Kurmancan Datka (1811-1907) - qırğız qəhrəmanı, böyük türk anası.

Kurmancan Datka
qırğ. Курманжан Датка
Doğum tarixi
Doğum yeri , Qırğızıstan
Vəfat tarixi (95 yaşında)
Vəfat yeri , Qırğızıstan
Dəfn yeri
Fəaliyyəti diplomat, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Datka bir ünvan olub, hökmdar, general, idarəçi kimi mənalarda istifadə olunur. Kurmancan Datka isə göstərdiyi şücaətlər nəticəsində bu ünvana iki dəfə layiq görülüb. Bu hadisə sadəcə Orta Asyada deyil, bütün türk və islam aləmində görünməmiş bir hadisə idi.

Kurmancan 1811-ci ildə Oş şəhərinə yaxın Madi qışlağında Munquş nəslinin Bargi qəbiləsindən olan bir əkinçi ailəsində dünyaya göz açıb. 1832-ci ildə Xokand xanlığının baş naziri və baş komandiri Alimbek Datka ilə evlənib. Bu evlilikdən cütlüyün 5 oğlu və iki qızı dünyaya gəlir. Hətta bəzi mənbələrə əsasən 96 yaşında vəfat edən Kurmancan Datkanın uşaqlarının, nəvələrinin və nəticələrinin sayı 100 nəfərdi.

Rusiya 1700-cü illərdən etibarən islam dini əleyhinə fəaliyyətə keçdi. 1742-ci ildə qəbul edilən qərara əsasən məscidlər ancaq rusların və yeni vaftiz edilənlərin yaşadıqları yerlərdə tikilə bilərdi. Bu qərardan sonra Kazanda 536 məscid bağlandı. Bundan əvvəl ruslar 1552-ci ildə Kazanı, 1556-cı ildə Həştərxanı, 1604-cü ildə Tomsku, 1716-cı ildə Omsku, 1830-cu ildə Akmolanı, 1854-cü ildə Almaatanı, 1850-1876-cı illərdə Buxara xanlığını, 1877-1886-cı illərdə Hivə xanlığını və eyni ildə Kurmanca Datkanın vətəni olan Xokand xanlığını işğal etmişdilər.

Ruslar Hokand xanlığını işgal etsələr də, Fərqanə hövzəsində hakimiyyəti tam ələ ala bilməmişdilər. Xanlığın süqutundan sonra da zaman-zaman toqquşmalar baş verirdi. Xanlığın tam süqutundan sonra Altay vadisində hərbi idarəçilik Altay hökmdarı Alimbekin xanımı Kurmancana tapşırıldı. Qızğızların Qulçin nəslindən olan və xarici siyasəti çox yaxşı bilən, hərbi idarəçik qabliyyəti çox yüksək olan Kurmancan Datka "Altay şahzadəsi" ünvanı aldı və 1876-cı ildə Altaya istiqlaliyyət qazandırdı.

25 aprel 1876-cı ildə Mixail Skobelev Oşda Altay vadisinə qarşı hərbi əməliyyata başladı. Kurmancanın oğlu Abdulla bəy idarəçiliyi ələ aldı. Satqınlıq nəticəsində Kurmancan Datka əsir alındı və Skobelevin hüzuruna aparıldı. Skobelev Kurmancan Datkanı xüsusi ehtiramla qarşıladı, onu qarşısında baş əyərək salamladı. Kurmancan isə Skobelevin qarşısında qəhrəmanlara xas olan əzmlə başını dik tutaraq dayandı. Mixail Skobelev ondan qarşıdurmaların dayandırılmasını xahiş etdi. Kurmancan bundan sonra vadinin daxili işlərinin müstəqil olması şərti ilə qarşıdurmaları dayandıracağına söz verdi. Rus generalı bu şərtlə razılaşdı. Bundan sonra Altay vadisinin şahzadəsi Kurmancan Datka düz 31 il - yəni vəfat etdiyi 1907-ci ilə qədər qırğızlqarı idarə etdi, onların rifah içində yaşamaları üçün əlindən gəlini əsirgəmədi.

Kurmancan Datka böyük dövlət adamı olmasıyla yanaşı həm də xalqını çox sevən bir qəhrəmandı. Belə ki, onun haqqında olan bir əfsanəyə görə, Kurmancan Datkanın kiçik oğlu Kamçıbekin adı bir cinayətə qarışır, ruslar bunu əsas götürüb Kamçıbek haqqında edam qərarı çıxarırlar. Kamçıbek zindanda edam olunacağı günü gözləyir. Bu arada Kurmancana sadiq bir qrup insan onun yanına gələrək "Biz bir gecədə o zindanın altını üstünə çevirərək Kamçıbeki qaçırıb Altay dağlarına gətirərik" deyir. Kurmancan isə onlara belə cavab verir "Bəli bilirəm, bu dediklərinizi edə biləcəyinizə əminəm. Ancaq bu hadisə neçə-neçə ananın göz yaşlarına səbəb olar. Mənim oğlum edam edilərsə isə bir tək mən ağlayaram. Başqa anaların ağlamasına ürəyim dözməz".

Beləliklə, ruslar Kamçıbeki şəhərin mərkəzində böyük bir xalq kütləsinin önündə edam etməyə hazırlaşdıqları bir vaxtda Kurmancan Datka atına minib meydana gəlir və sonuncu dəfə oğluna baxır. Bu vaxt ana ilə oğulun baxışları toqquşur və Kamçıbek göz yaşlarını saxlaya bilmir. Bu hadisə Kurmancan Datkanın ürəyini parçalasa da o oğluna belə deyir: "Oğul, mətin ol. Mətanətini itirmə. Sən şəhid olursan. Bu rütbə hər kəsə nəsib olmur. Unutma ki, əcdadalarımızın heç biri isti yataqlarında öz əcəlləri ilə ölməmişlər". Sonra atını çaparaq oradan uzaqlaşır.

Şəkillər

redaktə