Kürəkən Həmid Əfəndi

Kürəkən Həmid Əfəndi (1494, Konya16 oktyabr 1577, İstanbul) — Osmanlı alimişeyxülislamı.

Kürəkən Həmid Əfəndi
ƏvvəlkiƏbussuud Əfəndi
SonrakıQazızadə Əhməd Şəmsəddin Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 1494/1495
Doğum yeri Konya
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri Mihrişah Validə Sultan türbəsi
Həyat yoldaşı Çivizadə Muhiddin Mehmed Əfəndinin qızı

Həyatı

redaktə

Hicri 900-cü ildə (1494/1495) Konyada dünyaya gəlmişdir. Atası Beyşəhər qazısı Mehmed Əfəndidir. 22 yaşında İstanbula gəlmiş, Çivizadə Muhiddin Əfəndi, Sədi Əfəndi və Həsən Əfəndidən dərs aldı. Bir müddət başqazı Əbdülqədir Əfəndinin xidmətinə girdi. Təhsilini tamamladıqdan sonra sırayla Bursada Molla Hüsrəv və Bəyazid Paşa, Kütahyada Gərmiyanoğlu, yenə Bursada Əhməd Paşa mədrəsələrində müdərris oldu. 1541-ci ildə İstanbulda Davud Paşa mədrəsəsinə müdərrisliyə gətirilmiş, həmin il şeyxülislam Çivizadə Muhiddin Əfəndinin qızıyla evlənərək "Çivizadə kürəkəni" təxəllüsü aldı. Həmid Əfəndi daha sonra Qəbzədə Mustafa Paşa mədrəsəsinə müdərris, 1547-ci ildə Manisa müftüsü, ertəsi il İstanbulda Şahzadəbaşı mədrəsəsinə müdərris oldu. 1549-cu ildə Dəməşq, bir il sonra Misir qazısı olan Həmid Əfəndi bu əsnada həcc ziyarətinə getdi. 1553-cü ildə Ayasofya mədrəsəsinə müdərris, ertəsi il Bursa və 1556-cı ildə İstanbul qazısı, 1557-ci ildə Rumeli başqazısı oldu və 9 il bu vəzifədə qaldı.

Zigetvar səfərindən dönüşdə Sultan Süleyman dövründə qəbul edilən alkoqol qadağasının davam etməyini istəyən Həmid Əfəndi bu səbəblə yeni padşah Sultan Səlim tərəfindən vəzifədən alındı. 8 il vəzifədən kənarda qalan Həmid Əfəndi 1574-cü ildə Əbusuud Əfəndinin yerinə şeyxülislam oldu. Elə bu vəzifədə ikən 16 oktyabr 1577 tarixində vəfat etdi və Əyyubsultanda Mihrişah Validə Sultan türbəsinin qarşısında dəfn edildi.

Mənbə

redaktə
  • Hâmid Efendi, Mecmû’atü’l-fetâvâ, Süleymaniye Ktp., Molla Çelebi, nr. 104–105;
  • a.mlf., Mecmû’a fi’l-fıķh, Süleymaniye Ktp., Şehid Ali Paşa, nr. 953, vr. 2b, 5a;
  • Selânikî, Târih (İpşirli), I, 15, 52, 101;
  • Atâî, Zeyl-i Şekāik, s. 242–243;
  • Peçuylu İbrâhim, Târih, I, 413, 504;
  • Keşfü’ž-žunûn, II, 1222;
  • Evliya Çelebi, Seyahatnâme, I, 316;
  • Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 94;
  • Devhatü’l-meşâyih, s. 26–28;
  • Sicill-i Osmânî, II, 104;
  • İlmiyye Salnâmesi, s. 386 vd.;
  • Osmanlı Müellifleri, I, 268;
  • Danişmend, Kronoloji, II, 369, 434;
  • Tahsin Öz, İstanbul Câmileri (İstanbul 1962), İstanbul 1987, I,67;
  • Uzunçarşılı, İlmiye Teşkilâtı, s. 46, 64;
  • Abdülkadir Altunsu, Osmanlı Şeyhülislâmları, Ankara 1972, s. 36;
  • Baltacı, Osmanlı Medreseleri, s. 441–442.