I Fridrix Vilhelm
I Fridrix Vilhelm (14 avqust 1688[1][2][…], Berlin[5][6] – 31 may 1740[1][3][…], Potsdam Şəhər Sarayı[d], Potsdam[7]) — 1713-cü ildən 1740-cı ilə qədər Prussiyanın kralı olub.
I Fridrix Vilhelm | |
---|---|
alm. Friedrich Wilhelm I. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 avqust 1688[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 31 may 1740[1][3][…] (52 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | monarx |
Anası | Sofiya Şarlotta |
Uşaqları | |
Ailəsi | Hohensollernlər |
Dini | Kalvinizm |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Hakimiyyəti
redaktəTarixi mənbələrin verdiyi məlumata görə "Mədəniyyət" adı verən şeydən onun zəhləsi gedirdi, baxmayaraq ki, onun atası, babası və böyük oğlu II Fridrix mədəniyyətə çox meyil edirdilər. O özü isə hər penni pulu xəsisliklə qoruyurdu ki, orduya xərcləsin. O, kral sarayının xərclərinin 75%-ə qədər azaltmışdı. Onun atasına 5 milyon talerə başa gəlmiş Köniqsberqdəki tacqoyma mərasiminə I Fridrix Vilhelm 2547 taler xərcləmişdi. O, ölkəyə bir ata kimi alman yolu ilə hökmranlıq edirdi, ona özəl mülk kimi nəzarət edirdi. Berlinin küçələrində köhnə nimdaş bir zabit paltarında dolaşırdı və qaydaya riayət etməyən vətəndaşları öz əl əsasının zərbələri ilə intizama gətirirdi. O özü daim işləyirdi, başqalarının da onun nümunəsinə əməl edəcəyini gözləyirdi. I Fridrix Vilhelm ordunu çox sevirdi, bütün siyasəti orduya xidmətə yönəlirdi. O, ilk Prussiya kralı idi ki, daim zabit paltarı geyinirdi. O, saray qaydalarını da pozmuşdu, ordu zabitlərini yuxarı qaldırır, mülki işçiləri aşağı salırdı. Onun hündürboylu əsgərlərə məhəbbəti xüsusi məşhur idi, bütün Avropadan boyu 1.80 sm və 2 metr arası olan əsgərlərdən düzəldilmiş xüsusi dəstə toplamışdı. Böyük Pyotr da ona Asiyadan da bir qədər adam göndərmişdi. O, intizamın və manevrin yeni metodlarının icad etmişdi, yunkerlərin oğlanlarına təlim keçmək üçün kadet korpusu yaratmışdı. Həmçinin əsgərlərin yığılması və yerləşdirilməsinin yeni sistemini icad etmişdi. Bu Avropada ən effektiv sayılan kanton sistemi idi. Bu sistemə görə hər bir alay xüsusi dairəyə və ya kantona malik idi ki, o da onun üçün əsgər mənbəyi rolunu oynayırdı. O, ordunun tərkibini özü hakimiyyətə gələrkən 40.000 nəfərdən, ölümü ərəfəsində 83.000 nəfərə çatdırmışdı. Onun hakimiyyəti illərində Berlin böyüyərək 100.000 nəfərlik şəhərə çevrilmişdi. Bunun 20 min nəfəri əsgərlər idi. O, həmçinin öz varisinə, praktiki olaraq heç bir müharibədə vuruşmadığından, 7 milyon talerlik hərbi büdcə qoyub getmişdi.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Frederik Willem I van Pruisen // RKDartists (nid.).
- ↑ 1 2 Frederic Guillem I de Prússia // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ 1 2 Frederick William I // Encyclopædia Britannica (ing.).
- ↑ http://www.irishtimes.com/news/world/europe/the-man-who-would-be-kaiser-1.1884029.
- ↑ 1 2 http://www.jewishencyclopedia.com/articles/3083-berlin.
- ↑ 1 2 http://www.jewishencyclopedia.com/articles/7359-hayyim.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118535978 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.