Kəmaləddin Qədim

Kəmaləddin Qədimazərbaycanlı şair,[1] Azərbaycan Yazıçılar Birliyinin üzvü.[2]

Kəmaləddin Qədim
Doğum adı Kəmaləddin
Təxəllüsü Qədim
Doğum tarixi (67 yaş)
Doğum yeri Sədərək rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycan
Janr Şeir

Həyatı

redaktə

Kəmaləddin Qədim 1957-ci il may ayının 24-də Naxçıvan MSSR-nin Sədərək rayonunda anadan olub. İxtisasca tarixçidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Kəmaləddin Qədim "Türk ədəbiyyatına xidmət" (Türkiyə) və "Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, Prezident mükafatçısıdır[3].

Kəmaləddin Qədim bir neçə Beynəlxalq Poeziya Mükafatları laureatıdır.

Yaradıcılığı

redaktə

Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları "Azərbaycan", "Ulduz" jurnallarında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.

Bu günə qədər altı şeir kitabı işıq üzü görüb.

Kitabları

redaktə
  • "Yığış gedək, günahım", Bakı, "Vektor", 2007
  • "Günahı yazan mələk", Bakı,
  • "Allahdı, şeytandı, mənəm", Bakı, "Vektor", 2009
  • "Allahı sevsəydin", Bakı, 2013.
  • "Yaşamaqda nə varsa", Bakı, 2013.
  • "Daha sonumu yazıram", Bakı, 2014.

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. "Kəmaləddin Qədim yeni kitabına təqdimat mərasimi keçirdi". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-12.
  2. "Kəmaləddin QƏDİM.Həyatı və Yaradıcılığı". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-12.
  3. "Kəmaləddin Qədimin "Yaşamaqda nə varsa" adlı kitabı işıq üzü görüb". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-12.