Lev Şerba
Lev Şerba (belar. Леў Уладзіміравіч Шчэрба; 20 fevral (3 mart) 1880[1] və ya 3 mart 1880[1], Sankt-Peterburq[2] – 26 dekabr 1944[2][3][…], Moskva[2]) — Rus və Sovet dilçisi, SSRİ Elmlər Akademiyasının (1943) və RSFSR Pedaqoji Elmlər Akademiyasının[rus.] (1944) akademiki, psixolinqvistikanın, leksikoqrafiyanın və fonologiyanın inkişafına böyük töhfə vermişdir. Fonem nəzəriyyəsinin banilərindən biridir. Rus, slavyan və fransız dillərində ümumi dilçilik üzrə mütəxəssis.
Lev Vladimiroviç Şerba | |
---|---|
rus. Лев Владимирович Щерба | |
Doğum tarixi | 20 fevral (3 mart) 1880[1] və ya 3 mart 1880[1] |
Doğum yeri | |
Vəfat tarixi | 26 dekabr 1944[2][3][…] (64 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahəsi | dilçilik |
Elmi dərəcəsi | Filologiya elmləri doktoru |
Elmi adları |
SSRİ Elmlər Akademiyasının akademiki Rusiya Təhsil Akademiyasının həqiqi üzvü |
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | Boduen de Kurtene |
Tanınmış yetirmələri | Sergey Ojeqov |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLev Vladimiroviç Şerba, Minsk quberniyasının İqumen şəhərində anadan olub (bəzən səhvən, valideynlərinin onun doğumundan əvvəl köçdüyü Peterburq şəhəri doğum yeri kimi göstərilir), lakin Kiyevdə böyümüş, burada 2-ci Kiyev gimnaziyasını qızıl medalla bitirmişdir. 1898-ci ildə Kiyev Universitetinin təbiət fakültəsinə daxil olmuşdur. 1899-cu ildə valideynləri Sankt-Peterburqa köçdükdən sonra Sankt-Peterburq İmperator Universitetinin Tarix və Filologiya fakültəsinə[rus.] keçmişdir. İvan Aleksandroviç Boduen de Kurtenenin tələbəsi olmuşdur. 1903-cü ildə "Fonetikada psixiki element" kompozisiyasına görə Sankt-Peterburq Universitetini qızıl medalla bitirmişdir.
1906–1908-ci illərdə Avropada yaşamış, Leypsiq, Paris, Praqada qrammatikanı, müqayisəli-tarixi dilçilik[rus.] və fonetikanı öyrənmiş, Toskana və Lusatiya (xüsusən Mujakovski) ləhcələrini araşdırmışdır. Bunlarla yanaşı Parisdə J.P. Russlonun eksperimental fonetika laboratoriyasında çalışmışdır. 1909-cu ildən Sankt-Peterburq Universitetinin dosentidir. Ondan əlavə, Qadınlar üçün Ali Kurslarda[rus.], Psixonevroloji İnstitutda, lal-kar müəllimləri və xarici dil müəllimləri üçün kurslarda dərs demişdir. Dilçiliyə giriş, müqayisəli qrammatika, fonetika, rus və köhnə slavyan, latın, qədim yunan kurslarında dərs demiş, fransız, ingilis, alman dillərinin tələffüzünü tədris etmişdir.
1909-cu ildə (indi adının verildiyi) Sankt-Peterburq Universitetində eksperimental fonetika laboratoriyası yaratmışdır. 1912-ci ildə magistr dissertasiyasını ("Rus saitləri keyfiyyət və kəmiyyət baxımından"), 1915-ci ildə doktorluq dissertasiyasını ("Şərqi Lusatiya ləhcəsi") müdafiə etmişdir[4]. 1916-cı ildən — Petrograd Universitetinin Müqayisəli dilçilik kafedrasının professorudur. 6 dekabr 1924-cü ildən — Rusiya Elmlər Akademiyasının Rus dili və ədəbiyyatı şöbəsində müxbir üzvü, 27 sentyabr 1943-cü ildən — SSRİ Elmlər Akademiyasının akademikidir. 1924-cü ildən — Beynəlxalq Fonetiklər Birliyinin fəxri üzvüdür.
1941-ci ilədək Leninqrad Universitetində dərs demişdir. Ömrünün son illərini Moskvada keçirmiş və burada vəfat etmişdi. Vaqankovo qəbiristanlığında dəfn edilmişdir[5].
Oğulları: Dmitriy (1906–1948) — filologiya elmləri namizədi[6][7] və Mixail (1908–1963) — tibb elmləri doktoru[8]. Nəvəsi — ədəbiyyatşünas D.M.Bulanin[rus.]
Fəaliyyəti
redaktəElmi fəaliyyəti
redaktəBoduen de Kurtenedən götürdüyü fonem konsepsiyasını inkişaf etdirmiş və "fonem" termininə onun müasir mənasını vermişdir. Leninqrad (Peterburq) Fonoloji Məktəbinin[rus.] banisidir.
Onun elmi maraqları dairəsində sintaksis, qrammatika, dillərin qarşılıqlı təsir məsələləri, rus və xarici dillərin tədrisi məsələləri, dilin normaları, orfoqrafiya və orfoepiya məsələləri vardı. Sözün elmi və "sadəlövh" mənalarını fərqləndirməyin vacibliyini vurğulamış, lüğətlərin elmi tipologiyasını yaratmışdır. Mənalardan onları ifadə edən formalara keçən aktiv qrammatikanın quruluşu problemini ortaya qoymuşdur (formalardan mənalara keçən ənənəvi, passiv qrammatikanın tam əksinə).
"Dil hadisələrinin üçqat aspekti və dilçilikdə təcrübə haqqında" əsərində dil materialı, dil sistemi və nitq fəaliyyətini fərqləndirmiş və bununla da Ferdinand de Sossürün dil və nitqin fərqləndirilməsi ideyasını inkişaf etdirmişdir.
Şerba inkar dil materialı və linqvistik təcrübə anlayışlarını təqdim etmişdir. Təcrübə apararkən, Şerba hesab edirdi ki, yalnız təsdiqləyici nümunələrdən istifadə etmək vacib deyil, həm də sistematik olaraq inkar edici materialları da nəzərdən keçirmək vacibdir. Bununla əlaqədar olaraq yazırdı: "inkar edici nəticələr xüsusilə ibrətamizdir: onlar, ya qoyulmuş qaydanın səhvliyini, ya da onun bəzi məhdudiyyətlərə ehtiyacı olduğunu, ya da qaydanın artıq mövcud olmadığını və yalnız lüğət faktlarının olduğunu və s. göstərir. "
L. V. Şerba «Глокая куздра штеко будланула бокра и курдячит бокрёнка»[rus.] (Glokaya kuzdra shteko budlanula bokra i kurdyachit bokryonka) ifadəsinin müəllifidir.
1944-cü ildə, ciddi əməliyyata hazırlaşdığı bir dönəmdə, "Dilçiliyin növbəti problemləri"[9][10] məqaləsində bir çox elmi problem barədə öz fikirlərini bildirmişdir.
Alim əməliyyata tab gətirməmiş, bununlada bu iş Lev Vladimiroviçin bir növ vəsiyyəti olmuşdur. Son işində Şerba bu kimi məsələləri gündəmə gətirmişdir:
- Saf (iki dil müstəqil olaraq öyrənilir) və qarışıq (ikinci dil, birincinin vasitəsilə öyrənilir və ona "bağlanır") ikidillilik
- ənənəvi tipoloji təsnifatların qeyri-müəyyənliyi və "söz" anlayışının qeyri-müəyyənliyi ("Söz anlayışı ümumiyyətlə mövcud deyil"- yazır Şerba);
- dil və qrammatikanın qarşıdurması;
- aktiv və passiv qrammatika arasındakı fərq və s.
Aktiv və passiv qrammatikanın fərqi
redaktəŞerbanın fikrincə, eyni bir dili həm danışanın nöqteyi nəzərindən (ifadə edilməli olan mənaya görə dil vasitələrinin seçimi) həm də dinləyicinin nöqteyi nəzərindən (mənalarını təcrid etmək üçün bu dil alətlərini təhlil etmək) təsvir etmək mümkündür. O birincini dilin "aktiv", ikincini isə "passiv" qrammatikası adlandırmağı təklif etmişdir.
Aktiv qrammatika dil öyrənmək üçün çox əlverişlidir, amma praktik olaraq belə bir qrammatikanı tərtib etmək çox çətindir, çünki tarixən əsasən ana dilində danışan insanlar tərəfindən öyrənilən dillər passiv qrammatika nöqteyi nəzərindən təsvir olunur.
Mükafatları
redaktə"Qırmızı əmək bayrağı" ordeni (21.02.1944)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Педагоги и психологи мира (rus.). 2012.
- ↑ 1 2 3 4 5 6 Щерба Лев Владимирович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Л. В. Щерба. Восточнолужицкое наречие. Петроград, 1915. Том 1. С приложением текстов.
- ↑ Артамонов М. Д. Ваганьково. — М.: Моск. рабочий, 1991. — С. 179.
- ↑ "Щерба Дмитрий Львович". Российская национальная библиотека. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
- ↑ "Щерба Дмитрий Львович". Петербургская школа Карла Мая. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
- ↑ "Щерба Михаил Львович". Петербургская школа Карла Мая. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-28.
- ↑ "Щерба. Очередные проблемы языковедения. — 1945 (текст)". ФЭБ. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-22.
- ↑ "Л. В. Щерба: Жизнь и творчество". Архив петербургской русистики. 2012-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-22.
Ədəbiyyat
redaktə- Памяти академика Л. В. Щербы. — Л., 1951.
- Зиндер, Лев Рафаилович, Матусевич, Маргарита Ивановна Л. В. Щерба. Основные вехи его жизни и научного творчества // Щерба Л. В. Языковая система и речевая деятельность. Л., 1974.
- Будагов, Рубен Александрович Академик Л. В. Щерба // Будагов Р. А. Человек и его язык. — 2-е изд. — М., 1976.
- Булахов, Михаил Гапеевич Восточнославянские языковеды: биобиблиографический словарь. Т. 3. — Минск, 1978.
- Теория языка. Методы его исследования и преподавания: к 100-летию со дня рождения академика Л. В. Щербы / отв. ред. Аванесов, Рубен Иванович. — Л.: Наука (издательство), 1981.
- Зиндер Л. Р., Маслов, Юрий Сергеевич. Л. В. Щерба — лингвист-теоретик и педагог. Л.: Наука. Ленингр. отд-ние. АН СССР, Науч. совет по теории сов. языкознания, Ин-т языкознания. 1982.
- Колесов, Владимир Викторович. Л. В. Щерба. Люди науки. М.: Просвещение. 1987.
- Пищальникова, Вера Анатольевна, Потапов, Всеволод Викторович Лев Владимирович Щерба // Отечественные лингвисты XX века: Сб. статей / Отв. ред. Березин, Фёдор Михайлович. Ч. 3. — М.: Институт научной информации по общественным наукам РАН, 2003. — С. 123–148.
Xarici keçidlər
redaktə- Статья на сайте "Летопись Московского университета"
- Статья на сайте "Ярус"
- Биография на ruthenia.ru
- Историческая справка на сайте Архив Российской академии наук
- Выдающийся русский лингвист Лев Владимирович Щерба (1880–1944)
- Л. В. Щерба. Биографические данные
- Л. В. Щерба "О "диффузных" звуках"
- Л. В. Щерба "К вопросу о двуязычии"
- Л. В. Щерба "Новая грамматика"
- Л. В. Щерба "Безграмотность и её причины"
- Л. В. Щерба "Современный русский литературный язык"
- Сто двадцать четыре года со дня рождения автора "глокой куздры"