü Satsuki azaliyası hesab olunur.

Qardaş şəhərlər

redaktə

Qalereya

redaktə

İstinadlar

redaktə
  1. Əhalinin sayı buradakı mənbəyə əsaslanır: 1980, 1985, 1990, 1995, 2000 və 2005 illəri üçün.
  2. "Marugame" (ingilis). 2017-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-27.
  3. Ota, Shigenobu (2009–02-02). Marugame Half Marathon Arxivləşdirilib 2017-12-13 at the Wayback Machine. ARRS. Retrieved on 2010–02-07.
  4. Nakamura, Ken (2006–02-05). Fukushi sets Asian Half-Marathon record in Marugame Arxivləşdirilib 2012-10-24 at the Wayback Machine. IAAF. Retrieved on 2010–02-07.

Xarici keçidlər

redaktə