Kvarsit
Kvarsit – gözlə və ya zərrəbin altında seçilən, kvarsdan təşkil olunmuş, kvars materialı ilə də sementləşmiş dənəvər süxur Geoloji praktikada, demək olar ki, sırf silisium oksidindən (kvars və opal – xalsedon – kvars qarışığı) təşkil olmuş, sıx və bərk süxurlar kvarsit adlandırılır[1].
Kvarsit | |
---|---|
Minerallar | kvars |
Sərtlik | 7 |
Vikianbarda əlaqəli mediafayllar |
Yaranması
redaktəKvarsit kvars qumdaşları və bəzi maqmatik süxurlarin (porfirlər) metamorfizmə uğraması nəticəsində əmələ gəlir[2]. Massiv kvars qumdaşları, habelə aşınma qabıqlarında rast gələn metasomatik mənşəli (hipergen kvarsitlər) dənəvər kvars süxurları da bəzən kvarsit adlanır. Mis kolçedanı yataqlarının oksidləşməsilə bağlı hipergen kvarsit digər süxurlar arasında aydın seçildiyindən, bu fliz üçün axtarış əlamətidir. Güman edilir ki, habelə hidrotermal məhlullarla dəniz dibinə çıxarılan silisium oksidi də, başqa komponentlər (Fe, Mn və b.) iştirak etmədikdə, çox vaxt mikrokvarsitlər adlanan kvarsit linzalarının əmələ gəlməsinə səbəb olur. Kvarsit tikintidə və turşuya davamlı material, əsasən xammal kimi odadavamlı kərpic (dinasin) istehsalında və metaləritmə sənayesində flüs kimi istifadə olunur.[3]
Tərkibi
redaktə- 100–450 mpa
- xüsusi kütləsi, orta hesabla 2,6 q/sm³
- sıxlıq, orta hesabla 2,68 q/sm³
- uzunömürlüyü — 150–300 il
Dəmirli kvarsitlər
redaktəDəmirli kvarsitlər dərin metamorfizmə uğramış kvarslı-dəmirli çöküntülərdir və ya vulkanogen-çökmə süxurlardır. Kembriyəqədər süxurlar içərisində geniş yayılmışlar. Aydınlaylı, adətən incə zolaqlı kvars, silikat-maqnetitli və ya hematitli süxurlarla təmsil olunmuşdur. Ayrı-ayrı nazik laycıqlarda (0,1–20 mm) hər hansı bir mineral (kvars, maqnetit və ya martit, hematit, xlorit, serisit, biotit, amfibol və başqa) miqdarca üstünlük təşkil edir. Dəmirin miqdarı 25–30%-dən çox olduqda, saflaşdırmaq şərtilə sənaye əhəmiyyətli dəmir filizi hesab edilir. Az fosforlu dəmir (maqnetit, martit, hematit) filizlərinin (Fe miqdarı 50% çox) bir çox iri layvari yataqları dəmirli kvarsitlər ilə əlaqədardır. Sinonim: Dəmirli roqoviklər, Çespilitlər.
İstinadlar
redaktə- ↑ Hamilton et al 1976. Metamorphic Rocks — Quartzite Arxivləşdirilib 2012-01-26 at the Wayback MachineСайт: "Rocks Rock!" (rocks-rock.com). Проверено 4 августа 2011. 13 февраля 2012 года.
- ↑ "Шокшинский кварцит". 2021-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- ↑ В. Петров. "Драгоценные камни". — М.: журнал "Химия и жизнь", № 10 за 1965 г.
Mənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.