Kosmonavtlar dənizi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Kosmonavtlar dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Enderbi Torpağı ilə Riser-Larsen dənizi arasınnda yerləşir. Dənizləri bir-birindən sualtı Qunnerus dağları ayırır. Enderbi Torpağının şərq sahilləri Kosmanavtlar dənizi ilə Birlik dənizi arasında sərhədi təşkil edir. Sahəsi 698,600 km² ,ən dərin yerdə dərinliyi 4798 m təşkil edir. Suları hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. Dəniz 1962-ci ildə Rus Antarktik Ekspedisiyası tərəfində ilk kosmanavtların şərəfinə adlandırılmışdır. Dayaz sahil xəttdi şimal hissədə birdən-birə 4798 m dərinliyə enir. Dənizin şimalında Afrika-Antarktida sınma xətti keçir. Dənizin şərqində Riser-Larsen yarımadası, Şahzadə Ulaf sahili, Şahzadə Harald sahili, Enderbi Torpağı və Midzuxo ərazisi yerləşir. Burada Lyotsa-Holmdikta körfəzi yerləşir. İlin isti vaxtları Kraliça Mod Torpağı hissədən dənizə çay axır. Qışda səthi buzla tamamən örtülür. Cənub okeanın digər dənizləri kimi bu dənizdə üzmək çox təhlükəlidir. Havasının temperaturu 0 s-dən yuxarı qalxmır. Sularında və sahillərində canlılar aləmi ilə zəngindir. Sahillərində qütb və köçəri quşlarlar vardır:Pinqivinlər və qağayılar. Məməlilərdən ueddell suitisi, dəniz bəbiri, yengəcyeyən suitilər, qozbel balinalar və digər balinalara rast gəlinir. 1962-ci ildən burada <<Molodojnaya>> stansiyası fəaliyyət göstərir. 1957-ci ildən burada Yaponiyaya məxsus Seyva hidroloji stansiyası fəailyyət göstərir. 1966-cı ildən daimi fəaliyyətə başlamışdır. 2008-ci ildən <<Molodojnaya>> stansiyası yaxınlığında Belarusun yeni stansiyası fəaliyyətə başlamışdır. Onlar ruslarla müştərək fəaliyyət göstərirlər.
Kosmonavtlar dənizi | |
---|---|
rus. Moре Космонавтов | |
Ümumi məlumatlar | |
Tip | Materik kənarı |
Mütləq hündürlüyü | 0 m |
Sahəsi | 698,600 km² |
Dərin yeri | 4798 m |
Yerləşməsi | |
66°00′00″ c. e. 40°00′00″ ş. u.HGYO | |
Ölkə | Antarktida |
Üst akvatoriyası | |
Yerləşməsi | Şərqi Antarktida |
|
|
|